"Xomeyni hamını aldatdı”- İran şahının azərbaycanlı arvadı ölkəsinə qayıtmaq istəyir /MÜSAHİBƏ
Digər xəbərlər
Tarix: 26-06-2022 18:55 | Bölmə: Müsahibə | Baxış: 224
Sonunci İran şahı Məhəmmədrza Pəhləvinin həyat yoldaşı, əslən azərbaycanlı Fərəh Diba İtaliyanın "La Republica" qəzetinə müsahibə verib.
Press-fakt.com xəbər verir ki, Modern.az saytı "Xomeyni hamını aldatdı, amma İran azadlığına qovuşacaq" başlıqlı müsahibənin bəzi maraqlı məqamlarını azərbaycancaya tərcümə edib.
83 yaşlı keçmiş kraliça hazırda Paris və Vaşinqtonda sürgündə yaşayır. O, müsahibədə vətəninə qayıtmaq ümidini qorumağa davam etdiyini bildirib.
Söhbət zamanı İrandakı “1979-cu il İslam inqilabı”ndan əvvəlki dövrü xatırlayan Fərəh Diba o günlərin nostaljisi ilə yaşadığını gizlətməyib:
"Unutmayacağım şey İran üçün fəaliyyətim, ölkədəki fövqəladə tərəqqi dövrü, mədəniyyət və incəsənət səhnəsinin inkişafı və həmvətənlərimlə əlaqələrimdir”.

Fərəh Diba deyib ki, əri İran şahı olduğu müddətdə onu kraliça kimi siyasi rolu yox idi:
“O vaxt məni Qərbin sol tərəfdarların, millətçilərin, dindarların birliyi və yalanları ilə xalqa çox şey vəd edən Xomeynini dəstəkləməsi təccübləndirdi.
Çoxsaylı tarixçilər də hesab edirlər ki, o zamankı müttəfiqlərimiz olan ABŞ və Böyük Britaniya Sovetlərə qarşı çıxmaq üçün “İslam kəməri”nin yaradılmasının tərəfdarı idilər və buna görə Xomeyniyə dəstək verdilər. Fransa da ona yalanları dünyaya yaymağa imkan verdi”.
Fərəh Dibanın sözlərinə görə, Vaşinqtonda yaşayan böyük oğlu Rza Kir Pəhləvi İranda demokratiyanın bərqərar olması üçün həm ölkə xaricində, həm də daxilində bütün qüvvələri birləşdirməyə çalışır. Onun məqsədi insan hüquqlarına hörmət edilən, qadın və kişilərin hüquqi bərabərliyinin qorunduğu dünyəvi İrana nail olmaqdır.
“Mənə gəlincə, İranla münasibətlərim heç vaxt kəsilməyib. Bütün günlərim aldığım məktublar, oxuyacağım hesabatlar, müraciətlərlə doludur... Xəbərləri izləyirəm və xaricə gələn həmvətənlərlə görüşürəm".
Şah və azərbaycanlı həyat yoldaşı Fərəh Diba
“1979-cu ildə ərinizlə birlikdə İranı tərk etdiniz. Hələ də ölkənizə qayıtmağa ümid edirsinizmi” sualına devrilmiş şahın həyat yoldaşı belə cavab verib:
"1979-cu ildə bir gün geri qayıtmağı düşünərək İranı tərk etdik. Bu ümid məni heç vaxt tərk etməyib. Şah dedi ki, onun hakimiyyət tarixinin reallığı İran xalqı tərəfindən tanınacaq və bu gün müşahidə etdiyim budur. Təbii ki, mən onun xatirəsinə ehtiram göstərilməsinə şadam”.
- Sizcə, İranın gələcəyində konstitusiyalı monarxiya ola bilərmi?
- İran monarxiyası enişli-yoxuşlu 2500 ildən çox davam etdi. Müxtəlif etnik qrupların mozaikasından ibarət olan xalq həmişə ona sadiq qalıb. Əminəm ki, İranın gələcəyi konstitusiyalı monarxiyaya uyğundur. Kral müxtəlif etnik qrupların birliyi üçün federativ rol oynaya bilər.
Fərəh Diba oğlu Rza Kir Pəhləvinin "İran partlamağa yaxındır” fikrini dəstəkləyərək deyib.
Fərəh Diba böyük oğlu Rza Kir ilə...
“İran daxilindən gələn bütün məlumatlar Rzanın iddiasını təsdiqləyir, oğlum rejimin çökmək və ya partlamaq üzrə olduğunu söyləməkdə haqlıdır. Bunun nə vaxt və necə olacağına gəlincə, tarixdən xatırlayıram ki, bəzən bir qığılcım da kifayət edir".
- Sizcə İslam Respublikası daxilində demokratik müxalifət hərəkatı varmı? Ölkədə azadlıq uğrunda mübarizə aparanlarla xaricdəki icmalar arasında əlaqə hansı səviyyədədir? Köklü dəyişikliyə səbəb ola biləcək təşkilatlanmış qüvvə formalaşıbmı və ya beynəlxalq ictimaiyyətə və onun sanksiyalarına ümid bəsləmək olarmı?
- İranlılar, xüsusən də gənclər azadlıq, demokratiya, insan haqlarına hörmətə can atırlar... Onlar dünya ilə sülh şəraitində yaşamaq istəyirlər. Daxildəki müxtəlif müxalifət qrupları ilə xaricdəki İran icması arasında çoxsaylı əlaqələr var. Lakin fərqli fikirlər də var. Ən azı bu günə qədər onların ümumi bir layihə ətrafında bir araya gəlməsinə mane olublar. Aydındır ki, beynəlxalq ictimaiyyətin də İran xalqının istəklərini dəstəkləməkdə öz əhəmiyyəti var.
- Hakimiyyətə qarşı etirazlar çox vaxt qanlı şəkildə yatırılıb. Dəyişikliyə nail olmaq üçün hələ də küçələrə çıxmaq lazımdırmı?
- Vətəndaşlarını narazılığını ifadə etdiyi üçün öldürən və yaralayan istənilən rejim yox olmağa məhkumdur. Belə zəngin ölkədə əhalinin 40%-dən çoxu yoxsulluq həddində yaşayır, bir çox istedadlar ölkəni tərk edir və iqtisadi vəziyyət fəlakətlidir. Mən həmvətənlərimin dərdinə şərikəm, amma onlara demək istəyirəm ki, cəsarətləri və İrana olan sevgiləri sayəsində onlar sonda ayağa qalxacaqlar.
- ABŞ prezidenti Baydendən nə gözləyirsiniz?
- Qərb İran xalqına sülh və azadlıq içində yaşamaq üçün qanuni istəklərinə nail olmaqda kömək etməlidirlər.
- İsrail və bəzi ərəb ölkələri arasında bağlanan sazişləri bir çox analitiklər anti-İran ittifaqı kimi qiymətləndirib. Bu haqda nə deyə bilərsiniz?
- Ümid edirəm ki, o sazişlər mənim ərimin hakimiyyəti dövründə olduğu kimi, bütün region və dünya ölkələri ilə anlaşma və sülhə can atan İran xalqına qarşı yönəlməyib.
A.Qorxmaz

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024