“Azərbaycanda sülh prosesini irəli aparmaq üçün güclü qətiyyət var” – “Ermənistandan yeni şərhlər gözləyirik”
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin TRT World telekanalına müsahibə verib.
Press-fakt.com "Caliber.az"-ın tərcümə etdiyi msahibəni oxuculara təqdim edir:
- Bu günlərdə Rusiyada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Hazırda sülh müqaviləsi qaçılmazdırmı?
- Sizinlə danışmaq fürsətinə görə təşəkkür edirəm. Doğrudan da, MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi danışıqlar və ya müzakirələr üçün fürsət yaranıb.
Bizim tərəfimizdən bu, iki ölkə arasında sülh gündəliyinin təşviqinə yönəlmiş səmərəli və konstruktiv qarşılıqlı fəaliyyət kimi qiymətləndirilib. Azərbaycanda Ermənistanla sülh müqaviləsinin bağlanması, eləcə də iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün sülh gündəmini irəli aparmaqda güclü qətiyyət var.
Azərbaycan nöqteyi-nəzərindən biz artıq iki dövlət arasında sülh müqaviləsinin bağlanmasına ciddi maneə görmürük.
- Nəticələri nə vaxt açıqlayacaqsınız və bu proses necə gedəcək?
- Konkret tarixlər demək çətindir. Prosesin başa çatdırılması və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üçün növbəti danışıqlar lazımdır. Biz sülh sazişləri layihələrinin mübadiləsi prosesindəyik. Biz təəssüf edirik ki, hansısa məqamda erməni tərəfində müəyyən gecikmə olub, lakin Azərbaycan sülh müqaviləsinin öz variantını sentyabrda təqdim edib və Ermənistan bizim şərhlərimizə cavab vermək üçün 70 gündən çox vaxt aparıb.
Amma biz prosesi gecikdirmədik və dərhal erməni tərəfinin təkliflərini və düzəlişlərini nəzərdən keçirdik və dekabrın 21-də şərhlərimizi təqdim etdik. Müzakirələri və danışıqları davam etdirmək üçün erməni tərəfindən yeni şərhlər gözləyirik.
- Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu yaxınlarda bəyan etdi ki, ikitərəfli sülh sazişi bütün məsələlərin tam həlli demək olmayacaq. O nə demək istəyirdi?
- Sülh müqaviləsi regionumuzda bütün vəziyyəti dəyişəcək mühüm sənəddir. Bu, həm də Ermənistan və Azərbaycan arasında qarşılıqlı əlaqənin mənzərəsini dəyişəcək.
Eyni zamanda başa düşməliyik ki, sülh müqaviləsi sehrli çubuq deyil. O, hər şeyi bir anda dəyişə bilməz. Sülh müqaviləsinin tam yerinə yetirilməsi, etimadın möhkəmləndirilməsi tədbirləri, münaqişədən sonrakı etnik barışıq və iki ölkə arasında münaqişənin normallaşdırılması üçün gələcəkdə hər iki tərəfdən fəaliyyət tələb olunacaq. Bu, hər iki tərəfdən çox ciddi səylər tələb edəcək. Azərbaycanın xarici işlər nazirinin mesajı bununla bağlı olub.
Lakin sülh müqaviləsində əsas odur ki, o, iki ölkə arasında hərbi qarşıdurma, müharibə və qəddarlıq elementləriini aradan qaldıracaq ki, bu da Qafqaz regionuna, xüsusən də iki ölkə arasında dövlətlərarası münasibətlərə müsbət transformativ təsir göstərəcək.
- Cənab Hacıyev, etimad tədbirlərindən danışarkən, Azərbaycan hökuməti Ermənistanın ABŞ və Fransa kimi Qərb dövlətlərindən hərbi texnika almasına bu konteksdə necə baxır? Belə bir addım regionda sabitliyi poza bilərmi?
- Azərbaycan hesab edir ki, Ermənistanın hərbiləşdirmə proqramı lazımsızır, ona müsbət gündəm lazımdır. Həmçinin ölkələr arasında regional, ikitərəfli qarşılıqlı əlaqəni saxlamaq vacibdir. İndiki mərhələdə vurğulamaq istərdim ki, biz Bakı ilə İrəvan arasında birbaşa danışıqların tərəfdarıyıq.
Dekabrın 7-də Azərbaycan Prezidenti Administrasiyası və Ermənistan Baş Naziri Aparatının yaydığı birgə bəyanatda da böyük dəyər görürük. Bu bəyanat bir daha göstərdi ki, əgər biz qarşılıqlı anlaşma və etimada əsaslanaraq birlikdə işləsək, regional sülh gündəmimizi irəli apara bilərik.
Bu, ilk tarixi sənəd idi, çünki iki ölkənin hökumətləri yüksək institusional səviyyəsində razılığa gələ bildi. Lakin hərbiləşdirmə proqramı, xüsusən də Fransa tərəfindən, sərfəli deyil. Bu, əks effekt verir və regionda hadisələrin növbəti gözlənilməz inkişafına gətirib çıxaracaq. Digər tərəfdaşlar da sülh gündəmini dəstəkləməlidir.
- Bu yaxınlarda Azərbaycan hökuməti iki fransız diplomatının ölkəni tərk etməsini tələb etdi. Bu barədə bizə ətraflı məlumat verə bilərsinizmi? Demək istəyirəm ki, Fransa niyə münaqişəyə cəlb olunur?
- Əslində Fransa hökumətinin Cənubi Qafqaz regionunda son hədəflərinin nə olduğunu anlamaq bizim üçün çətindir. Dedik ki, başqa dövlətlər öz geosiyasi intriqalarını, öz daxili siyasi planlarını Cənubi Qafqaz regionuna ixrac etməsinlər. Ermənistanın hərbiləşdirilməsi proqramı, eləcə də Ermənistanda revanşist əhval-ruhiyyənin təbliği sülhə kömək etmir.
Təəssüf ki, biz bunu Azərbaycan Respublikasına qarşı əks effektli diplomatik müharibə aparan Fransanın timsalında görürük.
Azərbaycanın xarici işlər nazirinin dediyi kimi, iki fransız diplomatı Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının dəyərlərinə və ruhuna zidd hərəkətlərdə iştirak etdikləri üçün persona non-qrata elan edilib.
- Cənab Hacıyev, üçüncü ölkələrin bu prosesdə iştirakı ilə bağlı Azərbaycanın mövqeyi necədir? Mən ABŞ-ı, həm də Rusiya və Türkiyəni nəzərdə tuturam.
- Azərbaycanın yanaşması ondan ibarətdir ki, sülh ilk növbədə Azərbaycan və Ermənistan arasında olmalıdır. Bakı və İrəvanın birgə səyi ilə sülh sazişləri bağlanmalıdır. Yenə də dünyanı yaxşı mənada təəccübləndirmək bizim borcumuzdur. Dekabrın 7-də qəbul edilən birgə bəyanat həqiqətən də bu istiqamətdə mühüm mərhələ oldu.
Eyni zamanda, biz regional ölkələr arasında fəal qarşılıqlı əlaqə, Türkiyə-Azərbaycan əməkdaşlığı, tərəfdaşlıq və qardaşlıq münasibətlərini görürük - bu, xüsusi bir şeydir. Bu arada Türkiyə regional ölkədir və sülh gündəmini tam dəstəkləyir. Azərbaycan 3+3 formatını və regionumuzda sülh, əməkdaşlıq və tərəfdaşlıq bərqərar etməyə çalışan bütün digər ölkələrin fəal regional iştirakını təklif edir.
Təbii ki, Azərbaycan Bakı ilə İrəvan arasında qarşılıqlı fəaliyyətlə bağlı digər platformaları da istisna etmir. Amma biz vasitəçiliyə baxmırıq, daha çox yaxşı xidmətlər haqqında düşünürük. Və onların haradan gəldiyinin əhəmiyyəti yoxdur. Əsas odur ki, onlar nəticəli və məqsədyönlü olmalıdırlar. Bu baxımdan Azərbaycan Ermənistanla fəal birbaşa qarşılıqlı fəaliyyətin tərəfdarıdır. Biz buna artıq nail olmuşuq.
- Azərbaycan Ermənistanla sülh müqaviləsi imzaladıqdan sonra Ankara ilə İrəvan arasında münasibətlərin tam normallaşacağını gözləyirsinizmi?
- Türkiyə Cənubi Qafqaz regionu ilə həmişə müsbət qarşılıqlı əlaqə nümayiş etdirib. O, həmçinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir. Amma eyni zamanda, İrəvan bölgə dövlətləri ilə yanaşı, Ankaraya qarşı da siyasətini dəyişməlidir.
Ermənistan region ölkələrinə qarşı hərbi iddialara son qoymalıdır. Ona görə də Azərbaycanın yanaşması ondan ibarətdir ki, Türkiyənin xarici işlər naziri və müvafiq qurumlarla birlikdə deyirik ki, paralel olaraq Azərbaycan Türkiyə-Ermənistan normallaşma prosesini dəstəkləyir. Bu, Ermənistan Respublikasının maraqlarına uyğundur. Tezliklə Ermənistan bu reallığı anlayacaq, çünki bu, hamının maraqlarına uyğundur.
- Digər aktual məsələ Zəngəzur dəhlizidir. Bu barədə nə məlumdur? Demək istədiyim odur ki, əsas maneələr nədir və Ermənistan niyə bu layihəyə qoşulmaq istəmir?
- Niyə Ermənistan son üç ildə bu layihənin həyata keçirilməsi üçün heç bir şərait yaratmayıb? Biz Zəngəzur dəhlizinin açılmasının bütün üsullarını müzakirə etmək üçün çox səy göstərmişik: bu, Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycanın qərb rayonlarından Naxçıvana çıxışı təmin etmək öhdəliyi idi. Biz onu da bilirik ki, Naxçıvan materik Azərbaycanla birbaşa əlaqəsi olmadığı üçün blokadada qalmaqda davam edir. Bakı gözləyir ki, ona yüklərin və sərnişinlərin maneəsiz hərəkəti üçün daha sadələşdirilmiş şərait yaradılmalıdır.
Amma biz erməni tərəfdən müəyyən qarşılıqlı münasibət görmədik. Bu istiqamətdə siyasətini dəyişmək Ermənistan tərəfinin maraqlarına uyğundur. Və biz erməni tərəfdən əlavə fikir gözləmirik. Azərbaycan artıq İran ərazisindən keçməklə Naxçıvana alternativ yollar çəkməyə başlayıb.
Artıq müzakirələrimizə başlamışıq. Hər şey Ermənistandan asılıdır. Ermənistan özünü regional tranzit ölkə kimi görürsə, yüklərin keçidi üçün əlverişli şərait yaratmalı, daşımalarla bağlı təhlükəsizlik mexanizmlərini təmin etməlidir.
Digər xəbərlər
Tarix: 30-12-2023 19:25 | Bölmə: Müsahibə | Baxış: 104

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024