“PUTİNİN UKRAYNA PLANI TAMAMİLƏ POZULUB”- “Ən qorxulu versiya taktiki nüvə silahının tətbiqidir”
Rusiyanın Ukraynaya qarşı işğalı davam edir. Rus ordusu yeni Ukrayna ərazilərini tutmağa, hücumu ölkənin dərinliklərinə doğru inkişaf etdirməyə çalışır.
Bununla belə, dünya Ukrayna Silahlı Qüvvələrinin və yerli özünümüdafiə dəstələrinin rəşadətli müqavimətini seyr edir. Görünən budur ki, nə Kiyev hökuməti, nə də ölkənin hərbi elitası rus işğalına boyun əyməyəcək.
Azpolitika Ukrayna mövzusunu Azərbaycan Müdafiə Nazirliyinin Analitik İnformasiya Mərkəzinin sabiq rəisi, hərbi ekspert Azad İsazadə ilə müzakirə edib.
- Azad bəy, Ukraynada ağır döyüşlər gedir, tərəflərin heç biri hələ ki, geri çəkilmək, güzəştə getmək istəmir. Hazırkı vəziyyəti və mümkün perspektivləri necə qiymətləndirirsiniz?
- Orduların müqayisəsi zamanı keyfiyyət və say göstəriciləri çox əhəmiyyətlidir. Hadisələr göstərir ki, Ukrayna ordusunun keyfiyyəti yüksəkdir. Söhbət yalnız silahdan deyil, həm də döyüş hazırlığı və motivasiyadan gedir. Getdikcə, Rusiyanın irəlidə gedən ən güclü hissələri praktiki olaraq məhv edilir. Onların əvəzinə döyüşə nisbətən zəif qüvvələr qoşulur. Başqa sözlə, Rusiyanın ən hazırlıqlı və peşəkar birlikləri son 4 gündə Ukraynada heç nə edə bilməyib. Təsadüfi deyil ki, Çeçenistandan Ramzan Kadırovun dəstələri Ukraynaya aparılır. Dünən Ukraynaya əsir düşənlər arasında Rusiya qvardiyasının, OMON-un döyüşçüləri və hətta rus polisləri də olub. Sanki döyüşə nələri varsa, hamısını atırlar.
Hadisələrin gedişi göstərdi ki, müharibənin ilk günündəki raket zərbələri nəticə vermədi. Yeri gəlmişkən, ilk gündə raket zərbələri hərbi obyektlərə vurulurdu. Rus ordusu əsasən Ukrayna havadan müdafiə sistemlərini sıradan çıxarırdı, komanda məntəqələrini ləğv edirdi. Yəni idarəetməni pozmaq və hava hücumundan müdafiə sistemlərini zərərsizləşdirmək. Həm də müharibənin ilk günündə Ukraynanın hava hücumundan müdafiə sistemləri praktiki olaraq, işləmədi.
Hadisələr göstərir ki, Ukrayna ordusu bütün bunları gözləyirmiş və planlı iş görürmüş. Üstəlik, aldadıcı obyektlər yaratmışdı. Sonra ortaya çıxdı ki, Ukrayna hava müdafiə sistemləri işləyir, ordu idarəetməsi prinsipi pozulmayıb, bütün komanda idarəetmə məntəqələri fəaliyyət göstərir. Ukrayna Ordusu yaxşı idarə olunur. Hətta Sumı və digər şəhərləri geri götürüblər, bəzi şəhərlər əldən-ələ keçib. Ukrayna Ordusu nəinki müdafiə olunur, həm də əks-həmlələr edir. Amma Rusiya Baş Qərargahının ya hibrid müharibəsinə dair nəzəri bilikləri az olub, ya da o, buna hazır deyildi.
- Demək istəyirsiniz ki, ruslar qısa müddətdə məsələni həll etmək istəyirdilər, amma alınmadı?
- Bəli. Təcrübə göstərir ki, ruslar Suriyada əsasən havadan zərbə endirirdi, yerdə isə Bəşər Əsəd və İrana bağlı qüvvələr hərəkət edirdi. 2008-ci ildə Gürcüstanda güclə nəsə edə bildilər. Gürcüstanda miqyaslar fərqli idi, gürcü ordusu da həmin dövrdə 25-30 min döyüşçüdən ibarət idi.
İndi isə Rusiya tərəfində 180 minə, Ukrayna tərəfində isə 200 minə yaxın hərbçi var. Üstəlik, ərazi müdafiə qüvvələri də yaranıb. Hazırda 400-500 minə yaxın silahlı insan Ukrayna uğrunda döyüşə hazırdır. Yəni ki, güclü müqavimət var, rusların planları pozulur.
- Ancaq biz aydın görürük ki, rus diversiya qrupları iri şəhərlərə asanlıqla sıza bilir...
- Diversiya qrupu panika yaratmaq, komanda məntəqələrini ləğv etmək, vacib obyektləri ələ keçirmək və saxlamaq üçündür. Reallıq göstərir ki, indi ortaya çıxan rus diversiya qrupları da fərli-başlı deyil. Onları yerli özünü müdafiə dəstələri gecələr tuta bilirsə, hansı peşəkar diversantlardan bəhs etmək olar? Böyük ehtimalla onlar vaxtı ilə Rusiya tərəfindən “verbovka olunan” rus agentləridir və hansısa qruplarla birləşirlər. Həm də diversiya qrupları əsasən işarələr qoyur. Niyə? Məsələn, biz Qarabağ müharibəsində “Lora” raketini istifadə edəndə hansısa işarələnmiş yerlər lazım olmurdu.Çünki bu, müasir raket idi. Hətta bu raketlə Laçında körpünü dağıtmışdıq. Rusiyanın “İsgəndər” raketi isə özü hədəf seçə bilmir. Ona hədəfi göstərmək lazımdır. Rusiya raketləri bir sinif aşağıda qalıb. Odur ki, bunlar diversiya qrupları, xüsusi təyinatlılar deyil, haralarısa işarələyən adamlardır. Artıq Kiyev başda olmaqla əksər şəhərlərdə komendant saatı var. Küçəyə çıxanı məhv edəcəklər. Beləcə, onlar da təmizlənəcək.
- Yenə də Rusiya Ukraynanın müxtəlif məntəqələrinə və şəhərlərinə asanlıqla desant çıxara bilir. Bəs, bu yolla Rusiyanın istədiyinə nail olması mümkündürmü?
- Hesab edirəm ki, mümkün deyil. Rus ordusundan on illərdir ki, ağzı dolu danışılırdı. Amma Ukraynadakı hadisələr göstərdi ki, rus ordusu özündən on qat zəif Ukrayna ordusuna heç nə edə bilmir. Yalnız bəzi şəhər və məntəqələri götürə biliblər. Bütün vilayət mərkəzləri Ukraynanın mərkəzi hakimiyyətinin nəzarətindədir.
Desantlara isə adamın yazığı gəlir. Onları əmrlə tullayırlar və bilmirlər ki, onların sonu necə olacaq. Əksər yerlərdə desantları ya həbs edirlər, ya da öldürürlər. Burada da plansızlıq və sistemsizlik müşahidə olunur. Ümumən Putinin Ukrayna planı tam pozulub. Müharibənin ilk iki günü plana uyğun gedirdi, amma sonradan hər şey pozuldu. Biz görürük ki, artıq mülki obyektlərə raketlər atılır, yaşayış məntəqələri vurulur. Halbuki, birinci gün belə hallar müşahidə olunmurdu. Deməli, işlər düz getmir.
- Digər diqqət çəkən məqamlardan biri də odur ki, ruslar Kiyev ətrafında aerodromları nəzarəti ələ keçirmək istəyirlər. Bu, nədən qaynaqlanır?
- Rusların planı belə idi ki, Qostomel hava limanını ələ keçirsinlər. Əslində bu, Antonov təyyarə zavodunun hava limanıdır və o, ağır təyyarələri qəbul edə bilir. Bu hava limanına Rusiya desantlarını İl-76-lar gətirməli idi. Plana əsasən onlar Kiyevə daxil olmalı, ardınca hava limanına digər qüvvə və silahlar gəlməli, Belarus istiqamətindəki tanklar Kiyevə yeriməli idi. Həmin vaxt Kiyevdə Ukrayna ordusu mövqe tutmurdu. Rus desantı şəhərə girməklə müdafiə sistemini pozacaq və ardınca tanklar gələcəkdi. Bir növ bizim Şuşa əməliyyatının böyük miqyasda təkrarı. Şuşaya əvvəl bizim xüsusi təyinatlılar daxil oldu, bütün gecəni döyüşdü, səhərə yaxın isə Azərbaycanın əsas qüvvələri şəhərə girdi. Ruslar buna oxşar və daha böyük miqyaslı əməliyyat keçirmək istəyirdi. Lakin Ukrayna ordusu rus desantlarını məhv etdi, iki ədəd İL-76-nı vurdular. Belə təyyarələrdə azı 100 desant olur. Bundan sonra Ukrayna Ordusu paytaxt Kiyevə daxil oldu. Ordu şəhərə daxil olub bütün infrastrukturu nəzarətə götürdü. Hazırda Qostomel aerodromu uğrunda yenə də savaşlar gedir.
- Ehtimal edilir ki, Putinin Kiyevi tutmaq daxil Ukrayna planı maksimum bir həftəyə hesablanıb. Bunu nə dərəcədə mümkün və real hesab edirsiniz?
- Mən bunu mümkün saymıram. İlk 4 günü Ukrayna dayandı və praktiki olaraq dünya Rusiyadan üz döndərdi. Logistika məsələsi çətinləşib. Dünən Fransa prezidenti Makron Lukaşenko ilə 3-4 saat telefonda danışıb və ona şərt qoyublar ki, rus ordusunu Belarusdan çıxarsın. Yəqin ki, əvəzinə nəsə təklif edirlər. Amma buna baxmayaraq, indi ən təhlükəli məqamdır. Mən hesab edirəm ki, Rusiya taktiki nüvə silahından istifadə edə bilər. Çünki çıxılmaz vəziyyətdir və geri çəkilsə daha pis vəziyyətlə üzləşəcək. Mənə görə, ən qorxulu hal taktiki nüvə silahının tətbiqidir. Ən pis versiya budur və bu, nəzərə alınmalıdır.
- Amma Rusiyanın böyük hərbi potensialı var, ordunun bütün gücündən istifadə etmədən nədən nüvə silahına müraciət edilsin?
- Bu, faktiki olaraq III Dünya Mühribəsinə doğru addımdır, dünya Rusiyaya qarşıdır, artıq anti-Rusiya koalisiyası yaranır. Ukraynaya xarici dəstək maksimal səviyyədə artır. Bu məqamları gözardı etmək olmaz.
İkincisi, Rusiyanın əsas döyüşən qüvvələri Ukrayna sərhədinə çoxdan gətirilmişdi. Maksimum 180 min hərbi personal. İndi bunun yarısı döyüşlərdə iştirak edib, itkilər verib, yorulub. Mən Rusiya ekspertlərinin rəylərini oxumaqla belə qənaətə gəlirəm. Rus hərbi analitikləri qeyd edirlər ki, Uzaq Şərq ordusuz qalıb, nə vardısa gətiriblər, indi də gətirirlər. Cənub hərbi dairəsində orduya dəyə bilmirlər, Kadırovun dəstələrini apardılar. Kalininqraddan çıxara bilməz. Qərb tərəf NATO cəbhəsidir və orada da ordu saxlamalıdır.
Üçüncüsü, əsassız olaraq Rusiyanı SSRİ ilə müqayisə edirlər. Amma SSRİ-nin gerçəkdən insan resursu tükənməz idi. Rusiyada belə resurs yoxdur, azalıb. SSRİ dağılandan sonra Rusiya 10 milyondan çox adamını itirib, insanlar başqa ölkələrə gedib. Həm də iqtisadi məsələ var. Müasir raketlərin sayı azalıb, texnologiyaların çoxu Qərblə bağlıdır. Rusiyanı onsuz da texnologiyalara çıxışdan uzaqlaşdırmışdılar, son hadisələr fonunda isə ümumiyyətlə qapılar bağlandı. Bir azdan Moskvadan Vladivostoka uçmağa təyyarələri olmayacaq. Çünki əksər təyyarələri icarəyə götürüblər. Son sanksiyalardan sonra onları geri tələb edəcəklər. Görünən budur ki, neçə illər ərzində neft-qaz satmaqla məşğul olublar, ölkə ciddi inkişaf etməyib. Heç orduya da o qədər diqqət yetirilməyib. Deyilənlər kağız üzərindədir.
Nəhayət, Rusiya raket zərbələri ilə heç nə edə bilməyibsə, deməli vəziyyət yaxşı deyil. Heç nə edə bilməyiblər və rus ordusunun imici dağılır. Əldə nüvə silahı var və belə getsə, onu ortaya çıxarmalı olacaqlar.
- Deməli, müharibə uzana bilər?
- Bu müharibə tez qurtarmayacaq. Nəzərə alınmalıdır ki, Ukraynanın da əks-hücuma keçməyə imkanı olmayacaq. Aydındır ki, Ukrayna Ordusu da itkilər verib və bütövlükdə itirilən əraziləri azad etmək mümkün olmayacaq. Rusiya isə qələbə çala bilmədiyi halda geri çəkiləcək, amma mümkün qədər çox Ukrayna ərazilərini öz nəzarətinə almağa çalışacaq. Yəni, müharibə 5-10 günə bitməyəcək.
Müharibəni dayandırmaq üçün Putin elan etməlidir ki, ordunu Ukrayna ərazilərindən çıxarıram. Putinə bələd olanlara aydındır ki, o, buna getməyəcək. Yox, əgər Moskvada kimsə Putini əvəz edərsə, bu zaman müharibə bitə bilər. Amma Putin ortadadır və geri çəkilməyəcək.
Rasim Əliyev
Digər xəbərlər
Tarix: 03-03-2022 17:07 | Bölmə: Müsahibə | Baxış: 163

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024