Nataliya Plaksiyenko-Butırskaya: “Koreya böhranı Qərbin diqqətini Cənubi Qafqazdan yayındıra bilər”- MÜSAHİBƏ
Dünya 2024-cü ilə bu dəfə yeni - Koreya böhranı ilə girdi. KXDR lideri Kim Çen In bildirib ki, Şimali Koreya və Cənubi Koreyanın birləşməsi mümkün deyil.
Onun sözlərinə görə, Pxenyan vətənin “bir xalq, bir dövlət, iki sistem” prinsipi əsasında birləşməsini istəyirdi, lakin indi Koreya Xalq Demokratik Respublikası və Koreya Respublikası bir-birinə düşmən dövlətlərdir.
Bundan əlavə, KXDR cənub qonşuları ilə müharibə riskini də yüksək adlandırıb.
Şimali Koreya və Cənubi Koreya hərbçiləri təlimlər keçirərək Sarı dənizdə demarkasiya xəttinə yaxın suları atəşə tutublar. Şimali Koreya liderinin bacısı Kim Yo Çjon xəbərdarlıq edib ki, ordu artıq “tətiyi atəşə hazır vəziyyətə” gətirib.
Ukraynalı şərqşünas və Şərqi Asiya üzrə ekspert Nataliya Plaksiyenko-Butırskaya Oxu.az-a Koreya böhranı ətrafında baş verənlər və bunun Qərbin digər regionlara, o cümlədən Cənubi Qafqaza diqqətinə təsiri ilə bağlı danışıb:
- İki ölkə - KXDR və Koreya Respublikası - əslində, 70 ildən artıqdır ki, müharibə şəraitindədir. Zaman-zaman böhran vəziyyətlərinə düşsələr də, sonradan vəziyyət düzəlirdi.
Adətən, rahatlığı pozan Şimali Koreya olur, bununla da ABŞ-ni təmasa çağırır, ancaq buna Cənubi Koreya da reaksiya verir. Tərəflər bu və ya digər razılığa gəliblər, hətta Pxenyan və Seul arasında istiləşmə dövrləri də olub. Eskalasiyanın ardınca gərginliyin azalması strategiyası rutin tarix idi.
Amma indi dünyanın geosiyasi vəziyyətini nəzərə alaraq Cənubi Koreya Şimali Koreyanın yaratdığı riskləri daha ciddi qəbul etməyə başlayıb. Kim Çen Inın iki Koreya dövlətini birləşdirməyin mümkünsüzlüyü ilə bağlı bəyanatını xatırlatdınız. Bu barədə fikir KXDR Fəhlə Partiyası Mərkəzi Komitəsinin IX plenumunda səsləndirilib.
Bu, Şimali Koreyanın 1953-cü ildən bəri əməl etdiyi doktrina dəyişikliyini göstərir. Prinsipcə, hər iki ölkə müəyyən formada birləşməli olduqlarını bildirirdi. Amma indi Şimali Koreya birləşmə məsələləri ilə məşğul olan qurumu ləğv edir.
KXDR Cənubi Koreya üçün Namçoson (“Cənubi Çoson”), Şimali Koreya üçün isə Pukçoson (“Şimali Coson”) adlarından istifadə edib. Ancaq bir müddətdir ki, KXDR rəhbərliyinin nümayəndələri, məsələn, Kim Çen Inın bacısı Kim Yo Cjon Namçoson adından istifadə etmir, onlar dövləti öz rəsmi adı ilə - Koreya Respublikası - adlandırmağa başlayıblar. Bunu Şimali Koreyanın Cənubi Koreyanın “qeyri-dost siyasəti”nə reaksiyası kimi qiymətləndirmək olar.
Hazırda Koreya Respublikasının başında mühafizəkar Prezident Yun Sok-Yoldur. O, bəzi sələfləri kimi KXDR-ə nəsihət siyasətindən əl çəkib. Koreya Respublikası sülhə Şimali Koreyaya təzyiq yolu ilə nail olmaq mahiyyətli sərt mövqe tutub. Buna görə də Koreya Respublikasının ABŞ və Yaponiya ilə müttəfiqliyi möhkəmlənir.
KXDR üçün isə bu dövlətlər düşməndir - Cənubi Koreyanın suverenliyə malik olmadığına və Birləşmiş Ştatlardan tam müstəmləkə asılılığında olduğuna inanırlar, Yaponiya ilə isə tarixə söykənən nifrətləri var.
Hazırda Şimali Koreya vəziyyəti gərginləşdirir və bu, onun Cənubi Koreya Prezidenti Yun Sok-Yolun siyasətinə reaksiyasıdır. Şimali Koreya peyk buraxdı, buna cavab olaraq Cənubi Koreya sərhəddə (dənizdə, havada və quruda) gərginliyin aradan qaldırılmasına yönəlmiş 2018-ci il müqaviləsini dayandırdı, Şimali Koreya isə ondan tamamilə çıxdı.
Son artilleriya hücumu 2018-ci ildən bəri ilk idi, xüsusilə Cənubi Koreya və ABŞ arasında birgə təlimlər fonunda nümayişkaranə görünürdü.
İndi digər amillər də fəal şəkildə öz rolunu oynayır - Rusiya ilə Ukrayna arasında müharibə, geosiyasi mənzərənin dəyişməsi, yeni dünya düzəninin formalaşması.
Pxenyan başa düşdü ki, dünya artıq birqütblü deyil, o, bipolyarlığa doğru irəliləyir, burada Çin və Rusiya bir tərəfdə, ABŞ və Qərb digər tərəfdə olacaq.
Şimali Koreya indi ümumi strategiyasını dəyişib. Əvvəllər Pxenyan böyük oyunçular arasında müəyyən tarazlığı saxlamağa çalışırdı, ABŞ-nin Şimali Koreyanı bərabərhüquqlu, yəni nüvə silahına malik olduğu üçün onların nüvə statusunu tanımasına səylər göstərirdi.
Lakin hazırda KXDR qeyd-şərtsiz Rusiya və Çinin tərəfini seçib. Söhbət təkcə əvvəllər mövcud olan siyasi əməkdaşlıqdan deyil, həm də hərbi-texniki əməkdaşlıqdan gedir.
Şimali Koreya anladı ki, Rusiyaya sursat satışı hesabına iqtisadi vəziyyətini yaxşılaşdırmaq şansı var, bu, yaxşı puldur. Bundan əlavə, müqabilində əvvəllər mövcud olmayan texnologiyaların alınması fürsəti də yaranıb.
KXDR üçün Rusiya ilə uğurlu əməkdaşlığın elementi, yuxarıda qeyd etdiyim kimi, peykin buraxılması oldu, çünki əvvəlki iki cəhd uğursuzluqla nəticələnmişdi. Həmçinin, elektron müharibə sistemləri, dronlar, nüvə raket proqramı və s. üzrə birgə işlər aparılır.
Şimali Koreyanın hərbi sahədə böyük potensialı var, bütün tarixi boyu yalnız silahlara diqqət yetirib. SSRİ isə bir vaxtlar KXDR-ə hərbi-sənaye bazası yaratmağa kömək edib.
Pxenyan özünün nüvə raket proqramına xüsusi diqqət yetirib, raketlərin ehtiyatını artırmağı unutmadı. Onlar hazırda Rusiyaya göndərilir. Bəzi məlumatlara görə, artıq ən azı 1 000 konteyner göndərilib. Qərb tərəfdaşlarımız isə hamısı birlikdə Ukraynaya bir milyon mərmi verə bilmədilər.
Ümumiyyətlə, Koreya yarımadasında status-kvo dəyişir və vəziyyəti partlayışa hazır səviyyəyə gətirir.
- Belə çıxır ki, Koreya böhranı Qərbin diqqətini dünyanın digər regionlarından, məsələn, Cənubi Qafqazdan yayındırmağa qadirdir?
- Qərbin diqqətinin Cənubi Qafqazdan, Ukraynadan və digər bölgələrdən yayınması ehtimalı var. Şimali Koreya, əsasən, gərginlik yaratmaqla diqqəti cəlb etmək istəyir.
Amma hələlik Koreya yarımadasında ciddi müharibə ehtimalından danışmazdım.
Cənubi Koreya və ABŞ arasında qarşılıqlı müdafiə sazişi var, Koreya Respublikasında 28 500 nəfər amerikalı hərbçi var.
- Bildiyimə görə, siz Koreya dilində danışırsınız və Koreya mətbuatını orijinalda oxuyursunuz. Koreya mediası hazırkı vəziyyətlə bağlı nə yazır? Çünki onlar, adətən, yerli auditoriya üçün daha açıq-aşkar yazırlar.
- Ekspertlər, adətən, siyasətçilərin çıxışlarında ritorika nüanslarını oxuyurlar. Şimali Koreyadan gələn təhlükənin, həqiqətən də, artdığını görmək olar.
Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumuna bənzər qəfil hücumla bağlı qorxular var. Nəzərinizə çatdırım ki, Seul demilitarizasiya zonasından cəmi 70-80 km aralıda yerləşir, orada isə 10 milyon əhalisi yaşayır, şəhərətrafı qəsəbələrdə daha 15 milyon insan yaşayır. Ona görə də təhlükə çox ciddi hesab olunur.
Amma ölkədə müxalifətlə iqtidarın mübarizəsinə, iki əsas partiyanın xarici siyasətlə bağlı fərqli yanaşmalarına da çox diqqət yetirilir.
Nair Əliyev
Digər xəbərlər
Tarix: 10-01-2024 15:41 | Bölmə: Müsahibə | Baxış: 107

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024