«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
4 tələbə sistemdəki boşluğu tapdı - 10 milyon manatdan çox pul qazandılar

Tarix: 28-02-2024 14:50 | Bölmə: Maraqlı | Baxış: 147



ABŞ-ın Prinston Universitetinin bir qrup məzunu lotereya sistemindəki boşluğu taparaq milyonlarla dollar vəsait əldə edib.

Hazırda ABŞ-da magistratura pilləsi üzrə təhsil alan tələbələr - Manuel Montori, Metyu Qibbons, Hannah Davinroy və Zoe Buonaiuto 4 ştatda (İndiana, Missuri, Vaşinqton və Kolumbiya) yerləşən mağazalardan cəmi 66 lotereya bilet alaraq ümumilikdə 6 milyon dollardan çox (təxminən 10 milyon 197 min manat-red.) pul qazanıblar.

Məlumata görə, ən böyük uduş Missuridən alınan biletdən çıxıb. Uduşun məbləği 5 milyon dollar olub. Yerdə qalan məbləğ isə ikinci biletdən qazanılıb.

Tələbələrin belə bir strategiya ilə böyük məbləğdə vəsait əldə etməsi ölkəni qarışdırıb. Bəziləri bunun qanuni olmadığını iddia ediblər.

Kaliforniya Universitetinin statistika üzrə professoru Filip Stark ABŞ nəşrinə açıqlamasında tələbələrin sistemdəki boşluqdan yararlandığını bildirib.

“Onlar ya dünyanın ən şanslı insanlarıdır, ya da sistemdəki açığı tapıblar”,-deyə o qeyd edib.

İndiana ştatının Bloomington şəhərində yerləşən bir lotereya mağazasının satıcısı isə bildirib ki, həmin tələbələr bir neçə dəfə araşdırma məqsədi ilə yüzlərlə bilet alıblar.

Missuri ştatındakı iki fərqli mağazanın satıcıları isə bildiriblər ki, qrup üzvləri biletlərə ümumilikdə 8000 dollar pul xərcləyib.

Mütəxəssislər, strateji yanaşmalara baxmayaraq, lotereya oyunlarında qalib gəlmə ehtimalının qeyri-müəyyən olaraq qaldığını bildirərək, hər hansı bir qeyri-qanuni əməlin müəyyən olunmadığını deyiblər.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024