«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Neuralink” çipi olan ilk insan düşüncə gücü ilə onlayn şahmat oynayır - VİDEO

Tarix: 21-03-2024 13:25 | Bölmə: Maraqlı | Baxış: 170



İlon Maskın “Neuralink” şirkəti layihənin çipini beyninə yerləşdirən ilk xəstənin onlayn şahmat oynadığını göstərib.

Video Maska məxsus olan “X” sosial şəbəkəsində yayımlanıb.

Görüntülərdə yanvarın sonunda “Neuralink”in çipini beyninə implantasiya etdiyi ilk şəxs 29 yaşlı Nolan Arbo var. Arbo təxminən səkkiz il əvvəl baş vermiş qəzadan sonra çiyinlərinin altında heç nə hiss etmədiyini bildirib.

Onun sözlərinə görə, “Neuralink” çipinin implantasiyası əməliyyatı problemsiz keçib:
“Bir gün sonra xəstəxanadan çıxdım. Məndə heç bir koqnitiv qüsur yaranmadı”.

Yayım zamanı şirkət noutbukda şahmat oynayan pasiyenti kursorla lövhənin ətrafında fiqurları hərəkət etdirdiyini nümayiş etdirib. Arbo qəzadan sonra oynamağı dayandırdığı şahmat və “Civilization VI” video oyunundan həzz aldığını deyib:

“Siz [Neuralink] mənə bunu yenidən etmək imkanı verdiniz və mən ardıcıl səkkiz saat oyun oynadım”.

Xatırladaq ki, milyarder İlon Mask 2016-cı ildə “Neuralink”i yaradıb. Üç il sonra layihə prototip çipi təqdim etdi. 2021-ci ildə “Neuralink”, beyninə implantasiya edilmiş implant sayəsində video oyun oynaya bilən meymunu göstərdi. 

Mask sınaqlar zamanı heç bir meymunun ölmədiyini iddia edib. 2023-cü ildə ABŞ səlahiyyətliləri “Neuralink”ə insan üzərində sınaqlar keçirməyə icazə verib./Gazeta.ru




Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024