RUSLARIN BU ŞƏHƏRLƏRƏ HÜCUMU DAYANDIRILDI, KOLONLARI MƏHV EDİLDİ - Rusiya MN meyitlərlə bağlı xüsusi təlimat verdi /FOTO
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin katibi Oleksiy Danilov bildirib ki, Rusiya qoşunları genişmiqyaslı hücumun ikinci dalğasını hazırlayır. O qeyd edib buna görə “mümkün qədər hazırlıqlı və vahid olmaq lazımdır”. Bu barədə RBK-Ukrayna xəbər verir.
"Biz ilk, ən şiddətli hücum dalğasına tab gətirdik... Heç bir istiqamətdə Rusiya... qoşunları strateji uğur qazanmayıb", - Danilov öz Facebook səhifəsində yazıb.
O qeyd edib ki, Ukrayna ordusu layiqli cavab verir, “amma düşmən... genişmiqyaslı hücumun ikinci dalğasını hazırlayır”.
Danilov qeyd etdiyi kimi, Kiyev, Xarkov, Mariupol, Nikolayev, Çerniqov və Odessa şəhərləri strateji əhəmiyyətə malik olaraq qalır.
Bu arada Rusiya ordusu Ukraynanın Xarkov şəhərində eksperimental nüvə qurğusunun yerləşdiyi Xarkov Fiziki-Texniki İnstitutunun Milli Elmi Mərkəzini atəşə tutub. Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin Xarkovdakı İdarəsi “Facebook” səhifəsində məlumat yerləşdirib.
Elmi Mərkəz “Qrad” qurğularından atəşə tutulub. Qeyd edilib ki, 37 nüvə yanacağı elementinin yükləndiyi eksperimental nüvə qurğusunun və nüvə materiallarının anbarının dağılması geniş miqyaslı ekoloji fəlakətə yol aça bilər.
***
Odessa yaxınlığında Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiyaya məxsus hərbi təyyarə vurulub. Bu barədə Odessa Regional Hərbi Dövlət Administrasiyasının Operativ Qərargahının spikeri Sergey Bratçuk məlumat verib.
Həmçinin, Xarkov hava hücumundan müdafiə qüvvələri də Rusiya Hərbi Hava Qüvvələrinin daha bir Su-25 döyüş təyyarəsini məhv edib.
Bu barədə Xarkov Regional Hərbi Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov “Telegram”-da məlumat verib.
Məlumata görə, təyyarənin pilotu xilas ola bilib və hazırda fəal şəkildə axtarılır
Ukraynanın Vinnitsa şəhərindəki Qavrışovka aerodromu isə raket atəşinə tutulub. Bu barədə ölkə prezidenti Volodimir Zelenski məlumat verib.
Onun sözlərin görə, rusiyalı hərbçilər əraziyə 8 raket atıblar.
Aviazərbənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
***
Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun Kiyev və Xarkov istiqamətində irəliləyişini dayandırıb. Bunu Ukraynanın müdafiə naziri Aleksiy Reznikov “Facebook” səhifəsində bildirib.
Reznikov qeyd edib ki, Rusiya qoşunları arasında narazılıq və demoralizasiya güclənir.
“Müəyyən istiqamətlərdə Ukrayna ordusu əks-hücumlara başlayır, düşmən onlarla texnikasını itirir, sadəcə onu atıb qaçır. Beləliklə, avtomobil parkımızı doldururuq”, - Reznikov bildirib.
Qeyd edək ki, Ukraynanın Xarkov şəhəri artıq 10 gündən artıqdır Rusiya ordusunun qurudan və havadan endirdiyi şiddətli zərbələrin hədəfidir. Hər gün şəhərdəki yaşayış binalarına və digər mülki obyektlərə güclü zərbələr endirir, dinc əhali arasında ölən və yaralananların sayı hər gün artır. O cümlədən şəhərə bir neçə hücum cəhdi edilsə də baş tutmayıb.
Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov bildirir ki, hazırda şəhərin müdafiəsi çox güclüdür, amma vilayətin İzyum şəhəri kritik nöqtə hesab edilir. Sinequbov Ukrayna televiziyalarında təşkil edilən gündəlik informasiya marafonunda bildirib ki, ötən gün Xarkovda təyyarələrdən və vertolyotlardan bir neçə rayon atəşə tutulub. Habelə ötən gecə şəhərə güclü aviazərbələr endirilib. Şəhərə aparan yollar isə düşmənin vurulmuş hərbi texnikası ilə doludur.
“İzyum Xarkov vilayətinin ən kritik nöqtəsidir. Biz “yaşıl dəhliz” açılmasını gözləyirik ki, oradan adamları çıxaraq və humanitar yardım çatdıraq”, - Sinequbov bildirib.
Onun sözlərinə görə, Xarkov vağzalından hər gün orta hesabla 30 minə yaxın adam şəhəri tərk edir.
“Düşmənin hərəkəti təəccüb yaradır, çünki o faktiki olaraq yerüstü mübarizəni uduzub. Onun həmlə qoşunları qalmayıb ki, Ukrayna hərbçilərinə müqavimət göstərə bilsinlər. Düşmənin iri və ya orta ölçülü kolonlarla şəhərə daxil olmaq, yaxud şəhərdən keçid getmək cəhdləri bununla nəticələnir ki, onları tam məhv edirlər. Lakin buna baxmayaraq ötən gecə də bir neçə belə cəhd olub və onların hamısı məhv edilib”, - vilayət rəhbəri deyib.
Luqansk vilayətinin rəhbəri Sergey Qayday isə bildirib ki, hazırda Lisiçansk, Severodvinsk və Rubejnı qəsəbələri ətrafında döyüşlər gedir.
“Ukrayna hərbçiləri cəbhə xəttini düzləşdiriblər ki, düşmən yarıb arxaya keçə, onları mühasirəyə ala bilməsin. Svatovo, Starobelsk və Novopskov bizim nəzarətimizdə deyil, orada düşmənin böyük qüvvələri cəmləşib. Sakinlər işğala qarşı dinc aksiyalar keçirirlər”, - vilayət rəhbəri deyib.
Ukrayna ordusu Borodyanka şəhərindəki psixo-nevroloji dispanseri Rusiya qoşunlarından azad edib. Bu barədə Kiyev vilayəti dövlət administrasiyasının sədri Aleksey Kuleba danışıb.
Onun sözlərinə görə, Borodyanka ərazisində Rusiya qoşunları hələ də qalır.
Qeyd edək ki, buna qədər Borodyanka ərazisindəki psixo-nevroloji dispanserin Rusiya qoşunları tərəfindən ələ keçirildiyi və 670 nəfərin əsir götürüldüyü açıqlanmışdı.
Ötən gecə Kiyev ətrafındakı İrpen şəhəri istiqamətində Rusiya ordusunun daha bir kalonu darmadağın edilib. Uzunluğu az qala 2 kilometrə çatan kalona Ukrayna ordusunun havadan zərbə endirdiyi bildirilir. Ukayna Ali Radasının deputatı Viktoriya Syumar bu haqda bildirib, məlumatın yoxlanıldığını və dəqiq olduğunu deyib.
“İrpendən Stoyankaya gedən Rusiya hərbi texnika kalonu Ukrayna Silahlı Qüvvələri tərəfindən havadan darmadağın edilib. Kalondakıların hamısı məhv edilib, onlardan cəmi biri sağ ələ keçirilib”, - deputat Facebook-da yazıb.
Qeyd edək ki, Rusiyanın başlatdığı genişmiqyaslı hərbi müdaxilənin 11-ci günündə Ukraynada humanitar fəlakət yaşanır. Mühasirəyə alınmış Mariupol şəhərində dinc sakinlər arasında ölənlərin və yaralananların sayı-hesabı yoxdur.Minlərlə sakinin yaralı olduğu və tibbi yardım almaq imkanı olmadığı bildirilir. Ötən gün şəhərdən əhalinin təxliyəsi üçün humanitar dəhlizin açılması barədə razılıq olsa da bu baş tutmayıb.
Günlərdir aviazərbələrin və artilleriya zərbələrinin hədəfi olan Xarkovda da humanitar böhran yaşanmaqdadır. Ötən gecə Rusiya aviasiyası şəhərdə çoxmərtəbəli yaşayış binasına bomba zərbəsi endirib, nəticədə binada yanğın başlayıb. Ölənlər barədə məlumat yoxdur.
Rusiya ordusunun itkiləri də hər gün artmaqdadır. Ukraynanın Müdafiə Nazirliyi fevralın 24-dən martın 6-dək olan müddət ərzində Rusiyanın itkiləri barədə məlumat yayıb.
Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsinə istinadən xəbər verir ki, bu müddətdə hərbi əməliyyatlar nəticəsində Rusiya Silahlı qüvvələrinin 11 mindən çox hərbçisi ölüb.
Məlumata görə, Rusiya ordusu 285 tank, 985 Piyadaların Döyüş Maşını, 109 artilleriya qurğusu, 50 reaktiv atəş sistemi, 44 hərbi təyyarə, 44 hərbi helikopter, 447 hərbi avtomobil, 2 sürət kateri, 60 yanacaq çəni olan avtomobil, 4 əməliyyat-taktik səviyyəli pilotsuz uçuş aparatı itirib.
Bu arada Ukrayna hərbi əsirlər üçün tam hüquqlu düşərgələr yaradacaq, çünki “onların sayı yüzlərlədir”.
Bunu Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Aleksiy Aretoviç rusiyalı müxalif siyasətçi Mark Feyqinə müsahibəsində deyib.
İtkilərin bu cür kəskin artması Rusiya Müdafiə Nazirliyini ölən hərbçilərin meyitləri ilə bağlı xüsusi təlimat verməyə məcbur edib. Ukrayna Silahlı Qüvvələrinin Şimal əməliyyat komandanlığı Rusiya müdafiə nazirinin müavini Aleksey Krivoruçko tərəfindən imzalanmış xidməti təlimatı əldə edib və yayıb.
Orada deyilir ki, martın 1-dən etibarən Ukraynada əməliyyatlara cəlb olunmuş hərbçilərdən şəxsiyyətlərini təsdiq edən bütün sənədlər alınmalıdır. Habelə Ukraynadan meyitlərin təxliyəsinə dair tədbirlər görmək əmr edilir.
Təlimatda bildirilir ki, meyitlərin daimi dislokasiya yerlərinə gizli daşınması təmin edilməlidir və onların qardaş məzarlıqlarında dəfni xüsusi nömrələr verilməklə həyata keçirilməlidir. Əgər meyitlərin təxliyəsi mümkün deyilsə onları yerində məhv etmək əmr olunur.
Bu əmrin həqiqliyini təsdiq edən həm də odur ki, Ukrayna ordusu tərəfindən martın 4-də Kiyev ətrafındakı Hostomel şəhərindəki döyüşlərdə öldürülən çoxsaylı Rusiya hərbçilərinin üzərində heç bir sənəd və jeton olmayıb. Onların bəzilərinin üzərindən ancaq vaksinasiyaya dair sertifikat və doldurulmamış tibbi kitabçalar tapılıb.
***
Martın 6-da, yerli vaxtla saat 00:00-da (Bakı vaxtı ilə saat 02:00) Ukrayna paytaxtının bir neçə rayonunda partlayış səsləri eşidilib.
Report-un UNİAN-a istinadən xəbərinə görə, bu barədə hazırda Kiyevdə olan şahidlər məlumat veriblər.
Şəhərdə hava həyəcanı xəbərdarlığı elan edilib. Bütün paytaxt sakinləri dərhal sığınacaqları çağırılıb.
Ukrayna ordusunun Baş Qərargahından verilən məlumata görə, Rusiya ordusu aviasiyanın dəstəyi ilə Ukraynaya qarşı hücum əməliyyatını davam etdirir və yüksək dəqiqlikli silahlardan istifadə edir. Rusiya hərbçiləri əsas səylərini Kiyev və Xarkov şəhərlərinin mühasirəyə alınmasına yönəldiblər. Bundan əlavə, Rusiya ordusu Luqansk və Donetsk vilayətlərindəki inzibati sərhədlərə çatmaq və Krımla daha da quru dəhlizi yaratmaq niyyətindədir.
Digər xəbərlər
Tarix: 06-03-2022 20:43 | Bölmə: Manşet | Baxış: 220

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024