135 min dollar təqaüd alan azərbaycanlı tələbə: “Araşdırmaçıların düşüncə tərzi məni heyran edir”
İsa Cəfərov: “Əgər proqramçı kimi işləməyə davam etsəydim, iki illik təcrübə ilə başqa bir şirkətdə daha çox maaş ala bilərdim. Mən isə həmin təcrübəni kənara qoyub, marağım olduğu üçün sıfırdan kibertəhlükəsizlik üzrə işləməyə başladım”
Dördüncü kursda oxuyanda xaricdə təhsillə maraqlanır. Araşdırma aparır və ABŞ-da təhsil almaq qərarı verir. Magistr deyil, birbaşa PHD təhsili ilə maraqlanır. Alternativ olaraq başqa ölkələrdəki təhsil müəssisələrinə müraciət etsə də, hədəfi ABŞ universitetləri olur. Nəticədə ABŞ-ın Nyu-York Şəhər Universiteti, Kolorado Universiteti, Alabama Universiteti və Kolorado Mədən Məktəbindən dəvət alır. 135 min dollarlıq təqaüd təklif edən Nyu-York Şəhər Universitetini seçir. Söhbət azərbaycanlı gənc, nüfuzetmə mütəxəssisi İsa Cəfərovdan gedir.
İ.Cəfərov Bakı Ali Neft Məktəbində proseslərin avtomatlaşdırılması mühəndisliyi üzrə 5-ci kursda təhsil alır. O, universitetə 695 bal toplayaraq qəbul olub. İsa bakalavr təhsili almaqla yanaşı, hazırda banklardan birində və bir xarici şirkətdə nüfuzetmə mütəxəssisi olaraq çalışır.
“Uşaqlıqdan oxumağa marağım olub”
İsa deyir ki, onda oxumağa, təhsilə marağı kiçik yaşlarında anası yaradıb: “Anam mən oxuduğum məktəbdə ingilis dili müəllimi işləyirdi. Lap uşaq vaxtımdan məndə oxumağa, təhsilə maraq yaratmışdı. Uşaqlıqdan bəri də həmişə oxumağa marağım olub. 10-11-ci siniflərdə oxuyanda artıq texniki fənlərə - riyaziyyat, fizikaya xüsusi maraq göstərdim. İmtahanda lazım olacaq mövzulardan kənar, mənim üçün maraqlı olan mövzuları araşdırırdım. Sadəcə, marağım var idi deyə, bunu edirdim”.
“Kibertəhlükəsizliyi kursa getmədən öyrəndim”
İsanın ali təhsil aldığı istiqamətlə çalışdığı sahə bir qədər fərqlidir. Deyir ki, təhsil aldığı müddətdə kibertəhlükəsizliyə marağı yaranır, ona görə bu sahəyə yönəlmək qərarı verir: “Universitetdə birinci il İT dərsi keçildi, növbəti 2 ildə də bu istiqamətdə müəyyən qədər tədris oldu. O dərslər sayəsində İT dünyasına bir növ giriş etdim. İkinci kursda oxuyarkən bir kursda İT müəlliminin köməkçisi kimi işə başladım. Üçüncü kursda proqramçı kimi işlədim.
Kibertəhlükəsizliyə marağım var idi deyə, proqramçı işləyən vaxtı hansısa əlavə kursa getmədən kibertəhlükəsizliyi özüm öyrəndim. Azərbaycanda həmin vaxt kibertəhlükəsizlik üçün çox iş imkanı yox idi. Amma proqramçı kimi 2 il işlədikdən sonra məndə bankda kibertəhlükəsizlik üzrə işləmək üçün imkan yarandı. Həmin şansı dəyərləndirdim”.
Deyir ki, təqaüd qazandığı təhsil də çalışdığı kibertəhlükəsizliklə bağlıdır: “Təhsil aldığım ixtisas - proseslərin avtomatlaşdırılması mühəndisliyi daha çox sənaye ilə bağlıdır və kompüter elmləri, kompüter mühəndisliyi kimi digər sahələri də özündə ehtiva edir. Təhsil müddətində kibertəhlükəsizliyə xüsusi marağım yarandı və etdiyim araşdırma məni elmə, tədqiqata daha da yaxınlaşdırdı”.
Niyə birbaşa PHD təhsili?
İ.Cəfərov birbaşa PHD təhsilini seçmək səbəbindən də danışdı: “Əvvəllər xaricdə təhsillə çox maraqlanmamışdım. Artıq 4-cü kursda araşdırmağa başladım. Kibertəhlükəsizlik üzrə oxumaq istəyirdim. Gördüm ki, bu sahə üzrə ən yaxşı təhsili Amerika universitetləri verir. Sonra Amerikada təhsillə maraqlandım.
Bakalavrdan sonra magistr oxumaq üçün yüksək məbləğdə təhsil haqqı var idi. Onu ödəyə bilməyəcəyim üçün başqa alternativlər axtardım. Gördüm ki, Amerikada bakalavrdan sonra PHD oxumaq mümkündür. PHD oxuyanda araşdırma etdiyin üçün professor və universitet sənin üçün pul ödəyir. Yəni təqaüd verirlər. Bu, maddi cəhətdən daha yaxşı variantdır. Ona görə, PHD ilə maraqlandım. Düzdür, alternativ olaraq başqa ölkələrin universitetlərinə müraciət etsəm də, əsas fokusum Amerikaya qəbul idi. Qəbul alacağımla bağlı içimdə pozitiv bir duyğu var idi”.
“Araşdırmaçıların düşüncə tərzi məni heyran edir”
Müsahibimiz kibertəhlükəsizlik sahəsində araşdırma etməyin onun üçün maraqlı gəldiyini deyir: “İndiki işimdə bir növ başqa araşdırmaçıların tapdığı boşluqları istifadə edirəm. Amma araşdırmaçı olanda heç kimin bilmədiyi yeni bir boşluq tapırsan. Bunun üçün də kreativ, fərqli düşüncə tərzi lazımdır. Araşdırmaları oxuyanda araşdırmaçıların düşüncə tərzi məni heyran edir. Bu sahəyə maraq yaradır. Ona görə də istəyirəm ki, Amerikada araşdırma sahəsində özümü püxtələşdirim”.
İsa araşdırma sahəsinə böyük pullar qazanmaq üçün deyil, marağı olduğu üçün getdiyini deyir: “Əgər proqramçı kimi işləməyə davam etsəydim, iki illik təcrübə ilə başqa bir şirkətdə daha çox maaş ala bilərdim. Mən isə həmin təcrübəni kənara qoyub, marağım olduğu üçün sıfırdan kibertəhlükəsizlik üzrə işləməyə başladım. PHD tələbələrinin maddi cəhətdən yüksək gəlirləri olmur, lüks həyat yaşaya bilmirlər. Professorum mənə bu barədə əvvəlcədən xəbərdarlıq etmişdi. Demişdim ki, mən bunu bilirəm və buna hazıram”./kaspi.az
Digər xəbərlər
Tarix: 10-05-2022 12:50 | Bölmə: Müsahibə | Baxış: 261

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024