“Qəzzada soyqırım baş vermirmi?”- ““BƏS "HƏMAS” BUNU BİLƏ-BİLƏ NİYƏ SAVAŞ BAŞLATDI?..”
“Savaşın ilk mərhələsində biz gördük ki, “HƏMAS” tərəfindən İsrailə qarşı vəhşiliklər törədildi. Sonra isə hərbi əməliyyatlar nəticəsində digər tərəf də itkilərə məruz qaldı...”
İsrailin cəmi 95 gün müddətində Qəzzada “HƏMAS” yaraqlılarına qarşı apardığı hərbi əməliyyatlar nəticəsində, rəsmi məlumatlara görə, artıq 23 mindən çox dinc sakin qətlə yetirilib ki, onlardan 10 minə yaxını uşaq, 7 mini isə qadındır.
Həmçinin bu savaş zamanı 80(bəzi məlumatlara görə 107)jurnalist, 142 çox BMT əməkdaşı öldürülüb. Lakin bütün bunlara rəğmən ABŞ rəsmiləri Qəzzada baş verənlərdə soyqırımı əlamətinin görünmədiyini bildirir. Görəsən, bu, Qəzza, Fələstin xalqına qarşı soyqırımı deyilsə, bəs nədir?..
Qeyd edək ki, artıq Cənubi Afrika Respublikası İsrailə qarşı "Qəzzada Fələstin xalqına qarşı soyqırımı törədilməsi" iddiası irəli sürüb. Və bu gün -yanvarın 11-də həmin iddiaya Haaqa Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən baxılacaq...
Press-fakt.com xəbər verir ki, Azərbaycanın sabiq baş diplomatı Tofiq Zülfüqarov Moderator.az-ın mövzu ilə bağlı sualını belə cavablandırıb:
“Bunu söyləmək çətindir. Soyqırımının meyarları bir az fərqlidir. Söhbət ondan gedir ki, Yaxın Şəqrdəki bu münaqişənin hansı şəkildə bitməsi əsas məsələdir. Və buna uyğun olaraq biz hazırda baş verənlərə hansısa qiymət verə bilmərik.
Demək olar ki, iki tərəfdən də insanların, həmçinin uşaqların kütləvi itkiləri var. Savaşın ilk mərhələsində biz gördük ki, “HƏMAS” tərəfindən İsrailə qarşı vəhşiliklər törədildi. Sonra isə hərbi əməliyyatlar nəticəsində digər tərəf də itkilərə məruz qaldı...”
Siyasi şərhçi müxbirin “Amma nəzərə alaq ki, Qəzzada istər ümumi insan itkiləri, istərsə də ayrıca uşaq itkiləri dəfələrlə çoxdur” fikrini təsdiqləyərək davam edib:
“Doğrudur, oradakı itkilər dəfələrlə çoxdur. Amma bununla belə, kimin haqlı olmasını söyləmək çox çətindir. Gəlin, baxaq görək, bundan sonra nə baş verəcəkdir...
Mənə elə gəlir ki, insan itkilərindən savayı, Qəzzadan qaçqınların axınının da olmasına diqqət etməliyik. Və bundan sonra ərəblərin Qəzzada nə qədər qalacağına əsasən münaqişənin nəticəsindən danışmaq olar...
Bundan öncə baş vermiş intifadalar nəticəsində Qəzza zolağında əhalinin sayı təxminən 1 milyon nəfərədək azalmışdı. Və orada yaşayan əvvəlki qaçqınlar hazırda ikinci dəfə qaçqın düşməyə məcbur olurlar. İstisna etmirəm ki, indiki hərbi əməliyyatların nəticəsində daha çox problem itki və dağıntılar yox, məhz qaçqınlarla bağlı olacaq.
Çünki bunu nəzərə alaraq qaçqın axını çox olmasın deyə, ona mane olan “HƏMAS”-çılardır... Bir sözlə, bu münaqişədəki problem çox mürəkkəbdir. Və birmənalı olaraq kimin haqlı, kimin haqsız olduğunu söyləmək çox çətindir...”
Keçmiş xarici işlər naziri “HƏMAS”-ın məğlubiyyətə düçar olacağını açıq-aydın bildiyi halda nədən İsrailə hücum etməsinin də çox düşündürücü məsələ olduğunu da bildirib:
“Bu, müharibədir... Amma məni də əvvəldən bir sual düşündürür: “HƏMAS” İsraillə real qüvvələr nisbətini bilə-bilə nəyə görə bu dəfəki savaşın təşəbbüskarı oldu?..
Sözsüz ki, İsrailin hərbi potensialı qarşı tərəfinkindən müqayisəolunmaz dərəcədə çox və güclüdür. Yəni burada “HƏMAS”-ın məğlubiyyətinin labüd olduğunu bilmək üçün heç hərbi mütəxəssis də olmağa ehtiyac yoxdur...
Bəs nəyə görə “HƏMAS” Qəzzada daha çox itkilər olacağını bilə-bilə savaşı başlatdı? Real potensiallarını bilmirdilərmi? Bunlar maraqlı, həm də vacib suallardır...”
Digər xəbərlər
Tarix: 11-01-2024 12:30 | Bölmə: Müsahibə | Baxış: 85
“Savaşın ilk mərhələsində biz gördük ki, “HƏMAS” tərəfindən İsrailə qarşı vəhşiliklər törədildi. Sonra isə hərbi əməliyyatlar nəticəsində digər tərəf də itkilərə məruz qaldı...”
“Sözsüz ki, İsrailin hərbi potensialı qarşı tərəfinkindən müqayisəolunmaz dərəcədə çox və güclüdür. Yəni burada “HƏMAS”-ın məğlubiyyətinin labüd olduğunu bilmək üçün heç hərbi mütəxəssis də olmağa ehtiyac yoxdur...”
İsrailin cəmi 95 gün müddətində Qəzzada “HƏMAS” yaraqlılarına qarşı apardığı hərbi əməliyyatlar nəticəsində, rəsmi məlumatlara görə, artıq 23 mindən çox dinc sakin qətlə yetirilib ki, onlardan 10 minə yaxını uşaq, 7 mini isə qadındır.
Həmçinin bu savaş zamanı 80(bəzi məlumatlara görə 107)jurnalist, 142 çox BMT əməkdaşı öldürülüb. Lakin bütün bunlara rəğmən ABŞ rəsmiləri Qəzzada baş verənlərdə soyqırımı əlamətinin görünmədiyini bildirir. Görəsən, bu, Qəzza, Fələstin xalqına qarşı soyqırımı deyilsə, bəs nədir?..
Qeyd edək ki, artıq Cənubi Afrika Respublikası İsrailə qarşı "Qəzzada Fələstin xalqına qarşı soyqırımı törədilməsi" iddiası irəli sürüb. Və bu gün -yanvarın 11-də həmin iddiaya Haaqa Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən baxılacaq...
Press-fakt.com xəbər verir ki, Azərbaycanın sabiq baş diplomatı Tofiq Zülfüqarov Moderator.az-ın mövzu ilə bağlı sualını belə cavablandırıb:
“Bunu söyləmək çətindir. Soyqırımının meyarları bir az fərqlidir. Söhbət ondan gedir ki, Yaxın Şəqrdəki bu münaqişənin hansı şəkildə bitməsi əsas məsələdir. Və buna uyğun olaraq biz hazırda baş verənlərə hansısa qiymət verə bilmərik.
Demək olar ki, iki tərəfdən də insanların, həmçinin uşaqların kütləvi itkiləri var. Savaşın ilk mərhələsində biz gördük ki, “HƏMAS” tərəfindən İsrailə qarşı vəhşiliklər törədildi. Sonra isə hərbi əməliyyatlar nəticəsində digər tərəf də itkilərə məruz qaldı...”
Siyasi şərhçi müxbirin “Amma nəzərə alaq ki, Qəzzada istər ümumi insan itkiləri, istərsə də ayrıca uşaq itkiləri dəfələrlə çoxdur” fikrini təsdiqləyərək davam edib:
“Doğrudur, oradakı itkilər dəfələrlə çoxdur. Amma bununla belə, kimin haqlı olmasını söyləmək çox çətindir. Gəlin, baxaq görək, bundan sonra nə baş verəcəkdir...
Mənə elə gəlir ki, insan itkilərindən savayı, Qəzzadan qaçqınların axınının da olmasına diqqət etməliyik. Və bundan sonra ərəblərin Qəzzada nə qədər qalacağına əsasən münaqişənin nəticəsindən danışmaq olar...
Bundan öncə baş vermiş intifadalar nəticəsində Qəzza zolağında əhalinin sayı təxminən 1 milyon nəfərədək azalmışdı. Və orada yaşayan əvvəlki qaçqınlar hazırda ikinci dəfə qaçqın düşməyə məcbur olurlar. İstisna etmirəm ki, indiki hərbi əməliyyatların nəticəsində daha çox problem itki və dağıntılar yox, məhz qaçqınlarla bağlı olacaq.
Çünki bunu nəzərə alaraq qaçqın axını çox olmasın deyə, ona mane olan “HƏMAS”-çılardır... Bir sözlə, bu münaqişədəki problem çox mürəkkəbdir. Və birmənalı olaraq kimin haqlı, kimin haqsız olduğunu söyləmək çox çətindir...”
Keçmiş xarici işlər naziri “HƏMAS”-ın məğlubiyyətə düçar olacağını açıq-aydın bildiyi halda nədən İsrailə hücum etməsinin də çox düşündürücü məsələ olduğunu da bildirib:
“Bu, müharibədir... Amma məni də əvvəldən bir sual düşündürür: “HƏMAS” İsraillə real qüvvələr nisbətini bilə-bilə nəyə görə bu dəfəki savaşın təşəbbüskarı oldu?..
Sözsüz ki, İsrailin hərbi potensialı qarşı tərəfinkindən müqayisəolunmaz dərəcədə çox və güclüdür. Yəni burada “HƏMAS”-ın məğlubiyyətinin labüd olduğunu bilmək üçün heç hərbi mütəxəssis də olmağa ehtiyac yoxdur...
Bəs nəyə görə “HƏMAS” Qəzzada daha çox itkilər olacağını bilə-bilə savaşı başlatdı? Real potensiallarını bilmirdilərmi? Bunlar maraqlı, həm də vacib suallardır...”
Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024