«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"PUTİN ÜÇÜN NÜRNBERQ PROSESİ": Rusiya təcavüzü barədə dinləmələr keçirilir

Tarix: 21-02-2024 22:40 | Bölmə: Manşet / Dünya | Baxış: 180

"Ukraynanın Rusiya ordusu tərəfindən yandırılmış şəhər və kəndləri və kütləvi qətllər  barədə dünya məlumatlıdır..."
 
"Rusiyanın Ukraynada 500-dən artıq hərbi cinayətlərinin sübutları toplanıb və 160-dan artıq şahid dindirilib..."
 
ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Komissiyası (ABŞ Helsinki komissiyası) Rusiyanın Ukraynaya qarşı və Rusiya Federasiyasının ukraynalı qadınlar və uşaqlara qarşı təcavüzü barədə dinləmələr keçirir.
 
Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşşenko "Teleqram-kanal"ında məlumat verib. 
 
Ukrayna mənbələri məlumat verib ki, açıq dinləmələr Almaniyanın nasist cinayətkarların mühakimə edildiyi Nürnberq şəhərində, 600 saylı zalda keçirilir.
 
"Bunun rəmzi mənası var. Almaniya hakimiyyəti Rusiyanın Ukraynada 500-dən artıq hərbi cinayətlərinin sübutlarını toplayıb və 160-dan artıq şahid dindirilib", - Geraşşenko məlumat verib.
 
Ukraynanın TCH telekanalının reportajında iddia edilir ki, iclasın keçiriıdiyi yer, "sadəcə, rəmz deyil, həm də beynəlxalq ədalət məhkəməsində dönüş məqamıdır".
 
Çünki dinləmələr prezident Vladimir Putini hərbi cinayətlərinə görə məhkum edəcək tribunalın təşkil edilməsi çərçivəsində keçirilir.
 
Bu ərəfədə Ukrayna prezidenti Vladimir Zelenski dinləmələrdə iştirak edənlərə videomüraciətlə çıxış edib.
 
"Dünya Ukraynanın Rusiya ordusu tərəfindən yandırılmış şəhər və kəndlərini görüb. Dünyada hər kəs ən azı Rusiyanın işğal etdiyi ərazilərdə mütləq kütləvi qətllər barədə eşidib", - Zelenski deyib.
 
O, xatırladıb ki, "Putin müharibəsi tərəfindən ayrı düşmüş ailələrin və ukrayna uşaqların deportasiyasından dolayı ağrı ilə barışmaq mümkün deyil".
 
Zelenski bəyan edib ki, Ukrayna hakimiyyətinə tammiqyaslı hərbi müdaxilə başlanandan Rusiya tərəfindən Ukraynadan oğurlanan 20 min uşağın adları bəllidir. 
 
Ukrayna liderinin sözlərinə görə, bu, sayı yüz minlərə çata biləcək gerçəkdən oğurlanan uşaqların yalnız bir hissəsidir.
 
ABŞ Helsinki Komissiyasının "Ukraynaya qarşı hərbi cinayətlərə görə Rusiyanın məsuliyyətə cəlb edilməsi" adlı dinləmələri fevralın 3-də başlayıb.
 
Bundan öncə Ukrayna Ali Radası güman edib ki, 40 ölkənin üzərində işlədiyi xüsusi beynəlxalq tribunal artıq bu il işə başlaya bilər.
 
Xatırladaq ki, ötən ilin mart ayında Haaqada Beynəlxalq Cinayət Məhkəməsi Ukrayna uşaqlarının Rusiya ərazisinə qanunsuz deportasiyasına görə Vladimir Putin və uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belyayevanın həbsinə order verib./moderator

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024