«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Hakerlər 2023-cü ildə 1,7 milyard dollar oğurlayıblar - Təkcə Şimali Koreyada...

Tarix: 08-01-2024 17:40 | Bölmə: Maraqlı | Baxış: 99



Dünya üzrə hakerlər 2023-cü ildə 1,7 milyard dollar oğurlayıblar ki, bu da 2022-ci ildə oğurlanmış 4 milyard dolların yarısından azdır.

Bu barədə “TRM Labs”ın araşdırmasının nəticələrində bildirilir.

Bundan əlavə, Şimali Koreya ilə bağlı hakerlər keçən il təxminən 600 milyon dollar kriptovalyuta oğurlayıblar.

“TRM Labs”ın hüquq və dövlət işləri üzrə rəhbəri Ari Redbord “CoinDesk”ə verdiyi müsahibədə keçən il böyük haker hücumlarının daha az olduğunu, hüquq-mühafizə orqanlarının bu məsələdə irəliləyiş əldə etdiyini və kibertəhlükəsizliyə nəzarətin daha da inkişaf etdiyini bildirib. 

Onun sözlərinə görə, bu da nəticədə hakerlərin keçən il 2022-ci ilə nisbətən daha az pul oğurlamasına səbəb olub. 

Şimali Koreya ilə bağlı isə hakerlər keçən il kriptovalyuta oğurlayan zərərli proqram hücumlarının üçdə birində iştirak ediblər. Ümumilikdə, onlar təxminən 600 milyon dollar dəyərində kriptovalyuta oğurlayıblar.

Son altı il ərzində isə Şimali Koreyaya bağlı hakerlər 3 milyard dollara yaxın pul oğurlaya biliblər. Bununla belə, onlar 2023-cü ildə 2022-ci ilə nisbətən təxminən 30% az (təxminən 850 milyon dollar) oğurlayıblar. 

Bu pulun böyük hissəsi “Ronin Bridge” zərərli proqramından istifadə etməklə əldə edilib.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024