«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"MƏXFİ SƏNƏDLƏR ORTAYA ÇIXDI: Rusiya bu zaman taktiki nüvə silahını işə salacaq"- “Financial Times”

Tarix: 28-02-2024 14:15 | Bölmə: Manşet | Baxış: 142



“Rusiya ilə bağlı 2008-2014-cü illərə aid 29 gizli hərbi fayl aşkarlanıb. Bu sənədlər “Financial Times”a Qərb mənbələri tərəfindən təqdim edilib. 

Həmin fayllarda Rusiyanın müharibə ssenariləri, həmçinin dəniz qüvvələrinin nüvə silahından istifadəsi ilə bağlı təqdimatlar mövcuddur. Gizli fayllarda Çinin işğalı ilə bağlı təlim ssenarilərini özündə ehtiva edən məlumatlar belə var. 

Həmin sənədlərə görə, Vladimir Putinin qüvvələri güclü bir dövlətlə yaşanan münaqişə zamanı taktiki nüvə silahlarından istifadə etməyi belə sınaqdan keçirib”.

Bu barədə Böyük Britaniyanın “Financial Times” nəşrində yayımlanan məqalədə bildirilir. Sözügedən məqalədə Rusiya ilə bağlı əldə olunan gizli sənədlərdən bəhs edilir.

Həmin məqalənin tərcüməsini təqdim edirik: “Sənəddə Rusiyanın hansı hallarda nüvə silahından istifadə edəcəyi ilə bağlı müxtəlif meyarlar müəyyən olunub. Bura - Rusiya ərazisinin işğalı, Rusiyanın strateji ballistik raket sualtı qayıqlarının 20 faizinin məhv edilməsi kimi nüanslar daxildir.

Gizli faylların on il və ya daha çox əvvələ aid olmasına baxmayaraq, ekspertlər onların hazırkı Rusiya hərbi doktrinasını əks etdirdiyini iddia edirlər. 

Rusiyanın müdafiə planları Putinin 2001-ci ildə Pekinlə nüvə silahının ilk zərbəsini qadağan edən saziş imzalamasına rəğmən, Moskvanın təhlükəsizlik elitasının Çinə ciddi inamsızlığını ortaya qoyur.

Sonrakı illərdə xüsusən də, 2012-ci ildə Pekində Si Cin Pin hakimiyyətə gəldikdən sonra Rusiya və Çin tərəfdaşlıqlarını dərinləşdirdilər. Hazırda Ukraynadakı müharibə fonunda Çin Rusiya iqtisadiyyatını “həyatda tutan kəndir” rolunu oynayır.

Lakin ölkələr bir-birinə yaxınlaşsa belə, gizli fayllardan məlum olur ki, Rusiya şərqdəki ərazilərinin Çin tərəfindən işğalıyla bağlı çoxsaylı ssenariləri nəzərdən keçirib. 

Çinin hipotetik hücumunu əks etdirən təlimdə deyilir ki, müharibə zamanı Çinin Rusiya ərazilərinin hücumunun ikinci dalğasının qarşısını almaq üçün taktiki nüvə zərbəsindən istifadə edilə bilər.

Çin Xarici İşlər Nazirliyinin adı açıqlanmayan rəsmisi məxfi sənədlərlə bağlı danışarkən “Moskvadan şübhələnmək üçün hər hansı bir əsas yoxdur” deyib.

“Çin və Rusiya arasında mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında müqavilə iki ölkə arasında əbədi dostluq və düşmənçilik etməmək anlayışını qanunla təsbit edib”, - Çin rəsmisi bildirib.

Kreml isə qeyd olunanlarla bağlı açıqlama vermək istəməyib.



Başqa bir sənəddə düşmənin Rusiya ərazisinə hücumu, Rusiyanın müstəqilliyi ilə bağlı mövcud təhlükə, sərhəd bölgələrinin təhlükəsizliyinə cavabdeh olan bölmələrin məğlub edilməsi zamanı nüvə silahından istifadə kimi ssenarilər işlənilib. 

Nüvə silahından istifadəni mümkün edən digər nüanslar arasında - Rusiyanın strateji ballistik raket sualtı qayıqlarının 20 faizinin, nüvə enerjisi ilə işləyən hücum sualtı qayıqlarının 30 faizinin, üç və ya daha çox dənizaltısının, üç aerodromun məhv edilməsi, eləcə də sahil komandanlıq mərkəzlərinə eyni vaxtda hücumun təşkili edilməsi kimi məsələlər var.

Putin keçən ilin iyun ayında taktiki nüvə silahından istifadəyə “mənfi” baxdığını söyləsə də, sonradan Rusiyanın NATO ölkələrindən daha böyük nüvə arsenalına malik olması ilə bağlı fərəhlə danışırdı.

Putin keçən il demişdi ki, Rusiya iki halda nüvə silahından istifadəsi edəcək: düşmənin ilk nüvə zərbəsinə qarşı cavab tədbirləri gördükdə və Rusiyanın bir dövlət olaraq mövcudluğuna təhlükə yarandıqda.

Birləşmiş Xidmətlər İnstitutunun quru müharibəsi üzrə baş tədqiqatçısı Cek Uotlinq bildirib ki, materiallar Rusiya bölmələrinə ölkənin nüvə silahından istifadə etmək istəyə biləcəyi vəziyyətləri öyrətmək məqsədi daşıyır.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun strategiya, texnologiya və silahlara nəzarət üzrə direktoru Uilyam Alberk isə mövzu ilə bağlı bunları deyib: “Rusiya Çinlə sərhədə yaxın Uzaq Şərqdə nüvə silahı daşıya bilən raketlərini gücləndirməyə davam edir. Bu sistemlərin bir çoxunun yalnız Çinə hücum etmək imkanı var.

Rusiya hələ də sənədlərdə göstərilən “nüvə silahından istifadə nəzəriyyəsi”nə uyğun davranır. Rusiya çox güman ki, Çinin rusları Mərkəzi Asiyadan qovmaq üçün Moskvanın diqqətinin yayınmasından istifadə etməyə çalışa biləcəyindən narahatdır”.

Əvvəllər NATO və ABŞ Müdafiə Nazirliyi üçün silahlara nəzarət üzərində işləyən Alberk iyun ayında keçirilən Rusiya təlimlərindən nümunələr gətirib və keçən ilin noyabrında nüvə başlığı daşıya bilən “İsgəndər” raketlərinin Çinlə sərhəd bölgələrdə sınaqdan keçirdiyini xatırladıb.

Başqa bir strategiyaya əsasən, Rusiya hərtərəfli müharibəyə, xüsusən də ABŞ-nin müdaxilə edə biləcəyi müharibəyə qarışmasının qarşısını almaq üçün taktiki nüvə silahından istifadə edə bilər. 

Moskva kiçik nüvə silahının erkən şəkildə istifadə edərək, rəqibini şoka salmağa və ya münaqişəni öz şərtləri ilə bitirməyə çalışa bilər. 

Ukrayna rəsmiləri iddia edirdilər ki, Putinin nüvə təhdidləri ABŞ və digər müttəfiqlərini münaqişənin əvvəlində Kiyevi daha qətiyyətlə silahlandırmağa mane oldu. Halbuki NATO-nun təkmil silahları vəziyyəti Ukraynanın xeyrinə çevirə bilərdi.

Alberque bildirib ki, Rusiyanın nüvə imkanları olmayan Ukraynaya qarşı taktiki nüvə silahından istifadə etmək riski Çin və ya ABŞ ilə müqayisədə daha yüksəkdir"./azpolitika

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024