«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“PUTİN PUSİYANIN UKRAYNA İLƏ HƏLƏ 5 İL SAVAŞACAĞI HAQDA XƏBƏRDARLIQ EDİB…”- “Nikkei Asia”

Tarix: 28-12-2023 14:30 | Bölmə: Manşet | Baxış: 91
“Putin Rusiyanın Ukrayna ilə hələ 5 il savaşacağı haqda xəbərdarlıq edib…”- “Nikkei Asia”

“Nəşrin yazdığına görə, Si Cinpin 2022-ci il fevralın 4-də Pekində Qış Olimpiya Oyunlarının açılışı günü baş tutan Çin-Rusiya sammitindən sonra Putinə qarşı kin saxlayır. Çünki…”

Rusiya diktatoru Vladimir Putin Çin lideri Si Szinpinə xəbərdarlıq edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi ən azı beş il davam edə bilər.
 
Press-fakt  “TSN”-ə istinadla xəbər verir ki, bu barədə “Nikkei Asia” nəşri məlumat yayıb.
 
Nəşrin məlumatına görə, Putin belə bir xəbərdarlığı bu ilin martında Si Szinpinin Moskvaya səfəri zamanı səsləndirib. O vaxt rus diktatoru Ukrayna ilə ən azı 5 il vuruşacağını söyləyib, lakin sonda qalib gələcəyinə əmin olduğunu da bildirib.
 
“Aydındır ki, bu, Putinin o zaman Rusiya üçün əlverişli olmayan vəziyyəti ümumiləşdirmək və Sini Rusiyanın sonda qalib gələcəyinə inandırmaq üsulu idi”, - deyə nəşr ehtimal edir.
 
Digər tərəfdən, bu açıqlama həm də Sini rusiyayönlü mövqeyini dəyişməməyə təşviq edirdi.
 
Keçən həftə “The New York Times” məlumat verib ki, ən azı sentyabr ayından Putin Rusiyanın işğal etdiyi əraziləri əlində saxlamaq şərti ilə guya atəşkəsə hazır olduğunu “siqnalını vermək” üçün vasitəçilərdən istifadə edir.
 
Nəşrin müəllifi xəbərdarlıq edir ki, Putinin mart ayında Si Szinpinə dediyi sözləri nəzərə alsaq, onun atəşkəslə bağlı “siqnallarını” gerçək qəbul etmək olmaz.
 
“Putin, sadəcə olaraq, mart ayında Rusiyada keçiriləcək prezident seçkiləri ərəfəsində belə bir atmosferin seçkilərdə ona kömək edəcəyinə inandığı üçün atəşkəsə və ya hətta sülhə doğru irəlilədiyi illüziyası yaratmaq istəyə bilər”, - “Nikkei”nin məqaləsində belə fərz edilir.
 
Nəşrin yazdığına görə, Çin qismən Putinin “beşillik müharibə planı” ilə bağlı qeydinə əsaslanaraq strategiyasına yenidən baxıb.
 
Rusiya və Ukrayna arasında müharibə uzanarsa, bu, Sinin Çin lideri və Çin Kommunist Partiyasının baş katibi kimi üçüncü müddətində planlarına və ambisiyalarına təsir göstərəcək. Bu həm də Sinin Tayvanı materik Çinə birləşdirmək kimi böyük məqsədinə təsir edə bilər.
 
Si Putindən inciyib…
 
Nəşrin yazdığına görə, Si Szinpin 2022-ci il fevralın 4-də Pekində Qış Olimpiya Oyunlarının açılışı günü baş tutan Çin-Rusiya sammitindən sonra Putinə qarşı kin saxlayır. Çünki o zaman Putin guya Ukraynaya genişmiqyaslı işğala başlayacağına dair bir kəlmə də danışmayıb. Pekin rus qoşunlarının yalnız Ukraynanın şərqini işğal edəcəyinə inanırdı, lakin xüsusilə Qış Olimpiya Oyunlarının bağlanmasından dörd gün sonra genişmiqyaslı hücum gözləmirdi.
 
"Nikkei"nin qeyd etdiyi kimi, Çin indi Putinin “beş illik müharibə” ilə bağlı sözlərini şübhə altına alıb və Ukraynadakı hadisələrin Rusiya üçün necə bitməsindən asılı olmayaraq, öz maraqlarını qorumaq barədə düşünməyə başlayıb.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024