«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Türkiyənin "Al-Jazeera" jurnalisti: “Bəşəri və kateqorial kriteriyalardan əsla uzaqlaşmamalıyıq”/MÜSAHİBƏ

Tarix: 04-01-2024 17:17 | Bölmə: Müsahibə | Baxış: 84
Türkiyənin tanınmış televiziya jurnalisti: “Bəşəri və kateqorial kriteriyalardan əsla uzaqlaşmamalıyıq”

Al-Jazeera kanalı Türkiyə bürosunun əməkdaşı Yılmaz Akıncı “Peşimdeki melek” adlı xatirələr kitabının işıq üzü görməsindən sonra Turan-ın suallarını cavablandırıb

* * *

- Jurnalistika məşəqqətli işdir. Bunu bildiyiniz halda televiziya jurnalisti oldunuz, yoxsa taleyin yazısından qaçmaq mümkün deyildi?



- Həmişə həqiqətin dalınca gedib insanlara düz xəbər və məlumatlar verməyə çalışmışam. Uşaqlıqdan xəyalım vardı. Təkcə jurnalistika vasitəsilə yox, müxtəlif sahələrdə həqiqətin dalınca getməyi həyat prinsipim saydım.

Ancaq həyat məni bu sahəyə yönəltdi və mən də yazdığım yazılarla, çəkdiyim sənədli filmlərlə, hazırladığım televiziya proqramlarıyla ideallarımı həyata keçirməyə çalışdım.

- Türkiyədə medianın gəldiyi yerdən razısınızmı? Dünyanın ən mühüm 3 televiziya kanalından birində işləyirsiniz, sizin müşahidə etmə imkanınız daha çoxdur.

- Şübhəsiz ki, Türkiyədə yaxşı jurnalistlər var. Ancaq digər tərəfdən baxanda adına “jurnalistika” deyilən, ancaq jurnalistikanın naturasına uyğun şəkildə görülməyən işlər də var.

Bunu da deməyim lazımdır. Hazırda Türkiyədə xəbərlə şəxsi şərhləri bir-birinə qarışdırırlar. Xüsusilə, ekranlarda xəbərlərə baxanda bunların xəbərdən çox şəxsi fikirlər olduğunu görürəm.

Halbuki, xəbəri ən predmetiv şəkildə hazırlayıb tamaşaçıya və ya oxucuya təqdim etmək lazımdır.

Təəssüf ki, jurnalistlər özlərini xəbərin içinə qoyaraq hiss və duyğularını ifadə edib oxucuya-tamaşaçıya təqdim edirlər.

Bu, tamamilə səhvdir. Xəbəri ən yalın şəkildə təqdim etmək jurnalistin birinci vəzifəsidir. Türkiyədə işlərin bu məcraya yönəlməsini istəyirəm.

- Niyə işlər bu hala gəldi? Qabaqlar, məsələn, Mehmet Ali Birandın proqramlarını hamı səbrsizliklıə gözləyərdi, Uğur Dündar, Ali Kırca vardı. Ölən öldü, qalanları ekranlardan uzaqlaşdırdılar. Bunun səbəbi nədir?

- Təəssüf ki, trend haraya tərəfdirsə, jurnalistika da o istiqamətə yönəlir.

- Trendi kim müəyyənləşdirir: iqtidarlar, siyasətçilər, media qurumlarının sahibləri?

- Ümumi şəkildə baxanda görürük ki, trendi əldəki güc-qüvvə müəyyənləşdirir. Güc-qüvvə də iqtidarın əlindədir. Təbii ki, iqtidarlar öz qaydalarını qoymaq istəyərlər.

Ancaq medianın günahı da əsla az deyil. Məsələn, qabaqlar Turqut Özalın xanımı Semra Özalın geyimləri dəbdəydi, medianın dilindən düşmürdü.

İndiki iqtidar da uzun müddətdən bəri Ərdoğanın əlində olduğuna görə müasir trendi də onlar müəyyənləşdirirlər. Trendlər medianı bu qədər öz ağuşuna ala bilirsə, çox acınacaqlı bir haldır.

- Qərbdə belə trendlər olurmu?

- Bu gün dünyanın bir çox ölkəsində eyni şeyləri görə bilirik. Məsələn, İsrailə baxın. Hökumət özünə yaxın bildiyi medianı gücləndirməyə çalışarkən digərlərini suçlu, terrorçu elan etməkdən çəkinmir.

- Bu durumda media ölmürmü? Çünki mühitin azad olmadığı yerdə media da ola bilməz. Mətbuat inkişafın və sivilizasiyanın tələbi kimi meydana çıxıbsa, azad olmayan media bəri başdan ölü deyilmi?

- Üçüncü göz aradan qalxanda fəlakətlər başlayır. Azad mediadan məlumat alan bütün toplumlar inkişaf edirlər. Azad olmayan medianı təqib etmək dezinformasiyalardan, böhtanlardan, şayiələrdən qidalanmaq deməkdir. Söz və ifadə azadlığının məhv edilməsi dünyanın ölümünə bərabərdir.

- Jurnalistika sahəsində 20 ildən çox fəaliyyət göstərəndən sonra xatirələrinizi yazdınız. Əminəm ki, bu, ilk kitabınız olmayacaq. Bu 20 illik mərhələdə yadınızda ən çox hansı hadisələr qaldı, kimlərdən müsahibələr ala bildiniz?

- Çox hadisə var. Bəzən üstümə silah tuşlayıblar. Çox təhlükəli yerlərə mühafizəçi olmadan niyə getidiyimi hələ də anlaya bilməyib bunu peşəmə olan sevgimə bağlayıram.

2003-cü ildə İraqın Mosul vilayətinin çöllük zonasında raketlər atılırdı. Oranı tez tərk etməyimiz lazım idi. O vaxt ABC televiziya kanalında işləyirdim. Ancaq canlı yayımda xəbərləri verməyə davam etdik. Suriyada toplardan atış açılanda yerimdən tərpənmədiyimi xatırlayıram.

Çarpaz atəşlərin altında qaldığımız vaxtlar oldu. Gərəksiz risklər etdiyim anlar olmuşdu. Mərhum Bülent Ecevitdən müsahibə almağımı xatırlayıram.
Çox gənc olduğuma görə heç vaxt unutmuram. Hikmət Çətin parlament sədri ikən ondan müsahibə almışdım. Mərhum Rauf Denktaşı Reuters agentliyi üçün danışdırmışdım.

Rusiyanın Ukraynaya hücumundan bir neçə gün sonra Ukraynaya getmişdim, Azərbaycanın 44 günlük əməliyyatlarından sonra Bakıya, oradan Qarabağa getmişdim. Hər yerdə jurnalistikanın bəşəri və kateqorial prinsiplərini yerinə yetirərək çalışdığıma inanıram.

Xüsusilə, Ukraynada ikən hər şeyi canlı şəkildə gözümlə görmüşdüm. 30 il sonra Şuşaya gedən bəzi azərbaycanlı vətəndaşların duyğularına şahid oldum.
Onların və mənim yaşadığım hisslər ruhuma həkk olub. Kiyevin 40 günlük mühasirədən çıxmasından sonra insanların gözlərində gördüyüm parıltını əsla unutmaram.

- Yeni kitabınızı gələcəkdəki 20 illik təcrübənizdən sonra yazacaqsınız, yoxsa daha tez?

- Ruh xəstəlikləri xəstəxanasında cərəyan edən bir romanın üzərində işləyirəm. Mənə görə, cəmiyyətdən kənarlaşdırılan adamların bir hissəsi dərin zəkaya sahib olurlar.
Onların həyatı mənə maraqlı gəlir. Onların dünyanı necə gördüklərinə dair müşahidələrimi yazıram. Bu il bitirib çap etdirməyi planlaşdırıram.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024