ERMƏNİLƏRİ BAKIYA DA QAYTARMAĞA ÇALIŞIRLAR! - Qərbin nə istədiyi məlum oldu
“2024-cü il Ermənistan üçün çox vacib, bir qədər təhlükəli məqamlarla dolu ola bilər. Ölkə 1980-ci illərin sonu, hətta 1920-ci illərin vəziyyəti ilə müqayisə oluna biləcək ən çətin seçimlərlə üzləşib...”.
Bunu artıq xeyli vaxtdır Qərbdəki anti- Azərbaycan dairələrinin və erməni diasporasının təsiri altında olan Karnegi Fondunun baş eksperti Tom de Vaal “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində deyib.
Ermənilərdən çox ermənilik edən Tom de Vaal 44 günlük müharibə zamanı Rusiyanın xristian təsübkeşliyindən çıxış etməməsinin səbəbini da “tapıb”: “Rusiyanın bu regionda həmişə çoxlu maraqları olub. Ola bilsin ki, o, hər zaman Ermənistanla daha güclü əlaqələrə malik olub, amma Azərbaycanla münasibətdən heç vaxt əl çəkməyib.
Qarabağ münaqişəsinin yaxın tarixinə nəzər salsaq görərik ki, məsələn, 1990-1991-ci illərdə Moskvanın Bakıya daha yaxın olduğu məqamlar olub (? –red.). Rusiya üçün onun maraqları prioritetdir və ermənilərin xristian olması, orada ənənəvi tarixi əlaqələrin olması o qədər də önəmli deyil.”
Azərbaycan torpaqlarının məhz Rusiyanın köməyi ilə işğal edildiyini “unudan” Tom de Vaal Bakının regionda vəziyyətin dəyişməsindən məharətlə istifadə etdiyini dolayısıyla etiraf edib: “Məncə, həlledici məqam Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya təcavüzü oldu.
Bundan sonra Rusiyanın prioritetləri dəyişdi və hər şey Ukrayna ilə, Qərblə müharibə ətrafında getməyə başladı. Qafqaz ikinci plana keçib...Düşünürəm ki, Rusiya rəsmilərinin müharibə başlayandan bəri dediklərini oxusanız, bu, bütün Rusiya iqtisadiyyatını Qərbdən Cənuba və Şərqə yönləndirməli olduqlarını görərsiz.
“Cənub” dedikdə isə Gürcüstan nəzərdə tutulur, amma bu, həm də Azərbaycan, xüsusən də dəmir yolu deməkdir. Azərbaycan Rusiya üçün əsasən Cənuba, İrana, Yaxın Şərqə gedən yoldur. Və belə olan halda Ermənistanın əhəmiyyəti azalır”.
Qəribə də olsa, ermənipərəst ekspert Azərbaycanın 19 sentybrda keçirdiyi antiterror əməliyyatı ilə Qarabağda suverenliyini bərpa etməsini də az qala Rusiyanın “günahı” kimi izah etməyə çalışıb: “Rusiya çox zəifdir, Azərbaycan bundan istifadə edib. Amma, şübhəsiz ki, mən hesab edirəm ki, Rusiya hadisələri qabaqcadan görə bilərdi.
Onların öz məlumatları, öz mənbələri var idi və bunun qarşısını almaq üçün heç nə etmədilər. Beləliklə, mən bunu bir növ, Moskvanın düşünülmüş qərarı kimi görürəm”.
Erməni diasporasına xidmət edən ekspert Qarabağda məskunlaşdırılmış ermənilərin ərazilərimizi könüllü olaraq tərk etməsi zamanı hər hansı zorakılığın olmamasını etiraf etsə də, bunu Rusiyanın xidməti kimi təqdim edib.
Sanki ruslar ərazidə olmasaydı, Azərbaycan ordusu dinc ermənilərə qarşı zorakılığa yol verəcəkdi fikrini formalaşdırmağa çalışıb.
“Hesab edirəm ki, rusların yeganə müsbət cəhəti ermənilərin Qarabağ ərazisini tərk etməsinin sülh yolu ilə baş verməsinə (?-red.) şərait yaratmasıdır. Təbii ki, yolda ölənlər var, amma Azərbaycan tərəfdən zorakılıq olmayıb.
Ruslar ermənilərin Qarabağdan dinc şəkildə kütləvi şəkildə çıxarılmasına töhfə veriblər” – deyə, bildirən Tom de Vaal bununla hiyləgərcəsinə ermənilərin “beynəlxalq təminat olmadan Azərbaycan ərazilərində yaşaya bilməyəcəyi” düşüncəsinə xidmət edib.
Bunu o, Qarabağı tərk edən ermənilərin ərazilərimizə yenidən qayıtmaq istəmədiyinə dair fikirlərində də təkrarlayıb. Ermənilərin Qarabağa, hətta Bakıya və Sumqayıta qayıtması üçün beynəlxalq təminatın lazım olduğuna dair sərsəm fikirlərlə çıxış edib.
Təəccüblü deyil ki, 1988-1990-cı illərdə köçkün düşənlər deyərkən ermənipərəst ekspert Qərbi Azərbaycandan, İrəvandan zorakılıqla köçürülən soydaşlarımızı, ümumiyyətlə, yada salmayıb. Sanki azərbaycanlıların Qarabağ ərazisindəki bir neçə rayondan qovulduğu fikrini formalaşdırmağa çalışıb.
Tom de Vaal özünü “tərəfsiz ekspert” kimi göstərmək üçün Azərbaycanın çoxlu sayda şəhərlərinin, kəndlərinin xarabalığa çevrildiyini etiraf etsə də, erməni vəhşiliyi, minlərlə soydaşımızın qətlə yetirilməsi, soyqırıma məruz qoyulması ilə bağlı bir cümlə belə işlətməyib.
Hətta bu zaman belə ermənilərin “faciəsindən” kədərləndiyini bildirib: “ Azərbaycanın çoxlu sayda şəhərləri, kəndələri xarabalığa çevrilib. Mən Ağdamı gördüm, oradan da əhali qovulub. Bu, təəssüf ki, Ermənistan siyasətçilərinin bir çox yanlış hərəkətlərinin, gördüyümüz maksimalizmin bədəlidir.
Təəssüf ki, maksimalizm qalib gəldi və dinc kompromis qalib gələ bilmədi... Biz bu yaxınlarda İlham Əliyevi Xankəndi meydanında hərbi geyimdə gördük.
Amma 2019-cu ildə həmin meydanda yaddaşım məni aldatmırsa, Paşinyan çıxış etmişdi ki, “Qarabağ Ermənistandır.” Hesab edirəm ki, bu, Azərbaycanın diplomatiyadan, kompromislərdən əl çəkərək müharibəyə doğru getdiyi an idi.
Ermənisiyasətçilərininvəzifəsiazərbaycanlılara özəraziləriniqaytaracaqlarına ümidverməkidi. Bu ümid, məncə, “Qarabağ Ermənistandır” söhbətiilə bitdi. Deməli, buillərərzində erməni siyasi xadimləri mütləq müharibəyə səbəb olan səhvlərə yol veriblər. Müharibənin isə ermənilər üçün faciəli sonu oldu...”.
Tom de Vaal Paşinyan hakimiyyətinin “qərbyönümlü siyasətini” məhd etməyə çalışsa da, Ermənistanın hələ də böyük ölçüdə Moskvanın nəzarətində olduğunu da etiraf edib: “Moskva Ermənistanın təhlükəsizliyinin əsas təminatçısı olmaqda davam edir. Hərbi ittifaq var, Moskvanın Ermənistan qarşısında üzərinə götürdüyü öhdəliklər var...
Moskvadan hərbi və iqtisadi asılılıq xüsusilə Robert Köçəryanın dövründə oldu - bütün iqtisadi aktivlər Rusiyanın nəzarətinə keçdi, Gümrü hərbi bazası genişləndirildi və s.
Beləliklə, bu, reallıq idi və asılılıq hazırda davam edir. Rəqəmlərə baxın. Ermənistanın istifadə etdiyi təbii qazın 80 faizindən çoxu hələ də Rusiyadan alınır, buğdanın 90 faizi Rusiyadan gəlir. Aydındır ki, Rusiya ilə ticarət mühüm əhəmiyyət kəsb etməkdə davam edir və ticarət Gürcüstan ərazisindən həyata keçirilir.
Rusiya Lars keçid məntəqəsini bağlayanda bu, Ermənistanın iqtisadiyyatına təsir edir. Bütün təsir rıçaqları hələ də mövcuddur, lakin şübhəsiz ki, indi ondan uzaqlaşmaq üçün səylər göstərilir...”
Azərbaycan və Ermənistan arasında hazırda müzakirə olunan sülh layihəsi barədə danışan Tom de Vaal yenə İrəvanın mövqeyindən çıxış edib. Sülh sazişi üçün İrəvanın Qərbin beynəlxalq təminatını istədiyini, Bakının isə bunun əleyhinə olduğunu iddia edib.
Beləliklə, Qərbin anti-Azərbaycan dairələrinin və erməni diasporunun fikirlərinin ifadəçisi olan Tom de Vaal onların nə istədiyini açıq şəkildə ortaya qoyub.
Sülh sazişinə nəzarət adı altında beynəlxalq təminatla erməniləri nəinki Qarabağa, hətta Sumqayıta və Bakıya belə qaytarmağı arzulayırlar.
Nahaq deməyiblər ki, "su yatar, düşmən yatmaz"...
Rasim Əliyev
Digər xəbərlər
Tarix: 08-01-2024 16:45 | Bölmə: Müsahibə | Baxış: 77

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024