SAVAŞIN 10-CU GÜNÜ: UKRAYNA ORDUSU ŞƏHƏRLƏRİ GERİ ALIR - Xalq ayağa qalxıb, rus hərbçilər məhv edilir /VİDEO-FOTO
Denisenkonun sözlərinə görə, gecə saatlarında Ukraynanın cənubuna - İzmail, Yujnı, Kiliya, Belqorod-Dnestrovskiyə hava hücumu olub.
O xatırladıb ki, dünən Xersonda ruslar humanitar yardım paylamağa cəhd ediblər, lakin yerli sakinlər gəlməyiblər:“Yaxınlıqdakı müəssisələrdən Xerson şəhərinə məhsul gətirmək üçün humanitar dəhlizlərlə bağlı ilkin razılaşmalar var idi. Onu qəsdən bağladılar, gətirməyə imkan vermədilər ki, insanlar gəlib ruslardan humanitar yardım istəməyə başlasınlar. Xerson sakinlərinin özlərində güc tapması münasibəti ilə özümüzü təbrik etmək istərdim, afərin. Demək istəyirəm ki, biz sizin humanitar yardımınıza əhəmiyyət vermədik, əslində bizi acından öldürmək istəyən də sizsiniz”.
***
10 gündür davam edən Rusiya-Ukrayna muharibəsində Rusiyanın itkiləri durmadan artır.
Press-fakt xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyi Rusiyanın ümumi itkiləri ilə bağlı son statistik məlumatları paylaşıb.
Məlumatda qeyd olunur ki, Ukrayna ordusu indiyə qədər ümumilikdə Rusiyanın 269 tankını, 945 BBM-ni, 105 artilleriya sistemini, 50 MLRS-ni, 19 hava hücumundan müdafiə vasitələrini, 39 təyyarəsini, 40 helikopterini, 409 avtomobilini, 2 qayığını, 60 PPM tankını, 3 PUA-sını və 10 mindən artıq şəxsi heyyətini məhv edib.
Ukraynada davam edən müharibədə daha bir Rusiya helikopteri məhv edilib.
Ukrayna Silahlı Qüvvələri komandanlığı 1 saat əvvəl işğalçılara aid növbəti hərbi helikopterin vurulduğunu bəyan edib və bununla bağlı videonu öz sosial şəbəkə səhifəsində yerləşdirib.
Xəbərdə həmçinin bildirilir ki, müharibə başlayandan indiyə qədər işğalçıların 39 təyyarəsi və 40 helikopteri məhv edilib.
Bu gün eyni zamanda Ukraynanın Çerniqov şəhəri istiqamətində Rusiyanın daha bir hərbi təyyarəsinin vurulduğuna dair məlumat və görüntülər yayılıb.
Press-fakt xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Çerniqov şəhəri üzrə qərargahının yayımladığı videoda yaşayış məntəqələri üzərində uçan təyyarənin Ukrayna Hava Hücumundan Müdafiə sitemləri tərəfindən vurulduğu görünür.
Şəhəri bombalayan təyyarənin pilotu katapult edib.
Ukrayna Silahlı Qüvvələrinin “feysbuk” səhifəsində sözügedən pilotun ələ keçirildiyi barədə məlumat verilib və onun fotoları yayılıb.
Həmin şəxsin rus ordusunun Krasnoyartsev soyadlı mayoru olduğu bildirilir.
***
Ukraynanın rus qoşunları tərəfindən işğal olunmuş Xerson şəhərinin əhalisi yeni etiraz aksiyalarına başlayıb.
Ukrayna mətbuatı xəbər verir ki, insanlar “Xerson Ukraynadır” şüarları ilə şəhərin mərkəzinə doğru axışmağa başlayıblar.
Xəbərdə deyilir ki, rus qoşunları aksiyanın qarşısını güc yolu ilə almağa hazırlaşır və bunun üçün gözyaşardıcı qazdan və travmatik silahlardan istifadə etmək fikrindədir. Buna baxmayaraq, işğalçıların hədə-qorxuları şəhər sakinlərini fikirlərindən yayındıra bilməyib.
***
“Ukrayna Ordusu Xarkov istiqamətində işğalçıya aid 3 tankı məhv edib, birini isə qənimət olaraq ələ keçirib”.
Press-fakt xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Teleqram” kanalında məlumat yayılıb.
Məlumatda bildirilir ki, əks-hücuma keçən Ukrayna hərbçiləri düşməni Rusiya ilə sərhədə doğru sıxışdırmağa nail olub.
Ümumilikdə işğal başlayan gündən indiyə qədər Xarkov istiqamətində 500-dək Rusiya hərbi texnikasının məhv edildiyi bildirilir.
Xarkov Regional Hərbi Administrasiyasının (RHA) rəhbəri Oleq Sinegubov bildirib ki, Silahlı Qüvvələrimiz çox ciddi mövqelər tutub: "Onlar təcavüzkarın hücumuna tab gətirdilər və indi nəinki cavab verirlər, əksinə artıq əks-hücuma keçiblər. Məsələn, düşmən xəttini Xarkovdan Sumı istiqamətində, tamamilə sıxışdırıblar, dövlət sərhədində mövqeləri tuturlar”,
Onun sözlərinə görə, oxşar vəziyyət Derqaçev istiqamətində də yaranıb: "Düşmən demək olar ki, bütün hücum resurslarını itirib, o, artıq zirehli texnikası ilə belə kütləvi şəkildə hərəkət etmir. Sadəcə olaraq vəziyyəti araşdırır: 4-5 tank çıxdı, Silahlı Qüvvələrimiz onları məhv etdi - vəssalam. Onlar qaçıblar.”
RHA rəhbəri qeyd edib ki, 5-ci sərhəd dəstəsinin sərhədçiləri Ukrayna Silahlı Qüvvələri ilə birlikdə Sumı vilayətində Ukraynanın dövlət sərhədi xəttinə daxil olublar : "Xarkov müdafiə qüvvələri mövqelərini xeyli gücləndirib və döyüş qabiliyyətini artırıb. Ordumuz işğalçının o qədər texnikasını məhv edib ki, onlarla bir neçə ölkənin ordusunu silahlandırmaq mümkün olardı. Rusiya ilə 7 gün davam edən döyüşlərdə xarkovlular düşmənin 500 vahiddən çox texnikasını məhv edib! Düşmən bunun mümkünsüzlüyünü dərk edib. Şəhəri ələ keçirməyin mümkünsüzlüyün dərk edən düşmən bizim hava hücumundan müdafiə qüvvələrimizin fəaliyyətindən kənarda yüksək hündürlüklərdə məkrli şəkildə raket və bomba zərbələri endirir.”
Oleq Sinegubovun fikrincə, işğalçılar tezliklə Xarkov vilayətindən kənara atılacaqlar.
***
Ukrayna Silahlı Qüvvələri Qostomel şəhərini (Kiyev vilayəti) Rusiya hərbçilərindən geri alıb.
Report-un məlumatına görə, bu barədə “RBK-Ukrayna” Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə istinadən xəbər verir.
Qeyd edilir ki, döyüşlər zamanı Rusiyanın onlarla hərbçisi öldürülüb.
Məlumata görə, Qostomel uğrunda iki gün davam edən döyüşlər zamanı Ulyanovskdan (Rusiya) 31-ci xüsusi mühafizəçilər briqadasının 50-dən çox hərbçisi həlak olub. Bundan əlavə, Ukrayna hərbçiləri çoxsaylı hərbi qənimətlər, o cümlədən silah, texnika və qarşı tərəfin şəxsi sənədlərini ələ keçirib.
"Qostomel şəhəri Ukrayna qoşunlarının nəzarəti altındadır", - Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi əlavə edib.
Ukrayna Müdafiə Nazirliyi (MN) də müharibənin onuncu günü ilə bağlı operativ məlumat yayıb.
Məlumatda qızğın döyüşlərin getdiyi bildirilib: “Təkcə hərbçilərimiz deyil, silahlı mülki sakinlər də qarşı tərəflə döyüşür, onları itkiyə məruz qoyurlar”.
Qeyd edilib ki, qarşı tərəf mülki obyektləri, o cümlədən yaşayış binalarnı, xəstəxanaları, bağçaları hədəf alır.
“Ukrayna Silahlı Qüvvələri bütün istiqamətlərdə sərhədləri qoruyub saxlamaqda davam edir. Hələlik bəzi uğurları deyə bilmirik”, - məlumatda qeyd edilib.
Səhər tezdən Ukraynanın Belaya Çerkov şəhəri (Zakarpatya vilayəti) Rusiya ordusu tərəfindən raket hücumuna məruz qalıb. Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.
Xatırladaq ki, bir neçə gün öncə şəhər qəbiristanlığı sursatlardan atəşə tutulmuşdu.
Press-fakt.com
Digər xəbərlər
Tarix: 05-03-2022 17:41 | Bölmə: Manşet / Sağlamlıq | Baxış: 258
"Ukraynanın Xarkov şəhərinin atəşə tutulması davam edir, Çerniqovda vəziyyət gərgindir”.
Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib.
O, həmçinin, Xarkov yaxınlığında düşmənin 488-ci motoatıcı alayının məhv edilməsi münasibətilə ukraynalıları təbrik edib.Denisenkonun sözlərinə görə, gecə saatlarında Ukraynanın cənubuna - İzmail, Yujnı, Kiliya, Belqorod-Dnestrovskiyə hava hücumu olub.

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024