«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
70 yaşlı qadın əkizlər dünyaya gətirib və... ilk dəfə olaraq körpələrin fotosunu göstərib

Tarix: 10-01-2024 12:10 | Bölmə: Maraqlı | Baxış: 80
70 yaşlı qadın əkizlər dünyaya gətirib və ilk dəfə olaraq körpələrin fotosunu göstərib

 
"Qadın körpələrı ekstrakorporal mayalanma üsulu ilə, donor yumurta hüceyrələri və ərinin spermasından istifadə etməklə dünyaya gətirib..."
"Kənddə qadını Nalonqo, ərini Salonqo adlandırırlar..."
 
Bu barədə "Today" nəşri yazıb.
 
Pediatr həkimin adlandırdığı kimi, "möcüzə-körpələr" xəstəxanadan anaları ilə birgə evə yazılıb.
 
Uqandanın paytaxtı Kampala şəhərinin Beynəlxalq Qadın Xəstəxanası və Sonsuzluğun Müalicə Mərkəzində noyabrın 29-da Safina Namukvayya Qeysəriyyə əməliyyatının köməyilə oğlan və qız uşağı dünyaya gətirib. Hər birinin çəkisi 2, 2 kq olan körpələr yanvarın 6-da evə yazılıb.
 
"O, körpələrinə baxmaqdan doymur", - bunu reproduksiya üzrə mütəxəssis həkim Edvard Tamale Sali deyib və əlavə edib ki, o, "sevən və oynaq" anadır.
 
Hamukvayya qızına Şakira Babiyre Naqabala, oğluna isə Kato Şafiq Kanqave (qısa olaraq Babiyre və Kato) adını qoyub.
 
Sali deyib ki, Safinanın da yeni ayaması var, indi kənddə onu Nalonqo adlandırırlar, bunun da mənası əkizlər anası deməkdir. Əri Valusimbi Bardunu isə Salonqo, yəni əkizlər atası adlandırırlar.
 
"O, yaxşı formadadır, qan təzyiqi normaldır, şəkəri yoxdur, o, çox sağlam qadındır, bütün Afrika ona  görə çox sevinir", - həkim deyib. "Əgər siz daha bir körpə istəyirsinizsə, biz buradayıq", - o, anaya müraciətlə deyib.
 
Öz tərəfindən pediatr Qloriya Lunyolo əkizləri "möcüzə-körpələr" adlandırıb və deyib ki, onlar ana südü və uşaq yeməyi ilə qidalanır.
 
Dekabrın 1-də doğuşdan iki gün sonra Namukvayya deyib ki, özünü çox yaxşı hiss edir.
 
"Kimsə 70 yaşımın çox olduğuna görə etiraz edə bilər, lakin Tanrı 70 yaşımda əkizlər doğulacağına qərar verib. Tanrının hakimliyini və gücünü kimsə məhdudlaşdıra bilməz", - o, deyib.
 
Eyni zamanda üç yaşlı qızını tərbiyə edən Namukvayya deyib ki, güclü dəstəyə malikdir: "Bəzi evdar qadınlar yaşımla bağlı paltar yumaqda və körpələrə qulluq etməkdə mənə kömək edir".
 
Öz uşaqlarının olması üçün Namukvayya ekstrakorporal mayalanma üçün (EKM) müraciət edib. Yaşına görə o, donor yumurta hüceyrələri və ərinin spermasından istifadə edib./moderator

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024