“CƏZA TƏDBİRLƏRİ RUSİYANI ÇÖKDÜRƏCƏK”- “Putin Ukraynanı götürsə, sonra Orta Asiyaya və Qafqaza da gələcək”
Putin Rusiyasının Ukraynada başlatdığı işğal davam edir. Donbass regionunda və cənub istiqamətində müəyyən üstünlüklər əldə edən rus ordusu hazırda Xarkov, Kiyev, Nikolayev, Mariupol, Odessa, Çerniqov kimi şəhərləri ələ keçirmək üçün ikinci dalğa hücum planını həyata keçirir.
Rəsmi Kiyev isə Qərb ölkələrindən yardım istəyir, xüsusilə Ukraynanın hava məkanının qapadılmasını tələb edir. Prezident Volodimir Zelenskinin bu tələblərini nə ABŞ, nə də NATO qəbul etmir. Nəticə olaraq bombardman edilən Ukrayna şəhərlərində əsl insanlıq dramı, humanitar fəlakət yaşanır.
Ukrayna mövzusunda azpolitika-nın suallarını politoloq Zərdüşt Əlizadə cavablandırıb.
- Zərdüşt bəy, artıq iki həftəyə yaxındır ki, Rusiya Ukraynada savaş aparır, beynəlxalq etirazlara baxmayaraq, bu ölkəni işğal niyyətindən əl çəkmir. Ukrayna xalqının da dirənişi göz önündədir. Bu baxımdan Ukraynada baş verənləri necə qiymətləndirirsiniz?
- Rus ordusu say və texniki üstünlüyündən istifadə edərək Dneprin sol sahilini ələ keçirib, hazırda Xarkovu və Kiyevi tutmağa hazırlaşır. Çalışır ki, mülki əhali Xarkovdan və Kiyevdən çıxıb getsin və bu şəhərləri mühasirəyə alsın. Bundan sonra ruslar vəhşicəsinə bombardmana başlayacaq və çalışacaq ki, Kiyevi ələ keçirsin.
Buna nail olduqdan sonra Moskva bir ruspərəst siyasətçini Ukrayna dövlətinin başına gətirəcək. Bu şəxs Yanukoviç, Azarov və yaxud başqa birisi olacaq. Hər halda, bir satqın siyasətçi tapacaqlar və onunla müqavilə bağlayacaqlar. Bu müavilədə Ukrayna “hökuməti” Krımın Rusiyaya mənsub olduğunu, eləcə də Donetsk və Luqanskdakı “respublikalar”ın “müstəqilliyi”ni tanıyacaq. Əlbəttə, belə bir Ukrayna hökumətini dünya, eləcə də Ukrayna xalqı tanımayacaq. Amma Kreml düşünür ki, sərt rejim tətbiq etmək və Ukraynanı nəzarətə almaqla istəklərinə çata biləcək. Necə ki, özü 145 milyonluq Rusiyanı nəzarətə alıb, anti-milli mövqedə olan məmur komandası qurub, sərt nəzarət rejimi yaradıb, fərqli düşünənləri amansızlıqla məhv edib və edir. Bax, Ukraynada da belə bir rejim tətbiq edəcək. Həm də Kremldə əmindirlər ki, Qərb bununla razılaşacaq. Necə ki, Gürcüstan ərazilərinin işğalı, elə Qarabağın da işğalı ilə 27 il razılaşmışdı. Qərbin də özünün iqtisadi və siyasi maraqları var. Moskvada ümid edirlər ki, Qərblə dil tapa biləcəklər. Buna nail olub-olmayacaqları ayrı mövzudur. Mən hesab edirəm ki, Moskvada bu dəfə yanılırlar.
- Sizcə, dedikləriniz Putinin maksimum, yoxsa minimum hədəfidir?
- Bu, minimum hədəfdir. Putinin maksimum hədəfi odur ki, Ukraynanın qərb ərazilərinə də çıxsın, Lvovu və digər şəhərləri tutsun. Yəni bütün Ukraynanı zəbt etsin. Maksimum hədəf budur. Bundan sonra isə vahid dövlət yaranacaq: Rusiya, Belarus və Ukrayna. Bu, Putinin maksimum hədəfidir. Daha sonra növbəti mərhələlər gəlir. Məsələn, Cənubi Qafqaz, Orta Asiya və s. Bu, Putinin istəyidir, amma məncə, alınmayacaq, baş tutmayacaq.
- Yəni Rusiya liderliyində imperiya yaratmaq?
- Bəli. Bu istək açıq-aydın görünür. Həm də bu, imperiya olmayacaq. Olacaq “federal” rus dövlətinin, əslində isə unitar rus dövlətinin tərkibindəki ərazilər. Məsələn, Putin açıq deyir ki, Leninin ən böyük səhvi milli respublikaların yaranmasına imkan verməsidir. Ona görə milli respublikalar olmamalıdır. Jirinovski demişkən, hamısı quberniyalar olmalıdır. Bu halda guya Rusiya qalacaq. Məncə, bu, tamamilə səfeh fikirdir. Tarixdən, coğrafiyadan, psixologiyadan xəbəri olmayan adam belə səfeh fikirlərə inana bilər. Hər halda KQB podpolkovnikinin səviyyəsi budur.
- 12 gündür ki, rus işğalına boyun əyməyən Ukraynanın indiki durumunu necə qiymətləndirmək olar?
- Çox ağır, böhranlı, çətin durumdadır. Bəli, ukraynalılar savaşırlar, ən vacibi odur ki, ordunun idarəçiliyini tam itirməyiblər. Lakin vəziyyətləri ağırdır. Qərbdən də gözlədikləri dəstəyi ala bilmirlər. Canları və qanları hesabına döyüşürlər, qəhrəmanlıq edirlər. Amma Qərb “can-can desə də, çörək vermir”.
Mən XX əsr tarixini yaxşı bilirəm. Bu vəziyyət mənə Respublika İspaniyasına qarşı Frankonun qiyamını xatırladır. Onda qiyamçı Frankonu faşist Almaniyası, Respublikanı isə SSRİ dəstəklədi. Beləcə, dünyanın mütərəqqi insanları Respublika İspaniyası tərəfindən döyüşürdü. Bəs, bu zaman Qərbin mövqeyi necə idi? Neytral! Qərb vətəndaş müharibəsinə qarışmadı, faşistlərə imkan verdi ki, demokratik respublikaçı hökuməti yıxsınlar. Qərbə ləzzət edirdi ki, SSRİ getdikcə bu işə daha çox qarışır, çoxlu sovet hərbçisi gəlib respublikaçı hökumət tərəfindən döyüşür, xüsusi briqadalar yaranır və s.
İndi də Ukraynada belə birqadalar yaranır və bu, rusları əsəbləşdirir. Deyilənə görə, artıq minlərlə insan Ukraynaya gələrək savaşa qatılıb. Bəzi Qərb ölkələri də qeyd edirlər ki, vətəndaşları gedib Ukraynada döyüşlərdə iştirak edərsə, mövcud qanunlara baxmayaraq onları cəzalandırmayacaqlar. Nəzərə alın ki, Ukraynaya gələnlər sadə insanlar olmayacaq, peşəkarlar olacaq və silahdan istifadə etməyi bacaracaqlar. Bu hal Rusiyanı cırnadır. Amma hələlik Putin düşünür ki, müharibəni udur. Fransa Prezidenti Emmanuel Makronla sonuncu dəfə danışanda deyib ki, müharibə aylarla davam etsə də, istəyinə nail olacaq. Ukrayna hərb maşını isə çətin ki, aylarla davam edən müharibəyə dözsün.
- Sizcə, Ukrayna nə qədər dözüm gətirə bilər?
- Təsəvvür edin ki, döşəkdə 100 kiloqramlıq güləşçi ilə 50 kiloqramlıq güləşçi döyüşür. Yəni, Rusiyanın imkanlarına, hərb maşınına, silahlarının sayına, puluna diqqət etmək lazımdır. Hələ müharibədən əvvəl Ukrayna borc içində boğulurdu, Rusiyanınsa 650 milyard ehtiyatı var idi. Düzdür, Qərb onun müəyyən hissəsini dondurub. Əgər cəza tədbirləri davam edərsə, bir neçə aydan sonra Rusiya maliyyə baxımından müflis olacaq.
- Beynəlxalq səviyyədə yaranan anti-Putin koalisiyasının Rusiyaya qarşı sanksiyalarını və Ukraynaya dəstəyini yetərli saymaq olarmı?
- Xeyr, Ukraynanın müdafiəsi üçün bunlar yetərli deyil. Bəli, Rusiyaya çox ciddi cəza tədbirləri tətbiq edilir. Bu cəza tədbirləri uzunmüddətli dövrdə Rusiyada izlər buraxacaq. Rusiyanı çökdürəcək, inkişafını ləngidəcək. Amma müharibənin müqəddəratı günlər və ya həftələr ərzində müəyyən olunacaq. Bu baxımdan Qərbin Ukraynaya dəstəyi daha geniş olmalıdır. Məsələn, Zelenski xahiş etdi ki, Ukraynanın səmasını qapatsınlar, amma NATO buna getmədi. Qapada bilərlər. Niyə qapatmırlar? Ona görə ki, müharibənin bu şəkildə davamı onlara xeyirdir. Rusiya getdikcə haldan düşür, imkanlarını istehlak edir, dünyanın gözündə hörmətdən düşür, axmaq bir ölkəyə çevrilir. Nə qədər müharibə davam etsə, Rusiya bir o qədər maddi və əxlaqi baxımdan itirir, zəifləyir. Qərb də oturub baxır. Hara tələsir ki? Sözsüz ki, bu halda Ukrayna və onun xalqı da itirir. Amma müharibə itkisiz olmur.
- NATO-nun arqumenti budur ki, Rusiya ilə qarşıdurmaya girmək faktiki III Dünya savaşı deməkdir və NATO müdafiə alyansı olduğundan buna gedə bilməz...
- Əgər NATO müdafiə ittifaqıdırsa, gedib İraqa daxil olanda, Əfqanıstanı işğal edəndə və Liviyanı bombalayanda kimdən müdafiə olunurdu? Qəddafinin hansı hücum silahı vardı ki, NATO qırıcıları gecə-gündüz Liviyanı bombalayırdı? Səddam Hüseynə qarşı olan ittihamlar saxta çıxdı. Hətta ABŞ-ın keçmiş dövlət katibi üzr də istədi. Amma bu vaxt artıq İraqda dövlət çökmüş, 100 minlərlə iraqlı ölmüş və milyonlarla insan qaçqına çevrilmişdi. Bu mənada NATO-nun arqumentləri əsaslı deyil.
İkincisi, nüvə müharibəsi ehtimalı var. Amma siyasətdə ehtimalın olması o demək deyil ki, 100 faiz bu baş verəcək. Bu ehtimal qarşılıqlı hədələrdən keçir. Birinci Putin hədələdi, nüvə silahlarını hazır vəziyyətə gətirdi. Qərb də dedi ki, yox, biz Ukrayna məsələsinə qarışmırıq, nüvə silahlarımızı da hazır vəziyyətə gətirmirik. Şərqi Avropa ölkələrinin çoxunda sovet təyyarələri var. Xüsusilə, MİQ-29 və SU-30. Zelenski bunları istəyir, deyir təyyarə qıtlığım var. Bunu da vermədilər.
Yəni kənardan səhnəyə baxırlar, tərəflər də bir-birini qırır. Arada Xarkov və Kiyev dağılır, məhv olur. Bu qədər sadə.
- Qərbin hansısa mərhələdə prosesə birbaşa müdaxilə edəcəyi gözləniləndirmi?
- Məncə, yox. Çünki əsas məqsəd Ukraynanın müdafiəsi olsaydı, Qərb prosesə çoxdan qarışmalı, Moskvaya ultimatum verməli idi. Bəli, göz önündə Qərb ciddi addımlar atır. Məsələn, Putinin və ətrafındakı oğruların yaxtalarını, villalarını, hesablarını dondururlar. Amma həm də bunu ləng edirlər. Halbuki dərhal, bir dəfəyə edə bilərlər. Təsəvvür edin ki, Bayden deyir biz ən yüksək səviyyədə siyahı hazırlayırıq. Hansı siyahı? Belə siyahılar sizdə çoxdan var.
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi var. Mərkəzi Kəşfiyyat İdarəsi, Federal Təhqiqatlar Bürosu onun yanında heç nədir. O, ən güclü elektron kəşfiyyat idarəsidir. Onun nəhəng büdcəsi və aparatı var. Dünyadakı telefon, radio, internet danışıqlarını məhz bu qurum izləyib təhlil edir. Eyni zamanda da bank sistemlərini, pul köçürmələrini izləyir. Bu qurum bank sistemində 3 min dollardan yuxarı bütün pul axınını izləyir və təhlil edir. Görəndə ki, hansısa şübhəli köçürmə var, dərhal bunu siyahıya salırlar və izləyirlər. Beləcə, Rusiyadakı hakim zümrənin bütün pullarının harada və nə qədər gizlədildiyini bilirlər. Bu siyahı çoxdan var.
- Hətta bu pullar hansısa yüksək çinli məmurun özünün deyil, başqasının adına olsa belə?
- Bəli. Dəqiq belədir. Rusiya rüşvətxorlarının pullarının mənbəyi yoxdur və hamısı da siyahıdadır. Belə siyahılar var. ABŞ indi istəsə bir düyməni basmaqla 20-30 min rus oğrusunun maliyyə hesablarını dondura bilər. Onların Londonda, Mayamidə, Nitsada mülkləri var. Hamısı hesablardadır və hamısını da müsadirə etmək olar. Hazırda Rusiyadakı oğru məmur zümrəsi faşist Putinin ətrafında möhkəm dayanıb. Amma onlar 30 illik oğurluq fəaliyyətlərinin nəticələrini itirən an neyləyəcəklər? Kremlə daxil olub Putini təpikləyəcəklər. Deyəcəklər sənə kim demişdi ki, Ukraynaya hücum et?
- Rusiyada bəzi milyarderlərin danışmağa başlaması və Ukraynadakı müharibəyə qarşı çıxması müşahidə olunur. Sizcə, bu proses davam edəcəkmi?
- Onlar sadəcə, donquldayırlar. 3-5 nəfər milyarder fikrini deyib. Qərb milyarderlərin mülklərini necə müsadirə edir? Bir tərəfdən Almaniyada Əlişir Usmanovun 600 milyon dollarlıq yaxtasını müsadirə edirlər, digər tərəfdən London deyir ki, Usmanovun Ukrayna məsələsində izini görmürük. Necə yəni görmürsünüz? Usmanov Medvedevin pul kisəsidir, Putinə yaxın oliqarxlardan biridir. Ukraynaya qarşı bütün cinayətlərdə Rusiya oliqarxlarının əli var.
İndinin özündə Rusiyanın siyasi-ideoloji məkanına baxın. Kommunistlər Ukraynaya təcavüzü dəstəkləyir. Yeni sosializm hərəkatı da dəstəkləyir. Dostumuz Maksim Şevçenko təcavüzə dəstək verir. Sollar, sağlar, liberallar dəstəkləyir. Üstəlik, oliqarxlar da dəstəkləyir. Hamısının da pulları var və bu pulları həbs etmək olar. Niyə etmirlər? Tədricən, yavaş-yavaş edəcəklər. Qoy orada müharibə getsin, birdən dondursaq Moskvada Putini devirərlər və müharibə dayanar.
- Bir çox analitiklər deyir ki, müharibə uzanacaq. Siz necə düşünürsünüz?
- Məncə, bir aydan çox ola bilər. Bu, daha çox Ukrayna hərbi gücündən, Qərbin ona verəcəyi hərbi-maliyyə dəstəyindən asılıdır. Ukrayna son gücü və imkanları ilə döyüşür.
- Ukrayna hökuməti kapitulyasiyaya getməyəcəyini, ərazi bütövlüyü məsələsinin onun üçün prinsipial olduğunu elan edib. Bu halda müharibə necə bitəcək və nəticələri necə rəsmiləşəcək?
- Dılğır birini tapacaqlar. Bu, problem deyil. Amma indiki Ukrayna hökumətinin kapitulyasiyaya gedəcəyi inandırıcı görünmür. Buna getmək ölümə bərabərdir, Ukrayna dövlətinin məhvi deməkdir. Zelenskinin başına at təpib ki, kapitulyasiyaya getsin? O, əlində avtomat Salvador Alyende kimi prezident iqamətgahında və ya şəhərin istənilən küçəsində ölər, ancaq biabırçı kapitulyasiyaya getməz. Əgər Zelenski belə bir yolu tutsa və savaşaraq həyatını itirsə, dönüb Ukrayna xalqının əbədi qəhrəmanı olacaq. Dünya da ona sayğı göstərəcək. Amma kapitulyasiyanı imzalasa, heç nə. İndi seçim Zelenskidədir. Mən bilən indiyə qədər Zelenski göstərib ki, qorxmur və heç nədən çəkinmir.
Rasim Əliyev
Digər xəbərlər
Tarix: 08-03-2022 22:12 | Bölmə: Müsahibə | Baxış: 183

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024