DÜNYANI DÜŞÜNDÜRƏN TƏHLÜKƏ: BLEF, YOXSA TƏHLÜKƏ? –TƏHLİL
Ukraynada aylardır davam edən müharibə ən gərgin mərhələsinə daxil olub. Sirr deyil ki, Rusiyanın xüsusi hərbi əməliyyat adı altında başlatdığı müharibə artıq onun iflasına səbəb olmaqdadır. On minlərlə canlı qüvvə itkisi verən qonşumuzu belə getsə, qismən səfərbərlik də xilas edə bilməyəcək. Belə ki, Qərbin proqnoz etdiyi, Rusiya rəhbərliyinin yaxın buraxmaq istəmədiyi daxili narazılıq artıq reallığa çevrilib.
Əhali kütləvi şəkildə ölkədən qaçır, etiraz aksiyaları irili-xırdalı bir çox şəhərləri bürüyüb. İnsanlar mənasız müharibədə canlarını qurban vermək niyyətində deyil. Bütün bunların fonunda başını itirən, panika içində olan Rusiya rəhbərliyi hər kəsi qorxuya salan ağlasığmaz hədələr səsləndirməkdədir.
Söhbət nüvə silahı tətbiq edilməsi hədələrinin mütəmadi xarakter almasından gedir. Prezident Vladimir Putin və digər yüksək rütbəli şəxslərin ölkə ərazisini qorumaq üçün nüvə silahından istifadə etməyə hazır olduqlarını bildirmələri dünyanı silkələyib. Çoxları bunu sadəcə hədə adlandırsa da, heç nəyi istisna etmək olmaz. Əgər bir dövlət başqa dövlətin dünyada qəbul olunan sərhədlərini pozaraq işğala yol verirsə, onun belə bir də addım ata biləcəyi istisna edilməməlidir. Ən əsası, əgər işğal siyasəti də puç olursa, bu addımın atıla bilmə ehtimalı artır.
Xarici analitiklər birmənalı şəkildə “soyuq müharibə” dövründə olduğu kimi, taktiki nüvə silahlarının tətbiqi ehtimalından danışırlar. Artıq əminliklə demək olar ki, dünyada Rusiyanın taktiki nüvə silahından istifadə etmə ehtimalına münasibət ciddiləşib. Reallıq budur ki, bəşəriyyət 1962-ci il Kuba böhranından bəri real nüvə münaqişəsinə hələ bu qədər yaxın olmayıb.
Mövzu ilə bağlı "Kaspi" qəzetində təhlil yazısı yayımlanıb.
Əsas təhlükə odur ki, Ukrayna ilə müharibədə fiasko ərəfəsində olan rəsmi Moskva taktiki nüvə silahlarından istifadə edə bilər. Belə olarsa, NATO ölkələri buna ABŞ-dan kənarda yerləşdirilən taktiki nüvə qüvvələri ilə cavab verə bilər. Putinin kütləvi səfərbərlik elan etməsindən və ələ keçirilən Ukrayna torpaqlarının itirilməsinin qarşısını almaq üçün "bütün mümkün vasitələrdən” istifadə etməklə hədələməsindən sonra AFP-yə müsahibə verən Qərb hərbi ekspertlərinin proqnozu belə olub ki, Rusiya bir və ya bir neçə taktiki nüvə bombasından istifadə edə bilər. Onların gücü 0,3 ilə 100 kiloton arasında dəyişir və ABŞ-ın 1945-ci ildə Xirosimaya atdığı bomba ilə (15 kiloton) müqayisə edilə bilər. 32 kvadrat kilometr ərazini vurmaq üçün 20 taktiki nüvə bombası lazımdır.
CSIS Beynəlxalq təhlükəsizlik proqramının eksperti Mark Kansian deyib ki, “Putin, çox güman ki, bir bomba ilə kifayətlənəcək, çünki onun məqsədi Ukraynanı qorxutmaq və Qərb müttəfiqləri arasında nifaq salmaqdır. Güclü siqnal göndərmək və kütləvi insan tələfatının qarşısını almaq üçün bomba yüksək atmosferdə partladıla bilər. Bu, Ukraynada avadanlıqları sıradan çıxaran elektromaqnit impulsu yaradacaq”. Ağ Evin nüvə silahları üzrə keçmiş eksperti Con Volfsthal isə deyir ki, bu cür ssenarilər "çox güman ki, NATO-nu parçalamaq və Putinə qarşı qlobal konsensusu pozmaq məqsədi daşıyır”.
Hər hansı hərbi bazaya və ya böyük şəhərə zərbə endirilməsi və Ukraynanın siyasi rəhbərliyinin mümkün məhvi ilə bağlı ssenari də istisna edilmir. Lakin bu, ümidsizlik jesti kimi qiymətləndiriləcək. Avropa və ABŞ siyasətçiləri Rusiyanın Ukrayna ərazisinə nüvə zərbəsi endirəcəyi təqdirdə fövqəladə vəziyyət planları hazırlayır. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bəyan edib ki, “Kremlə birbaşa, çox yüksək səviyyədə dedik ki, nüvə silahından istənilən istifadə Rusiya üçün fəlakətli olacaq. ABŞ və müttəfiqlərimiz buna sərt cavab verəcəklər və bunun nə ilə nəticələnəcəyini aydın və konkret şəkildə bəyan etmişik”.
ABŞ-ın adı çəkilməyən yüksək rütbəli rəsmisinin sözlərinə görə, əgər Rusiya hakimiyyəti nüvə təhlükəsinin Ukraynanı təslim olmağa və ya ərazisinin 20 faizini verməyə sövq edəcəyini düşünürsə, yanılır. Digər iki adı çəkilməyən Qərb rəsmisi də bildiriblər ki, Ukraynaya nüvə zərbəsi, çətin ki, ekvivalent qisasla nəticələnsin.
Çox güman ki, Qərb dövlətləri Rusiyanı cəzalandırmaq üçün hərbi cavab tədbirləri görəcəklər. Bir sıra rəsmilər əmindirlər ki, əgər Putin nüvə silahına əl atsa, ən çox ehtimal olunan ssenari yalnız döyüş meydanında istifadə üçün nəzərdə tutulmuş taktiki nüvə silahlarından istifadə etmək olacaq. Bəzi hərbi ekspertlərin fikrincə, Rusiya nüvə silahından istifadə etməklə hədələmək və ondan faktiki istifadə etməkdənsə, güzəştlərə hazır olmalıdır.
Vaşinqtonda yerləşən Rand Corp təhlil mərkəzindən Dara Massikotun fikrincə, Kreml Kiyevi, həmçinin Ukraynanın son uğurlarında vacib hərbi dəstək göstərmiş Qərb ölkələrini qorxutmaq istəyir. “Onlar ümid edirlər ki, anneksiya beynəlxalq sistemi sarsıdacaq, “Rusiya ərazisi”ylə bağlı nüvə təhdidləri atəşkəsə səbəb olacaq, Ukraynaya dəstəyi azaldacaq”, – Massikot yazıb.
Yeri gəlmişkən, ABŞ kəşfiyyatının məlumatına görə, Rusiyanın 2000-ə yaxın taktiki nüvə silahı var. Taktiki nüvə başlıqları qanadlı və ya taktiki raketlər, habelə artilleriya mərmiləri kimi adi döyüş vasitələrinə yerləşdirilə bilər. Bu raketlər üçün təyyarə və ya gəmilərdən də istifadə mümkündür. Belə döyüş başlıqları raketlərə, torpedalara və ya dərinlik bombalarına quraşdırılır. ABŞ iddia edir ki, Rusiya son illərdə bu cür silahların hazırlanmasına böyük sərmayələr qoyub, onların məsafəsini və dəqiqliyini artırıb.
Digər xəbərlər
Tarix: 01-10-2022 21:20 | Bölmə: Manşet / Təhlil | Baxış: 156

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024