«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Əlcəzairdə dünyanın ən hündür minarəli məscidi açıldı

Tarix: 26-02-2024 11:15 | Bölmə: Maraqlı | Baxış: 105



Əlcəzairdə Aralıq dənizi sahilində dünyanın ən hündür minarəsi olan məscidi açılıb.

Bu barədə AP agentliyi məlumat yayıb.

Məlumata görə, inşası 2010-cu ildə başlayan və Çin inşaat firması tərəfindən tikilən “Böyük Məscid” 265 metrlə dünyanın ən hündür minarəsinə malikdir.

Məscid həmçinin, 120 min nəfərlik ibadət yeri ilə dünyanın üçüncü, İslamın müqəddəs şəhərlərindən kənarda yerləşən birinci ən böyük məscididir.

Onun dizaynı Əlcəzair ənənələrini və mədəniyyəti ilə yanaşı, ərəb və Şimali Afrika motivlərini birləşdirir. Məsciddə helikopter meydançası, həmçinin 1 milyona qədər kitab saxlaya bilən kitabxana var.

Layihənin rəsmi dəyəri 898 milyon dollardır.

Qeyd edək ki, məscid ölkənin keçmiş prezidenti Əbdüləziz Buteflikanın layihəsi idi və o, məscidi Afrikadakı ən böyük məscid kimi layihələndirmişdi.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024