«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Alimlər insanın ölüm tarixini heyrətamiz dəqiqliklə proqnozlaşdıran süni intellekt yaradır

Tarix: 29-12-2023 11:22 | Bölmə: Maraqlı | Baxış: 141
Alimlər insanın ölüm tarixini heyrətamiz dəqiqliklə proqnozlaşdıran süni intellekt yaradır

"Aparılan təqdiqatlar zamanı yaradılan süni intellekt modeli sınaqdan keçirilənlərin sağ qalması və ölməsini 78 faiz dəqiqliklə proqnozlaşdırıb..."
 
"Bu modeldən istifadə edilməsinin etik nəticələrinə rəğmən, bir şəksiz müsbət cəhəti də var, bu da vaxtından əvvəl ölümün qarşısını almaqda kömək edə bilməsidir..."
 
Danimarka və ABŞ-dan olan beynəlxalq tədqiqatçılar komandasının işləyib hazırladığı süni intellekt modeli insanların həyatında gələcəkdə baş verəcək hadisələri, o cümlədən onların dünyasını dəyişməsini proqnozlaşdırmaq qabiliyyətini nümayiş etdirib.
 
Bu barədə "Oddity Central" nəşri yazıb.
 
İnsanın müxtəlif həyat keyfiyyətlərinin proqnozlaşdırılması üçün böyük həcmdə məlumatlar əsasında öyrədilmiş "Life2vec" adlı transformer-model Danimarka və ABŞ alimləri tərəfindən yaradılıb.
 
Danimarkanın altı milyon insanı haqqında doğum tarixi, təhsil, əmək haqqı, mənzil və sağlamlıq kimi tibbi və demoqrafik məlumatlar əldə ediləndən sonra süni intellekt modelinə bundan sonra nə baş verəcəyini nəzərdə tutmaq öyrədilib. 
 
Onun yaradıcılarının sözlərinə görə, "Life2vec" məlumatların təhlili əsasında insanların nə zaman dünyasını dəyişəcəyini proqnozlaşdırmaq kimi tükürpədici qabiliyyət nümayiş etdirib.
 
Məsələn, 35-65 yaş arasında olan insanlar qrupunda sınaqlar zamanı onların yarısı 2016-2020-ci illər arası dövrdə dünyasını dəyişib, süni intellekt kimin sağ qalması, kimin ölməsi barədə 78 faiz dəqiqliklə proqnoz verə bilib.
 
Danimarka Texniki Universitetinin professoru Sune Yorgensenin rəhbərliyi altında tədqiqatçılar qrupu qeyd edib ki, "Life2vec" istisnasız olaraq Danimarkanın məlumatları əsasında təlim keçib, ona görə də başqa ölkələrdə insanlar üçün eyni olmaya da bilər. Lakin Yorgensen həmçinin vurğulayıb ki, oxşar modellər korporasiyaların, xüsisilə sığorta şirlətlərinin əlinə keçməməlidir.
 
"Life2vec" hələlik açıq istifadə üçün əlçatan deyil, lakin onun yaradıcıları güman edir ki, belə modellər artıq işlənib hazırlanıb və iri texnoloji şirkətlər tərəfindən onların öyrədilməsi üçün böyük həcmdə məlumatlardan istifadə edilir.
 
İnsanın ömrünə nə qədər qaldığını heyrətamiz dəqiqliklə proqnozlaşdırmaq qabiliyyətinə malik süni intellekt modelindən istifadə edilməsinin etik nəticələrinə rəğmən, burada bir şəksiz müsbət cəhət də var, bu da belə proqnozun vaxtından əvvəl ölümün qarşısını almaqda kömək edə bilməsidir.
 
"Bizim struktur tədqiqatçılara həyatın nəticələrinə təsir edən potensial mexanizmləri, habelə onlarla bağlı fərdi müdaxilələr üçün imkanları aşkar etməyə imkan verir", - "Life2vec" komandası yazıb.

Press-fakt.com

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024