“BAKI VƏ İRƏVANIN DÜNYA TARİXİNƏ DÜŞMƏK ŞANSI VAR"- Marina Laqutina /Müsahibə
2023 bütün Cənubi Qafqaz regionu üçün əlamətdar il oldu. Azərbaycan bütün ölkə ərazisində suverenliyini bərpa etdi. Bundan əlavə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanması ehtimalından danışmaq üçün ciddi əsaslar mövcuddur.
“Vestnik Kavkaza” informasiya agentliyinin ingiliscə versiyasının baş redaktoru, rusiyalı analitik Marina Laqutina oxu.az-a müsahibəsində 2023-cü ildə Cənubi Qafqaz regionunda baş vermiş əlamətdar hadisələrə toxunub:
- Mənə elə gəlir ki, ən əlamətdar hadisə kimi Azərbaycanın Qarabağda konstitusiya quruluşunu tam bərqərar etməsini adlandırmaq olar. Sentyabrda separatçı “hökumət” (dırnaqlar bizə məxsusdur - red.) özünü buraxdığını elan etdi və ölkənin ərazi bütövlüyü tamamilə bərpa olundu.
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra üç il ərzində danışıqlar yolu ilə buna nail olmaq mümkün olmurdu. Lakin hər şey Azərbaycanın bir günlük lokal antiterror tədbirləri ilə həll olundu. Bu, ölkənin tarixində böyük bir mərhələ oldu və sülh sazişinin imzalanmasına yol açdı.
Onu da qeyd etmək olar ki, 2023-cü ildə Cənubi Qafqaz, Xəzər regionu, Mərkəzi Asiya ölkələri arasında regional əlaqələr dərinləşib və inkişaf edib. Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpa olunması, Rusiya Federasiyasının isə Gürcüstan vətəndaşları üçün vizaların ləğv edilməsi də vacib məqamlardır.
Rusiya Federasiyası ilə Cənubi Qafqaz ölkələri arasında ticarət dövriyyəsi artıb.
Azərbaycan-İran münasibətləri kimi regional aspekti xatırlamağa da ehtiyac var. Bu müstəvidə müxtəlif hadisələr baş verdi. 2023-cü ilin əvvəlində faciəvi hadisə yaşandı - Azərbaycanın Tehrandakı səfirliyində terror aktı baş verdi, bundan sonra Azərbaycan diplomatik missiyası bu ölkədəki fəaliyyətini dayandırdı.
Lakin cari il ərzində Azərbaycan və İran hökumətləri Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin fəaliyyətinin bərpası üçün yol xəritəsini müəyyən etdilər.
Əgər hərbi-siyasi əməkdaşlıqdan danışırıqsa, bu zaman heç də müsbət olmayan, lakin diqqətçəkən hadisə baş verdi. Söhbət Ermənistanın bir ildən artıq müddət ərzində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) məhəl qoymamasından gedir. Bu, Moskva ilə İrəvan arasında münasibətlərə mənfi təsir göstərdi.
- Siz Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması perspektivinə toxundunuz. Bu nə dərəcədə gözləniləndir? Ermənistanda həm parlament, həm də “küçə” müxalifətinin nümayəndələri Azərbaycanla sülhün əleyhinədirlər.
Eyni zamanda, Ermənistanın hakim dairələrinə yaxın ekspertlərin bir çoxu, məmurlar, eləcə də iqtidaryönlü deputatlar isə nikbindirlər.
- Hər ölkədə müxalifət var, lakin biz İrəvanın rəsmi mövqeyinə və ölkə liderlərinin bəyanatlarına əsaslanmalıyıq. Ona görə də qəti şəkildə deyə bilərik ki, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunandan, Qarabağda separatizm məsələsi bağlanandan sonra sülh müqaviləsinin imzalanması perspektivi həmişəkindən daha yaxındır.
Əvvəllər İrəvan müqaviləyə ciddi-cəhdlə Qarabağın müəyyən statusunu və sair məsələləri daxil etməyə çalışırdı. İndi bu məsələlər artıq gündəmdə yoxdur, sazişin bağlanması üçün praktiki olaraq heç bir maneə qalmayıb və sazişin mətni, əsasən, razılaşdırılıb. Yeri gəlmişkən, bu barədə hər iki tərəf danışıb.
Ona görə də 2024-cü ildə sülh müqaviləsinin imzalanacağını gözləmək olar və biz bunun gələn ilin birinci rübündə olmasını istərdik, çünki Ermənistanla Azərbaycan arasında razılaşma regionda sabitliyin ciddi elementinə çevriləcək. Bütün qonşu dövlətlər, o cümlədən Rusiya bunda maraqlıdır.
Bilirsiniz ki, hazırda nəqliyyat dəhlizlərinin inkişafına xüsusi diqqət yetirilir və Cənubi Qafqaz çox mühüm nəqliyyat qovşağıdır, yalnız orada sülh olduqda bu layihələr tam gücü ilə fəaliyyət göstərə bilər.
Mən görürəm ki, Rusiya rəhbərliyi buna nail olmaq üçün səylər göstərir. Moskva danışıqların aparılması və sazişin imzalanması üçün platforma təqdim etməyə hazırdır, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında bu yaxınlarda Sankt-Peterburqda keçirilən görüş də nümayiş etdirmiş oldu.
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi unikal presedent olacaq. Dünyada davamlı olaraq münaqişələr, mübahisələr yaranır. Sülh müqaviləsi və gələcək iqtisadi əməkdaşlıqla bitən nümunələr çox azdır. Bakı və İrəvanın dünya tarixinə düşmək şansı var.
- Ötən ilin yekunlarından danışarkən Ermənistan rəhbərliyinin qəribə davranışına toxunmaya bilmərəm. İrəvan Qərbə tərəf getməyə hazırlaşırdı, Ermənistanın baş naziri və Ermənistanın digər rəhbərləri KTMT, MDB və Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində baş tutan tədbirlərə məhəl qoymadılar.
Amma ilin sonunda Ermənistan sanki Rusiyaya doğru dönüş etdi, Nikol Paşinyan Sankt-Peterburqa getdi. Doğrudur, Aİİ sammitində o, iqtisadi məsələləri geosiyasətdən ayırmağa çalışdı.
İrəvanın bu cür var-gəl etməsini necə izah etmək olar və İrəvan hələ də nə zamansa Qərbə doğru gedə bilərmi?
- Coğrafi cəhətdən Cənubi Qafqazda yerləşən Ermənistan necə Qərbə doğru üz tuta bilər? Amma siz düzgün qeyd etdiniz ki, ötən il Ermənistan rəhbərliyi Qərblə yaxınlaşma və Rusiya Federasiyasından uzaqlaşma strategiyasını seçdi. İrəvan Azərbaycan və Rusiyanın iştirakı ilə üçtərəfli görüşlərdən də imtina edib.
Eyni zamanda, Ermənistan rəsmilərinin Avropa və ABŞ-yə tez-tez səfərləri oldu. Ermənistan Avropa İttifaqının müşahidə missiyasını öz ölkəsinə dəvət etdi ki, Azərbaycanla sərhəddə nəyisə müşahidə etsin. Sonra bu missiya genişləndirildi. İrəvan Fransadan silah tədarükü ilə bağlı müqavilələr bağlayıb.
Tendensiya aydın idi. Amma mənə elə gəlir ki, Ermənistan öz milli maraqlarından çıxış etməlidir, hansısa uzaq Avropa inteqrasiyası ilə bağlı illüziyalar qurmamalıdır.
Fransa, ABŞ - bunlar Ermənistandan minlərlə kilometr məsafədə yerləşirlər, istənilən ölkənin hərəkətverici qüvvəsi isə iqtisadiyyatdır. Onu inkişaf etdirmək üçün İrəvan qonşuları ilə münasibətlər qurmalıdır.
Elə buna görə də Nikol Paşinyan dekabrda Avrasiya İqtisadi İttifaqının sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçdu. Nikol Paşinyan deyib ki, o, iqtisadiyyatla geosiyasəti bir-birindən ayırır.
Amma məncə, bu bir az sadəlövh bəyanatdır. Ermənistan rəhbərliyi öz əhalisinin maraqlarından çıxış edərək öz qərarlarını və onların nəticələrini düşünməli, aşkar uduzduqları geosiyasi oyunlara son qoymalıdır.
Nair Əliyev
Digər xəbərlər
Tarix: 02-01-2024 14:30 | Bölmə: Müsahibə | Baxış: 91

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024