«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“RUSLAR PARAŞÜTLƏRLƏ SİLAH GÖNDƏRİRDİLƏR”- Türkiyənin qarşısını belə almaq istəyirlərmiş...

Tarix: 28-12-2023 11:20 | Bölmə: Manşet | Baxış: 101


İraq Regional Kürd Administrasiyasının peşmərgələri vasitəsilə Habur Sərhəd Qapısında təhlükəsizlik qüvvələrinə təslim olan “Baver” kod adlı terrorçu T.G (adı açıqlanmır-red.) bir sıra mühüm etiraflar edib.

Press-fakt xəbər verir ki, 2018-ci ildə Türkiyənin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatında təhlükəsizlik qüvvələrinə qarşı hücumlarda iştirak etdiyi müəyyən edilən terrorçu artıq həbs edilib. “Dövlətin birliyini və bütövlüyünü pozmaq” ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilən terrorçu “Zeytun budağı” əməliyyatı zamanı rusların PKK-ya böyük dəstək verdiyini bildirib.

Terrorçu əməliyyat başladıqdan sonra rusların paraşütlərlə havadan əraziyə silah dolusu yeşiklər göndərdiyini etiraf edib. O, bu silahların yük maşınlarına yüklənərək PKK-YPG terrorçularına çatdırıldığını bildirib.

“Afrində əməliyyat başlayanda kod adI “Mahmud Reş” olan bir nəfər mənə zəng edərək dedi ki, ÖSO (Azad Suriya Ordusu-red.) və Türkiyə Silahlı Qüvvələri Hələb-Afrin yolunu tutsa, içəridə sıxışıb ölə bilərik. Mən əməliyyat bitənə qədər 30 nəfərlik bir qrupla bu yolun təhlükəsizliyini təmin edərkən, Afrinin girişindəki Kıştahar kəndindəki məntəqələrə pikaplarla sursat daşıyan rus əsgərlərini gördüm. Gecə düşəndə YPG terrorçuları bu sursatları götürərək Türkiyə Silahlı Qüvvələrinə qarşı istifadə edirdilər”,-deyə o qeyd edib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024