TAKTİKİ NÜVƏ SİLAHI NƏ DEMƏKDİR? ONUN STRATEJİ NÜVƏ SİLAHINDAN FƏRQİ NƏDİR?
2022-ci il fevralın 24-də Ukraynada yeni işğalçı müharibəyə başlayan Rusiya prezidenti Vladimir Putin bir neçə dəfə Ukrayna dövlətini və onun müttəfiqlərini nüvə silahı ilə təhdid edib. Ehtimala görə, söhbət strateji yox, taktiki nüvə silahından gedir.Taktiki nüvə silahı nə deməkdir, onun strateji nüvə silahından fərqi nədir?
Press-fakt.com novator-a istinadla bildirir ki, ABŞ-ın CNN kanalının internet səhifəsi bu mövzuda məqalə yayıb.
Yazıda Rusiyanın ümumilikdə 4477 nüvə başlığının olduğu qeyd edilir. Bura həm açıq, yəni raketlərə bərkidilmiş, döyüş hazırlığı vəziyyətinə gətirilmiş, həm də ehtiyatda (anbarlarda) saxlanan nüvə başlıqları daxildir.
Başlıqların 1900-a qədərinin taktiki nüvə silahı kateqoriyasından olduğu bildirilir.
Qeyd olunur ki, taktiki başlıqlar döyüş meydanında məhdud istifadə üçün nəzərdə tutulub: “Belə başlıqlardan birini işə salmaqla, məsələn, tank karvanını və ya təyyarədaşıyan gəmi qrupunu məhv etmək mümkündür.
Bir taktiki nüvə başlığının partlayış gücü 10 min tondan 100 min tonadək trotil partlayışına bərabərdir.
Rusiyanın strateji nüvə başlıqlarının partlayış gücü 500-800 min ton trotil partlayışına ekvivalentdir. Belə strateji nüvə başlığı ilə bir, hətta bir neçə şəhəri tamamilə məhv etmək olar”.
Məqalədə bildirilir ki, taktiki nüvə silahı bəzən “aşağı güc” kimi qiymətləndirilir, amma ekspertlərin bəzisi bu yanaşmanı qəbul etmir:
“Çünki partlayış gücü 10-100 min ton trotil partlayışına ekvivalent olan silah böyük dağıntılar törətmək üçün yetərlidir. 1945-ci ildə ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atdığı atom bombaları buna əyani sübutdur. Həmin bombalar 15 və 21 min ton trotil partlayışına ekvivalent, yəni Rusiyanın indiki taktiki nüvə silahlarına bərabər gücdə olub.
ABŞ hökumətinin arxivlərindəki sənədlərə əsasən, 1945-ci il partlayışları zamanı bir göz qırpımında Xirosimada 70 min, Naqasakidə 35 min adam ölüb. Daha sonra on minlərlə insan radiasiyanın təsirindən həyatını itirib."
ABŞ-ın Nyu-Cersi ştatındakı Stivens Texnologiya İnstitutunun elm və texnologiya tədqiqatları üzrə direktoru Aleks Vellerşteynin sözlərinə görə, nüvə başlıqları arasında əsl fərq partlayış gücündə deyil, hansı məqsədlə istifadə olunmasındadır: “1945-ci ildə ABŞ Yaponiyaya nüvə zərbələrini bu ölkənin komandanlığını sarsıtmaq, onu təslim olmağa məcbur etmək məqsədilə endirmişdi”.
Bəzi mütəxəssislər nüvə silahları arasında heç bir fərqi qəbul etmir. ABŞ-ın keçmiş müdafiə naziri Ceyms Mettis nüvə başlıqları arasında bir fərq görmədiyini vurğulayır. O, 2018-ci ildə Konqresdə dinləmələr zamanı bildirmişdi ki, taktiki nüvə silahı adlı anlayış yoxdur, istənilən nüvə silahı nə vaxt istifadə edilməsindən asılı olmayaraq dərhal strateji oyun qaydalarını dəyişdirmək gücündədir.
Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniya (İCAN) Vladimir Putinin təhdidinə cavab olaraq bəyan edib ki, 1945-ci ildə əhalisi az olan və nisbətən təcrid edilmiş Yaponiya ilə müqayisədə indiki Avropa nüvə silahının tətbiqi baxımından daha təhlükəli bir məkandır”.
Digər xəbərlər
Tarix: 03-10-2022 15:15 | Bölmə: Manşet | Baxış: 192

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024