«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Qırmızı işıqda keçməyə görə hansı ölkədə daha çox cərimə yazılır? - Siyahı

Tarix: 05-01-2024 16:50 | Bölmə: Maraqlı | Baxış: 108




Azərbaycanda və eləcə də, digər ölkələrdə sürücülərin ən çox pozduğu yol hərəkəti qaydaları arasında işıqforun qadağanedici işarəsi (qırmızı işıq) verilərkən hərəkətin davam etdirilməsi yer alır.

Azərbaycanda qeyd olunan qayda pozuntularını törədən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.2.-ci maddəsinə əsasən cərimələnirlər.

Məcəllənin 327.2.-ci maddəsinə əsasən işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi halında sürücülər səksən manat məbləğində cərimə edilirlər.

Müqayisə üçün qeyd edək ki, region ölkələrində bənzər qayda pozuntularına tətbiq edilən cərimə aşağıdakı kimidir.

Ermənistan - 25 000 dram (57 avro);

Türkiyə - 1 510 lirə (47 avro);

Azərbaycan - 80 manat (43 avro);

Moldova - 750-900 ley (39-47 avro);

Belarus - 110 rubl (32 avro);

Gürcüstan - 50 lari (17 avro);

Ukrayna - 510 qrivna (12 avro);

Rusiya - 1 000 rubl (10 avro).

Elnur Əli


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024