"Ukrayna prezidentinə zəng etdim, Putinə isə yox..."- "Mən bütün dünyanın görə biləcəyi işarəni etdim..."
"Kimsə Putinin qəzəbinin alovlanmasına rəvac verib"
"Müharibələr silahları sınaqdan keçirmək və silah alveri üçün törədilir"
"Mən ruhani şəxsəm, əlimdən nə gəlir ki? Amma Putin qapısını üzümə açarsa, əlimdən gələni edəcəyəm"
"Qardaş, biz Allahın xidmətçiləriyik, dövlət qulluqçusu deyilik"
"Mən təsəvvür edə bilmirəm ki, bir azad ölkə digərinə öz iradəsi ilə necə hücum edə bilər? Bu, xarici qüvvələrin əməlləridir"
"Putin hücumu dayandırmır, mən onunla Moskvada görüşmək istərdim, mən Kiyevə getmirəm"
Roma Papası elə sözlər işlədib ki, buna görə Qərbdə işdən məhrum edir və ya ümumiyyətlə KİV- lərdə "ləğv edirlər".
Ukraynada münaqişənin səbəblərindən birini o, "NATO- nun Rusiya sərhədləri yaxınlığında hürməsi"ni hesab edib. Papa Partiarx Kirili sülh uğrunda mənəvi vasitələrlə mübarizə aparmağa çağırış edib.
Press-fakt.com moderator-a istinadla xəbər verir ki, bu barədə o, İtaliyanın "Corriere Della Sera" qəzetinə verdiyi müsahibəsində bəyan edib.
O deyib ki, "biz Putindən hələ cavab almamışıq. Zelenski? Mən ona Ukraynada münaqişənin ilk günü zəng etdim, amma indi mənim Kiyevə getmək vaxtım deyil. Mən 40 dəqiqə ərzində Patriarx Kirillə danışmışam. Mən ona demişəm: "Biz dövlət qulluqçusu deyilik".
Müsahibənin əvvəlində biz Papadan ilk ifadəni eşidirik: "Bağışlayın ki, oturacaqdan qalxa bilmirəm, dizimdəki problemlərlə bağlı mənə əyləşmək lazımdır".
Lakin bu gün pontifiki qayğılandıran xəstəliyi deyil. Ona Avropanın ürəyində baş verənlərdən danışmaq çətindir.
"Dayanın!"- bu müharibənin başlandığı 24 fevraldan, Rusiya ordusunun Ukrayna ərazisində peyda olduğu, ölümün və dağıntıların biz, avropalılar üçün yorucu xəbərlərə çevrildiyi gündən Papa buna son qoymağa çağırış edib. Bu çağırışını o, bu gün də təkrarlayır. Amma bu çağırışa bu dəfə Papa kədər notlarını əlavə edir, çünki belə çağırışlar heç nəyi dəyişmir.
Papa bizə özünün "xarici işlər naziri" ("Müqəddəs taxt- tac" dövləti - Vatikanın dövlət katibi) Pyetro Parolinlə birgə sülh prosesi istiqamətində səylərindən danışıb. Papanın sözlərində kədər sezilir. O, ən azı atəşin müvəqqəti dayandırılmasına belə nail ola bilmir.
Pontifik öz səyləri barədə ardıcıl olaraq və dəfələrlə təkrarlayaraq danışıb ki, Moskvaya getməyə hazırdır.
"Mən müharinənin ilk günündə Ukrayna prezidentinə zəng etdim. Putinə isə o zaman zəng vurmadım...Mən bütün dünyanın görə biləcəyi işarəni etdim, sonra isə Rusiya səfirinə müraciət etdim. Mən xahiş etdim ki, o məni dinləsin və ona dedim ki, "xahiş edirəm, dayanın". Daha sonra döyüş əməliyyatlarından 20 gün keçdi, mən kardinal Parolinə mənim məktubumun Putinə çatdırılmasını həvalə etdim. Onun mahiyyəti bu idi ki, mən Moskvaya gəlməyə hazıram...Amma mən qorxuram ki, Putin bu görüşə getməyi həmin məqamda istəməyəcək..."
NATO və Kreml
Papa Fransiski belə vəziyyət narahat edir: belə çıxır ki, Putin həmin anda hərbi əməliyyatları dayandıra bilməz.
Papa bizimlə söhbət zamanı münaqişənin köklərini anlamağa çalışır. O, Rusiyanı belə qəddar münaqişəyə sövq edən səbəblər və motivlər haqqında düşünür. "Ola bilsin ki, mən istisna etmirəm, bu, "NATO- nun Rusiyanın qapısı ağzında hürməsidir", - Papa deyir, - ola bilsin ki, məhz bu hürməyə "Kreml sahibini heç də ən yaxşı olmayan cavabı verməyə və münaqişəyə getməyə rəvac verib".
"Mən bilmirəm, bu qəzəbə o, qəsdən təhrik edilibmi, mən bunu özümə tez- tez sual edirəm. Amma kimsə onun bu qəzəbinin alovlanmasına yardımçı olub".
İndi, Papanın sözlərinə görə, ürəyində sülhə meyli olan hər kəs böyük bir sualla üz-üzə qalıb. Qərb dövlətləri tərəfindən Ukraynaya kütləvi surətdə silah tədarükünə necə münasibət göstərməli? Bu məsələdə hamı yekdil deyil, o, demək olar ki, bütün dünyada həm katoliklər, həm də pasifistlər birliyini sarsıdır. Pontifik özü də silah məsələsində tərəddüd edir. Papanın doktrinası həmişə ona əsaslanıb ki, sürətlə silahlanmaya yol verilməsin, o, həmişə silah istehsalının artırılmasının əleyhinə olub. Bu, ölüm və əzab gətirir, bu gün isə bu silah "Ukrayna müqaviməti"nə verilir.
"Mən silah tədarükü məsələsi barədə suala cavab verə bilmirəm. Mən deyə bilmərəm ki, ukraynanalıları silahlandırmaq nə dərəcədə ədalətlidir, - Papa belə düşünür.
"Amma dəhşətli olan odur ki, məhz Ukraynada silahlar sınaqdan keçirilir...Hər şeydən əlavə, müharibələr məhz bunun üçün törədilir: hərbi sənayənin artıq istehsal etdiyi ölüm silahlarını yoxlamaq üçün.
Biz bunu ikinci dünya savaşı ərəfəsində görmüşük: İspaniyada vətəndaş müharibəsində sonradan dünya savaşında tətbiq edilən silahlar sınaqdan keçirilib.
Silah alveri heç kimdə şübhə doğurmayan qalmaqaldır".
Söhbət zamanı Papa hər dəfə yaranmış vəziyyətdə özünün necə davranmağı barədə suala dönür. Çoxları ona Ukraynaya getməyi və rəmzi jest etməyi təklif edib. Amma Papanın cavabı dəqiqdir: "Kiyevə mən getmirəm...Məni oraya dəvət etməyiblər, amma hiss edirəm ki, mənə oraya getmək olmaz. Mən ilk öncə Moskvaya getməli, Putinlə görüşməliyəm. Mən özümə sual edirəm: mən, sadəcə, ruhani şəxsəm, mən nə edə bilərəm ki? Lakin mən Putinin qapısını üzümə açacağı təqdirdə bacardığın hər şeyi edəcəyəm"...
Pravoslav Kilsəsi
"Mən Patriarx Kirillə Zoom sistemi vasitəsilə 40 dəqiqə danışmışam. Mən hərbi əməliyyatların nə səbəbdən zəruri olması barədə onun söylədiklərini dinləmişəm və ona demişəm:
"Qardaş, mən heç nə anlamıram. Biz səninlə Allahın xidmətçiləriyik, dövlət qulluqçuları deyilik. Ona görə də biz siyasət dilindən yox, yalnız İsa Peyğəmbərin dilindən yararlana bilərik..." Biz birlikdə sülhə aparan yolu tapmalıyıq, mən inanmıram ki, Patriarx Putindən asılı vəziyyətə düşsün. Biz iyun ayının 14- də Qüdsdə görüşməyə hazırlaşırdıq. Bu, bizim üzbəüz ikinci görüşümüz olacaqdı. Yeri gəlmişkən, Patriarx başlıca məsələdə mənimlə həmrəydir: gəlin, dayanaq, müharibə olmamalıdır, bizdən bu barədə dəqiq işarə tələb olunur".
Xarici qüvvələr
"Məni bir məsələ narahat edir. Mən bunu özümün xidmətim kimi hesab etmirəm, çünki aydın həqiqəti söyləyirəm: ətrafımızda bir savaş başqasını əvəzləyir- Suriyada, İraqda, Yəməndə, Afrikada...Mən təsəvvür edə bilmirəm ki, azad ölkə öz iradəsilə başqa bir azad ölkəyə hücum edə bilsin. Elə Ukraynada da münaqişə xarici qüvvələr tədəfindən yaradılıb. Ukraynalıları yalnız bir şeydə ittiham etmək olar: onlar bu xarici qüvvələrə uyaraq, Donbasdakı vəziyyətə sərt reaksiya verib".
Digər xəbərlər
Tarix: 05-05-2022 13:30 | Bölmə: Müsahibə | Baxış: 183

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024