«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Putinin “Kaşşey iynəsi” Kiyevdədir...”- "Onun yeri təkcə tarixin zibilliyi olmayacaq..."

Tarix: 06-05-2022 21:01 | Bölmə: Müsahibə | Baxış: 227
“Putinin “Kaşşey iynəsi” Kiyevdədir...” - Onun yeri təkcə tarixin zibilliyi olmayacaq-MÜSAHİBƏ

Rusiya qoşunlarının Ukraynaya müdaxiləsindən sonra Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryov Ukrayna ərazini müdafiə sıralarına qoşulub.
Press-fakt.com moderator-a istinadla xəbər verir ki, Ponomaryov Almaniyanın “Deutsche Welle” (DW) nəşrinə müsahibəsində Kiyevdə nə etdiyi, rus elitası nümayəndələrinin Ukraynadakı müharibəyə münasibəti və gələcəkdə Vladimir Putinsiz Rusiyanı necə gördüyü ilə bağlı öz fikirlərini bölüşüb.



- Rusiyada Dövlət Dumasının deputatları, siyasətçilər, iş adamları ilə əlaqə saxlayırsız? Onlar Ukraynadakı müharibə haqqında həqiqətən nə düşünürlər?

- Dövlət Dumasında həqiqətən danışmağa dəyər verəcəyim həmkarlarımın böyük əksəriyyəti artıq yoxdurOnları Dumadan sıxışdırıb çıxarıblar. Amma təbii ki, mən Rusiya elitasının bir çox nümayəndələri - həm hökumət üzvləri, həm parlament, həm də hüquq-mühafizə orqanlarının ayrı-ayrı şəxsləri ilə mümkün qədər sıx əlaqələr saxlayıram. Və deyə bilərəm ki, dövlət elitası, xüsusən də hakimiyyət dairələri hazırda baş verənlərdən şokdadırlar.
Özlərini texnokrat adlandıran və heç nəyə təsir edə bilməyən bu insanlar öz işlərini vicdanla görürlər. Bu mənada Almaniyada İkinci dünya müharibəsi zamanı baş verənlər arasında təbii ki, ciddi paralellik var. Amma baş verənlərlə bağlı bu mühitdə narazılıq səviyyəsinin, mənim fikrimcə, orta Rusiya cəmiyyəti səviyyəsindən yüksək olması şübhəsizdir.

- Sizcə, Rusiya Putindən sonra necə olacaq? Liberal müxalifətin şansı varmı?

Bu sualın cavabı tamamilə hansı dəyişikliklərin baş verəcəyindən asılıdırDüzünü desəmmən Rusiya cəmiyyətinin liberal hissəsinin bu dəyişikliklərdə iştirak etmək imkanı görmürəmAmma mən özümü liberal müxalifət hesab etmirəm. İnanıram kidəyişikliklər çox güman kiikitərəfli hərəkətın nəticəsində baş verəcək: bir tərəfdən aşağının təzyiqi altında hərəkət edəcək elitanındigər tərəfdən isə əsasən solçu və millətçi baxışll tərəfdarların hərəkəti ilə.
Bu cərəyanlardan hansı daha çox çəki qazanıb nəticədə hökumətə çevriləcəkBunu demək mənim üçün çox çətindirTəbii kionun müasiravropapərəstbeynəlmiləlçi hökumət olması üçün əlimdən gələni edəcəyəmAncaq bunun üçün mübarizə aparılmalıdır.

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra hər zaman Kiyevdə qalmısınızNə ilə məşğul olursunuz?

- Bəlimən əvvəldən buradayamMən əvvəlcə ərazi müdafiəsi sıralarına qoşuldumSonra qərara gəldik kiindi ən vacib məsələ Rusiya auditoriyası ilə işləməkdir və “Fevral səhəri” adlı böyük media layihəsini həyata keçirdikFevral, çünki fevralda Ukraynada müharibə başladı və 1917-ci il inqilabı da fevralda olmuşdu.
Bu telekanalın və Telegramdakı kanalın köməyi ilə biz Rusiyanın daxilindəki tamaşaçılarla əlaqə saxlayırbu dəhşətli müharibə haqqında həqiqəti deyirikVə çox qürurluyuq kibirbaşa Kiyevdən, hadisələrin qaynar nöqtəsində işləyən və eyni zamanda Rusiya auditoriyası ilə əlaqə saxlayan yeganə rusdilli mediayıq. Çoxlarının ünsiyyətdə olduğu rus mühacirləri ilə deyil, məhz Rusiyadakı rusiyalılarla - auditoriyamızın dörddə üçündən çoxu ölkə daxilində yaşayan insanlardır.

- Hazırda Ukraynada olarkən nə hiss edirsiniz?

- İndi ən vacib məsələ bu müharibəni dayandırmaq, Putinin qoşunlarını qırmaq, Ukraynanı azad etməkdir. Hesab edirəm kiPutinin Kaşşey iynəsi”, Putin rejiminin məğlubiyyətinin açarı məhz buradaKiyevdədir və bu müharibə də bunu sübut edir. İndi bizim vəzifəmiz bu açarı tapmaqonu bərk-bərk saxlamaq və nəhayətinsanlıqdan uzaq qanlı və cinayətkar rejimin çökməsi üçün onu çevirməkdir.

Ukraynada bundan sonra da qalmagı düşünürsünüz?

- Təbii ki, mübarizə apardığım üçün buradayam, döyüşməyə davam edirəm və getdikcə daha çox rusiyalılar da mübarizə aparmaq üçün buraya gəlirlər. Belə adamları burada qucaq açaraq, bürokratik əngəllər olmadan qarşılayırlar, amma buna baxmayaraq, mənim bu mənada millətlərarası problemim yoxdur. Mən sizinlə rus dilində danışıram, telekanalımız rus dilində fəaliyyət göstərir və ona görə də əminəm ki, ukraynalılarla çiyin-çiyinə bu müharibədə qalib gələcəyik və Putinin yeri təkcə tarixin zibilliyi olmayacaq - o, bu müharibədən sağ çıxa bilməyəcək.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024