“MƏNİ DAYANDIRMAQ ÇƏTİN OLACAQ"- "Bu, Putin dövrünün sonunun başlanğıcı olacaq”
“Martın 17-də başqa ölkədə oyanacağımıza əmin deyiləm, amma...”
Rusiya prezidentliyinə namizədliyini irəli sürmüş, Vladmir Putinin əsas rəqibi kimi tanıdılan Boris Nadejdin fevralın 5-də Mərkəzi Seçki Komissiyasına(MSK) dəvət edilib. MSK-nın onu namizəd kimi qeydə alıb-almayacağı məlum deyil, lakin son qərarın fevralın 7-də açıqlanacağı gözlənilir.
Rəy sorğuları Nadejdinin şansları haqda fərqli rəqəmlər deyir. “Russian Field” qrupunun araşdırmasına görə Nadejdin indidən martda səs verməyə hazır olanların 10%-nin dəstəyinə arxayın ola bilər.
Məşhur “Levada” Mərkəzinin sorğularının nəticələrində isə bildirilir ki, seçkilər indi keçirilsəydi, Nadejdin seçki məntəqələrinə gələnlərin təxminən 4%-nin səsinə ümid edə bilər. “Novaya qazeta”ya müsahibəsində Nadejdin bir çox suallara cavab verib.
Müsahibədən bəzi hissələri təqdim edirik.
-Sizcə, prezidentliyə namizəd kimi qeydə alınacaqsınızmı?
- Yayda Moskva vilayəti qubernatoru seçkilərində namizəd kimi iştirakımdan imtina edilən zaman Mərkəzi Seçki Komissiyasının iclasında dedim ki, məni qeydiyyatdan keçirmirsiniz, o halda prezidentliyə namizədliyimi irəli sürəcəm. Hamı düşündü ki, zarafat edirəm.
Mən prinsipial olaraq Putinin siyasətinə qarşıyam, Ukraynada hərbi əməliyyatlara son qoymağın tərəfdarıyam. Dedilər ki, belə bir seçki proqramı ilə heç bir partiya namizədliyimi irəli sürməyəcək, bundan qorxacaqlar. Amma bir partiya tapıldı.
Köhnə dostum Andrey Neçayevin “Vətəndaş Təşəbbüsü” Partiyası namizədliyimi irəli sürdü.
Sonra başladılar ki, MSK seçki hesabı açmağa icazə verməyəcək. Təqdim etdiyimiz sənədlərdə nöqsan tapmaq mümkün olmadığı üçün seçki hesabı açmağa icazə verdilər. Sonra başladılar ki, seçki qərargahı aça bilməyəcəm, amma Yeni ildən dərhal sonra ilk qərargahımızı açmağa nail olduq.
Yəni hər mərhələdə deyirdilər ki, uğur qazana bilməyəcəm. Bu mərhələyə gələcəyimizə heç kim inanmırdı. İndi də hamı deyir ki, namizəd kimi məni qeydiyyata almayacaqlar. Məni necə qeydiyyatdan keçirməyəcəklərini bilmirəm.
Yəqin ki, formal olaraq səhv tapmaq mümkündür. Ancaq bütün ölkə Nadejdin üçün imza atmaq üçün dayanan izdihamı gördü. Getdiyim bütün şəhərlərdə soruşuram: “Soyuqda Putinə imza atmaq üçün dayanan insanların növbələrini görmüsünüzmü?”
Onları heç kim görməyib. Putin üçün 300 min imza toplayıblar, deyirlər 2 milyon yığmışıq. Yəni Putin qeydiyyatdan keçibsə, mən də qeydiyyatdan keçməliyəm.
-Seçki üçün pulu haradan almısız?
- Rusiya tarixində dövlət pulundan istifadə etməyən ilk namizədəm. 1991-ci ildən bəri prezident seçilir və elə vaxt olmayıb ki, prezidentlik kampaniyası dövlət və ya oliqarxlar tərəfindən deyil, sadəcə olaraq on minlərlə Rusiya vətəndaşının pulu hesabına maliyyələşdirilsin.
Onlar hər gün ianə köçürürlər. Bu, tamamilə qanun çərçivəsində, Mərkəzi Seçki Komissiyasının göstərişinə uyğun olaraq həyata keçirilir. Bu seçkilər üçün artıq 30 milyon rubldan çox vəsait toplanıb. Bu, tamamilə fantastikdir!
- Xodorkovski və Lyubov Sobol sizə imza vermək üçün çağırış etmişdilər.
Maykl Naki öz videosunda “Nadejdin üçün imza at, çünki bu, Rusiyada müharibə əleyhinə hərəkatın mövcud olduğunu sistemə göstərməyin yeganə yoludur” deyə çağırış edib.
-Adlarını çəkdiyiniz bütün hörmətli insanlardan şəxsən Mixail Xodorkovskini tanıyıram. 90-cı illərdə “Sağ Qüvvələr Birliyi” Partiyasının sponsorlarından biri olduğu üçün onunla çox işləmişik.
Mixail Borisoviç mühakimə olunanda onu müdafiə etmişəm. Bizim dostluq münasibətimiz var.
Mən onunla dəstək məsələsini müzakirə etməmişəm. Axırıncı dəfə onunla çoxdan danışmışdıq. Bu insanların heç birindən heç nə istəməmişəm.
Mən Rusiya Konstitusiyasına və bütün qanunlara yüz faiz əməl edirəm, ona görə də xaricdən heç bir maliyyə və təşkilati yardım ala bilmərəm.
Bəziləri soruşur: “Əgər hərbi əməliyyatlara qarşıyamsa, niyə həbsdə deyiləm?”. Digərləri yazır ki, bu seçkiləri legitimləşdirmək üçün Kremlə dəstək verirəm və sairə... Guya “Kremlin murzilkası”yam. Məlum olur ki, murzilka gizli şəkildə hakimiyyətə işləyən birisidir. Hörmətli yoldaşlar, hər ikisi tamamilə yalandır.
Mən Putinin siyasətinə qarşıyam, Rusiyanın sülhsevər və azad olmasının tərəfdarıyam. Məncə, ən pisi odur ki, Putin ölkəni bu illər ərzində çuxura salıb.
Bu avtoritarizm və təcrid Rusiya imperiyasını məhv etdi. Sovet İttifaqını da avtoritarizm dağıtdı. Putin yenidən Rusiyanı bu çuxura sürükləyib. Kremllə “razılaşan adam” belə danışa bilməz.
Qeydiyyatdan keçsəm, iki faiz səs almayacağam, bu, tamamilə aydındır. Ölkədə mənimlə eyni fikirdə olan on milyonlarla insan var...Əgər ictimai dəstək olarsa, böyük nəticə mümkündür. Qərargahda növbələrin olmasına nail oldum, hesabımda 30 milyon rubl var.
Mən buna ona görə nail oldum ki, milyonlarla insan ölkədə dəyişiklik istəyir. Nəhəng bir dalğa məni aparır. Mən bu yolu getmək üçün üzərimdə böyük məsuliyyət hiss edirəm.
-Xalq heç bir qanunu pozmayıb. Nadejdin üçün imza vermək qanunla nəzərdə tutulub və Mərkəzi Seçki Komissiyası tərəfindən razılaşdırılıb. Ölkədə qanunla nəzərdə tutulmuş fəaliyyətə görə təqib olunma halları yoxdur.
Üstəlik, Rusiya Konstitusiyasında deyilir ki, seçkilər azaddır, istənilən vətəndaş lehinə və əleyhinə kampaniya apara, iştirak edə bilər.
-Niyə Duntsova deyil, sizə yarışda iştiraka icazə verildi?
- Birincisi, Duntsovanın hər 500 nəfərin imzasını notariusda təsdiqləməsi lazım olduğu üçün bir sıra işçilərimdən ona kömək etməyi xahiş etdim.
Bir notarius iki-üç saat ərzində 500 nəfərin imzasını təsdiq etməlidir, bu halda heç bir səhv olmayacağını təsəvvür etmək çətindir.
Düşünürəm ki, prezidentliyə namizədliyi irəli sürülmüş və açıq-aydın dəstəyi olan bir adamın qeydiyyatından “səslərin düzgün toplanılmadığı” üçün imtina edilməsi qanunsuz addımdır.
Mənim 30 ildən artıq seçkilərdə iştirak təcrübəm var. Hazırkı heyətim böyük seçki kampaniyalarda dəfələrlə iştirak etmiş insanlardan ibarətdir. Sadəcə, daha çox təcrübəmiz var, ona görə də məni dayandırmaq daha çətin olacaq.
- Çoxları deyir ki, Nadejdinin qalib gəlməsinə, bəlkə seçkilərdə iştirakına belə icazə verilməyəcək, lakin çoxlu imzalar olarsa, bu, elitadakı insanlara hamının Putini dəstəkləmədiyini aydınlaşdıracaq.
Bu, onlara dəyişiklik üçün əlavə şanslar verəcəkdir. Bu nəzəriyyə haqqında nə düşünürsünüz?
-Rusiya siyasətindəki digər fiqurlardan fərqli olaraq, mən qanuni hakimiyyət dəyişikliyi tərəfdarıyam. Martın 17-də başqa ölkədə oyanacağımıza əmin deyiləm, o mənada ki, Putinə qalib gəlmək üçün hələ böyüməyə ehtiyacım və zamanım var.
Martın 17-si Putin dövrünün sonunun başlanğıcı olmalıdır. Əgər on milyonlarla insan mənə səs versə, sizi əmin edirəm ki, Rusiya tamam başqa ölkə olacaq.
Elitaya gəlincə, onlar Putinə sədaqət andı içirlər. Mən Dövlət Dumasının yüzlərlə deputatını, qubernatorunu, indiki və keçmiş nazirlərini yaxşı tanıyıram.
Bu insanların çoxu, rus məmurları xəyal edir ki, normal həyata nə vaxt qayıdacaqlar, bu kabus nə zaman bitəcək... Bəli, anlayırlar ki, karyera uğurları əldə etmək üçün həyatlarının onilliklərini sərf ediblər.
Kimsə qubernator, kimsə nazir və ya deputat oldu, amma indi onlara sehrli çubuqla 2021-ci ilə qayıtmaq (Ukrayna müharibəsindən əvvəli nəzərdə tutur) təklif edilsəydi, hamı razılaşardı.
-Qalib gəlsəniz, baş naziriniz kim olacaq?
- Baş nazir olmağı təklif edəcəyim adamlar üçün bir neçə variant var, yalnız bir problem var: indi hansısa ad çəksəm, onun işi bitəcək.
Buna görə də bunu etməyəcəyəm, əvvəlcə Rusiya Konstitusiyasına prezident kimi and içmək lazımdır, sonra hər şey öz axarı ilə gedəcək. Mən Rusiyanı sülhsevər və azad ölkəyə çevirmək istəyirəm.
- Hansı şərtlərlə Ukraynaya sülh təklif etməyi düşünürsüz?
-İndi Putinin başçılıq etdiyi hakimiyyət düşünür ki, hərbi yolla sülhə məcbur etmək olar. Zelenskinin rəhbərlik etdiyi Ukrayna da Krımın hərbi yolla qaytarıla biləcəyini düşünür. Hər ikisi mümkün deyil. Özünüz də görə bilərsiniz ki, son bir ildə cəbhə xətti çox dəyişməyib.
Ukraynalılar əks-hücumlarını geniş şəkildə təbliğ etdilər, lakin heç bir nəticə olmadı, çoxlu sayda insan öldü, çoxlu texnika itirildi. Münaqişə elə bir mərhələyə qədəm qoyub ki, hər iki tərəfin həlledici qələbəsi mümkün deyil.
Burada hərbi həll yolu yoxdur. Bütün bu cür münaqişələr danışıqlarla yekunlaşır. Danışıqlar çətin olacaq, suallar çoxdur.
- Krım kimindir?
- Krımda yaşayanlardan soruşun. Krımın kimin olduğunu deyəcəklər./musavat.com
Digər xəbərlər
Tarix: 04-02-2024 23:00 | Bölmə: Müsahibə | Baxış: 152

-100 mindən çox insan sizin üçün imza atıb. Qorxmursunuz ki, sonradan bu imza sahiblərini- yəni “narazıların siyahıyaalınması” aparılsın?

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024