“İNDİ ƏN BAŞLICA VƏZİFƏMİZ DÜŞMƏNİN İRƏLİLƏMƏSİNİ DAYANDIRMAQDIR”- “Mürəkkəb müharibədir, lakin...”
Qərbin Ukraynaya etdiyi hərbi yardımlarla bağlı yaranmış problemlər ciddi olsa da, lakin hələlik kritik həddə deyil. Belə hesab etmək olar ki, ABŞ-nin Ukraynaya göstərdiyi maliyyə dəstəyi Konqresdə əngəlləndiyi üçün artıq verilməyəcək.
Amma ABŞ-dən fərqli olaraq son zamanlar Avropa əhəmiyyətli dərəcədə fəallaşmağa başlayıb. Ukrayna və onun tərəfdaşları indiki böhranlı vəziyyətdən düzgün nəticə çıxarmalı və müharibənin gətirdiyi çətinliklərin öhdəsindən gəlməyi bacarmalıdırlar.
Ukraynanın “Obozrevatel.com” saytına verdiyi müsahibəsində Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko ölkədə yaranmış problemlərin öhdəsindən gəlməyin və eyni zamanda müharibədə qələbə qazanmağın mümkünlüyünü bildirib.
Onun fikrinə görə, bunun üçün səfərbərlik də daxil olmaqla, bəzi məsələlər tezliklə öz həllini tapmalıdır. O, NATO-nun qərar qəbul etmə paradıqmasının dəyişməsini xüsusilə vacib sayır.
Həmin müsahibəni təqdim edirik:
- ABŞ-nin “The Atlantic” nəşrinin dərc etdiyi məqalədə deylir ki, axmaq müttəfiqləri üzündən Ukrayna müharibəni davam etdirmək imkanından məhrum ola bilər. Siczə, vəziyyət həqiqətənmi bu dərəcədə təhlükəli və ciddidir?
- Ciddidir! Avropada artıq yollar tapılıb, hər necə olsa da, ABŞ-də məsələnin həllinə yaxınlaşılır. Amma böhranlı vəziyyəti müxtəlif cür yaşamaq olar. Birində, bu məyusluqla keçir, digərində isə inkişaf üçün böhrana yeni bir imkan kimi baxılır.
Mənə elə gəlir ki, Ukraynanın qarşılaşdığı sınaq onun üçün lazımdır ki, biz onların öhdəsindən gələk, güclü olaq və gələcək qələbəmiz uğrunda mütəşəkkil şəkildə irəliyə addımlayaq.
Bunun üçün öz imkanlarımıza söykənməli, bununla yanaşı, bizə kömək edə biləcək, məsələn, şimali Avropa ölkələri və digər müttəfiqlərimizlə daha çox işləməliyik. Həmçinin də, öz daxili problemlərimizi həll etməliyik.
Hələ ötən il keçirilməli olan səfərbərliklə bağlı bizdə nə baş verir? 2023-cü ilin əvvəllərində hərbçilər rəhbərliyə müraciət etsələr də, sanki baş verənlər başqa ölkənin və başqa xalqın başına gəlirmiş kimi davranıldı.
Əgər səfərbərlik haqqında qanun çox mürəkkəbdirsə və onun üzərində ciddi işləmək gərəkirsə, onda ərazi üzrə əsgər toplama mərkəzi ilə polisə əlavə səlahiyyətlər verilsin.
İlk növbədə hərbi mükəlləfiyyətlilərin qeydiyyatını 27 yaşından yox, 18 yaşından sadələşdirmək lazımdır. Kimlərsə hesab edir ki, orta yaşlı və yaşlı adamlar döyüşməlidir.
Amma belə yanaşma ilə müharibəni udmaq hədsiz çətin olacaq. Belə çıxır ki, gənclər idman zallarında məşq edəcək, sağlamlıqlarının qeydinə qalacaqlar, yaşlılar isə döyüşəcəklər.
Əlbəttə, mən gənclərimizin sağlamlığının tərəfdarıyam, lakin bu o demək deyil ki, ölkənin belə çətin məqamında onlar öz xalqını dəstəkləməməlidir. Bu düzgün bir şey deyil.
Mən düşünürəm ki, biz bu çətinliklərin öhdəsindən gələcəyik. İndi ən başlıcası düşmənin irəliləməsini dayandırmaqdır. Biz cəbhədəki hərbi birliklərimizi yenidən komplektləşdirməli, ərazilərimizi işğaldan azad edəcək yeni briqadalar formalaşdırmalıyıq.
Bu tapşırıq yerinə yetirilməlidir. Pis orasıdır ki, bu iş ləng gedir. Ona görə də, çətinliyə baxmayaraq, mən nikbinliyin səbəbini məhz bunda görürəm.
- Siz Avropa dövlətlərinin dəstəyini xatırlatdınız. Doğrudanmı, bizim müttəfiqlər əhəmiyyətli dərəcədə fəallaşıblar? Fransa hər ay Ukraynaya 3 min mərmi yollayacağını açıqlayıb.
Almaniya Ukraynanı əmin edib ki, hərbi yardımların həcmini əhəmiyyətli dərəcədə artıracaq və sürətləndirəcək. Bu vədlərin yaxın gələcəkdə konkret nəticələrini görəcəyikmi?
- Burada iki nüansa diqqət etmək lazımdır. Fransızların verəcəyi 3 min mərmi hətta bir döyüş günü üçün də yetərli deyil. Rusiyalılar gün ərzində 50-70 min mərmidən istifadə edirlər. Əvvəllər biz gündə 5-7 min mərmi ata bilirdik. İndi bizə vur-tut 3 min mərmi verirlər....
O ki qaldı təqdim edilən yardımlara, Avropa üzərinə götürdüyü öhdəliyə görə bizə milyon ədəd 155 millimetrlik çaplı mərmi yollamalıdır. Vəd edilmiş müddətə bir ay qalır. Amma düşünürəm ki, bu öhdəlik yerinə yetirilməyəcək.
- Sizin dəyərləndirmənizə görə, mərmilərin kəskin çatışmazlığı vəziyyətində bizim müdafiəçilərimiz heç olmazsa ən azından müdafiəni saxlaya biləcəklərmi?
- Bəli, saxlaya bilərlər. Bütün problemlərə baxmayaraq, bizdə çox ciddi motivasiya və qüvvələrin cəmlənməsi var. İndiki çətinliklər yavaş-yavaş ortadan qaldırılacaq. Bizim müdafiə qüvvələrimiz bütün cəbhə boyu düşmənin irəliləyişini dayandırıb, yəni strateji müdafiə əməliyyatı həyata keçiriblər.
Bu mürəkkəb müharibədir. Qələbə yalnız bizim müasir silahlarla döyüşəcəyimiz təqdirdə mümkündür və yalnız o zaman perspektiv olacaq. Biz elə bunun uğrunda da mübarizə aparırıq. Bu bizim qələbəmizin ən başlıca vasitəsidir.
- “Global Firepower”-in açıqladığı son reytinq cədvəlində Ukrayna ordusu Avropada Böyük Britaniya, İtaliya və Fransadan sonra dördüncü yeri tutur. Bununla razısınızmı?
- Potensial baxımdan bu ordular reytinqdə irəlidə ola bilərlər, lakin hərbçilərin hazırlanması məsələsinə gəldikdə, burada tez-tez suallar meydana çıxır: Ukrayna yarım milyon vətəndaşına təlim keçə biləcəkmi, bizim ölkədə bu cür təlim strukturları varmı? Birmənalı olaraq bu mümkündür. Bizim hərbçilərin təlim keçməsinə müttəfiqlərimiz yardım edir və buna görə onlara təşəkkür edirik. Yalnız bu, 20% təşkil edir.
Müasir silahlarla Qərbdə təlim görmək vacibdir və lazımdır, amma bu gün cəbhədə baş verənlərlə müqayisədə bu yetərli deyil. Ona görə də Qərbdə təlim keçən bizim hərbçilərimiz müəyyən səviyyəyə çatandan sonra Ukraynadakı təlimlərdə daha da təkmilləşirlər, çünki burada real müharibə gedir. Təbii ki, bu bizim müttəfiqlərimizə irad deyil.
Hazırda NATO son 40 il ərzində keçirmədiyi ən iri miqyaslı hərbi təlimlər keçirir. Onların bütün təcrübələri bizim müdafiə qüvvələrimizin təcrübəsi ilə müqayisəyə gəlməz. Qərbdə də bunu anlayırlar.
Bunlarla yanaşı, problemlər göz önündədir. Məsələn, Avropada qoşunları, texnikanı və silahları daşımaq üçün dövlət sərhədlərini keçmək lazımdır. Hələ Slovakiya və ya Macarıstandan danışmırıq, Avropanın müdafiəsi ilə bağlı fəal mövqedə dayanan dövlətlər arasından tank daşımaq çətinliklər yaradır. Bu, vaxt aparan bir məsələdir.
Təəssüf ki, müharibə zamanı demokratik idarəetmə, mərkəzləşdirilmiş idarəetmədən daha səmərəsizdir. Əgər NATO konsensus əsasında qərarların qəbul edilməsi paradiqmasını dəyişməsə, onda Putin çox uzağa gedə bilər, ona görə də bundan nəticə çıxarmaq lazımdır.
- Ukraynadamı, ya Avropada uzağa getmək?...
- Bu elə Avropaya da aiddir. Onlar vəziyyətin gərginləşməsindən qorxurlar və ehtiyatlı davranırlar ki, Allah eləməsin, birdən Putini təhrik edərlər. Əvvəlcə Dnestryanı, sonra Gürcüstan, sonra Krım... Bax, budur, o qədər ehtiyatlandılar ki, artıq Ukraynada genişmiqyaslı müharibə gedir. Amma indi Avropada dərk edirlər ki, vəziyyət əvvəlkindən dəfələrlə ciddidir, çünki bu, onlara birbaşa toxuna bilər.
Burada söhbət təkcə Ukraynada müharibənin şiddətlənməsindən getmir, baş verənlər artıq Avropaya aid məsələyə dönüşür. Ona görə də onların hərbçiləri və siyasətçiləri müharibəyə hazırlaşmaq barədə danışırlar. Biz isə onlara bu imkanı veririk. Amma belə bir məqamın onlara gec gəlməsi üçün Qərb Ukraynaya daha fəal hərbi yardım göstərməlidir.
Digər xəbərlər
Tarix: 05-02-2024 11:35 | Bölmə: Müsahibə | Baxış: 122

Ancaq Şimalı Koreya lideri “yoldaş” Kim Çen In Rusiyaya iki milyondan artıq 152 millimetrlik mərmi yollayıb. Təəssüf ki, vəziyyət kifayət qədər mürəkkəbdir və bunu nəzərə almaq lazımdır. Böyük Britaniyanın müdafiə naziri Ben Uolles ukaynalıları minnətdar olmağa çağırır. Lakin təkcə biz minnətdar olmamalıyıq, eyni zamanda avropalılar da iki il ərzində onlara sakit həyat bəxş etdiyimizə görə bizə minnətdar olmalıdırlar.
Nəhayət, onlar pasifizmdən (sülhpərvərlikdən) ayılaraq hər bir NATO ölkəsinin müdafiə qabiliyyətinin qayğısına qalmağa başlayıblar. Avrpada anlayırlar ki, öz demokratiyalarını, öz həyat səviyyələrini müdafiə etmək lazımdır. Bunun üçün təhlükəsizlik standartlarını yüksəltmək lazımdır. Biz öz müdafiəçilərimizin həyatı bahasına onlara iki illik dinc yaşama imkanı verdik.
- Sizin dəyərləndirmənizə görə, mərmilərin kəskin çatışmazlığı vəziyyətində bizim müdafiəçilərimiz heç olmazsa ən azından müdafiəni saxlaya biləcəklərmi?
- Bəli, saxlaya bilərlər. Bütün problemlərə baxmayaraq, bizdə çox ciddi motivasiya və qüvvələrin cəmlənməsi var. İndiki çətinliklər yavaş-yavaş ortadan qaldırılacaq. Bizim müdafiə qüvvələrimiz bütün cəbhə boyu düşmənin irəliləyişini dayandırıb, yəni strateji müdafiə əməliyyatı həyata keçiriblər.
Bu mürəkkəb müharibədir. Qələbə yalnız bizim müasir silahlarla döyüşəcəyimiz təqdirdə mümkündür və yalnız o zaman perspektiv olacaq. Biz elə bunun uğrunda da mübarizə aparırıq. Bu bizim qələbəmizin ən başlıca vasitəsidir.
- “Global Firepower”-in açıqladığı son reytinq cədvəlində Ukrayna ordusu Avropada Böyük Britaniya, İtaliya və Fransadan sonra dördüncü yeri tutur. Bununla razısınızmı?
- Potensial baxımdan bu ordular reytinqdə irəlidə ola bilərlər, lakin hərbçilərin hazırlanması məsələsinə gəldikdə, burada tez-tez suallar meydana çıxır: Ukrayna yarım milyon vətəndaşına təlim keçə biləcəkmi, bizim ölkədə bu cür təlim strukturları varmı? Birmənalı olaraq bu mümkündür. Bizim hərbçilərin təlim keçməsinə müttəfiqlərimiz yardım edir və buna görə onlara təşəkkür edirik. Yalnız bu, 20% təşkil edir.
Müasir silahlarla Qərbdə təlim görmək vacibdir və lazımdır, amma bu gün cəbhədə baş verənlərlə müqayisədə bu yetərli deyil. Ona görə də Qərbdə təlim keçən bizim hərbçilərimiz müəyyən səviyyəyə çatandan sonra Ukraynadakı təlimlərdə daha da təkmilləşirlər, çünki burada real müharibə gedir. Təbii ki, bu bizim müttəfiqlərimizə irad deyil.
Hazırda NATO son 40 il ərzində keçirmədiyi ən iri miqyaslı hərbi təlimlər keçirir. Onların bütün təcrübələri bizim müdafiə qüvvələrimizin təcrübəsi ilə müqayisəyə gəlməz. Qərbdə də bunu anlayırlar.
Bunlarla yanaşı, problemlər göz önündədir. Məsələn, Avropada qoşunları, texnikanı və silahları daşımaq üçün dövlət sərhədlərini keçmək lazımdır. Hələ Slovakiya və ya Macarıstandan danışmırıq, Avropanın müdafiəsi ilə bağlı fəal mövqedə dayanan dövlətlər arasından tank daşımaq çətinliklər yaradır. Bu, vaxt aparan bir məsələdir.
Təəssüf ki, müharibə zamanı demokratik idarəetmə, mərkəzləşdirilmiş idarəetmədən daha səmərəsizdir. Əgər NATO konsensus əsasında qərarların qəbul edilməsi paradiqmasını dəyişməsə, onda Putin çox uzağa gedə bilər, ona görə də bundan nəticə çıxarmaq lazımdır.
- Ukraynadamı, ya Avropada uzağa getmək?...
- Bu elə Avropaya da aiddir. Onlar vəziyyətin gərginləşməsindən qorxurlar və ehtiyatlı davranırlar ki, Allah eləməsin, birdən Putini təhrik edərlər. Əvvəlcə Dnestryanı, sonra Gürcüstan, sonra Krım... Bax, budur, o qədər ehtiyatlandılar ki, artıq Ukraynada genişmiqyaslı müharibə gedir. Amma indi Avropada dərk edirlər ki, vəziyyət əvvəlkindən dəfələrlə ciddidir, çünki bu, onlara birbaşa toxuna bilər.
Burada söhbət təkcə Ukraynada müharibənin şiddətlənməsindən getmir, baş verənlər artıq Avropaya aid məsələyə dönüşür. Ona görə də onların hərbçiləri və siyasətçiləri müharibəyə hazırlaşmaq barədə danışırlar. Biz isə onlara bu imkanı veririk. Amma belə bir məqamın onlara gec gəlməsi üçün Qərb Ukraynaya daha fəal hərbi yardım göstərməlidir.
Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024