“UKRAYNANI İRƏLİDƏ ÇOX AĞIR İKİ AY GÖZLƏYİR”- “Rusiya bunu hiss etsə, hücuma keçəcək...”
"Rusiya Federasiyasında keçiriləcək seçkilərdən sonra orada daha bir səfərbərlik dalğasının başladılması istisna deyil"
Volodimir Zelenski ABŞ səfəri zamanı keçirdiyi görüşlərdə Ukraynanın Rusiyaya qarşı mücadiləsinin Qərb üçün də önəmli olduğunu vurğulayaraq ölkəsinə hərbi və maliyyə yardımları istəsə də, hələlik vəd edilən 61 milyard dolların verilməsi ciddi mane ilə üzləşir.
ABŞ hələ də Ukraynanın yanında olacağını və onu daim dəstəkləyəcəyini bəyan etsə də, bu ölkənin qanunverici orqanı müxtəlif bəhanələrlə gözlənilən yardımı əngəlləyir.
Hazırda bütün Ukrayna cəmiyyəti kimi siyasi icmalçılar da mövcud vəziyyətdən narahatdır. “Üçüncü sektor” analitik mərkəzinin direktoru Andrey Zolotaryov “Glavred.info” saytına verdiyi müsahibəsində Ukraynaya yardımla əlaqədar ABŞ hakimiyyət qolları arasında razılaşma əldə edilməyəcəyi təqdirdə Ukraynanı hansı nəticələr gözləyəcəyindən danışıb.
Press-fakt.com həmin müsahibəni təqdim edir:
-ABŞ Senatında Ukraynaya yardım ayrılması məsələsinə baxılması təxirə salınıb. Amerikalı qanunvericilər bu məsələyə nə qədər tez qayıda bilərlər?
-Konqresin tətili 15 dekabrda başlayır. Ağ Evdə gözəl bilirlər ki, bu, Ukrayna üçün kritik əhəmiyyət kəsb edir. Əks təqdirdə buna yeni ildən sonra, yanvarın ikinci yarısında baxılacaq. Bəllidir ki, bu cür ləngimə ukraynalı əsgərlərin qanı bahasına ödənəcək və cəbhədə Ukrayna çox böyük problemlərlə üzləşəcək.
Elə Kreml də məhz bunu hesablayıb. Belə bir vəziyyətin yaranması öncədən proqnozlaşdırılan idi, çünki dəfələrlə deyilirdi ki, Ukraynanın ilin sonunda ABŞ-dakı daxili siyasi hesablaşmanın girovuna çevriləcəyi qaçılmazdır.
Qeyri-leqal miqrasiyanın əleyhdarı olduqlarını göstərmək respublikaçılar üçün vacibdir. Onlar Meksika ilə sərhəd boyu milyardlarla xərc tələb edən divar inşa edilməsini istəyirlər, çünki bunu onlardan seçiciləri gözləyir. Öz növbəsində Bayden üçün dünənki mühacirlərin gözündən düşməmək çox önəmlidir.
Həmin mühacirlər əsasən demokratlara səs verirlər. Əgər Bayden respublikaçılar qarşısında geri çəkilərsə, bu, onun seçilmə şanslarına neqativ təsir göstərə bilər. Biz Ukraynadakı hərbi risklərlə yanaşı, ABŞ-dakı seçici riskləri ilə də üzləşirik. Hələlik Ukraynanın yardım alması ilə bağlı hər hansı bir kompromisin tapılmasına ümüd etmək olar. Amma ümumi meyl belədir ki, 2024-cü ildə hərbi və maliyyə yadımının həcmi az olacaq.
Ən nəhayətdə, bu məsələ öz həllini tapacaq, ancaq görəsən, onlar bunu vaxtında edə biləcəklərmi.T arixdə artıq belə presedent olub. Vyetnam müharibəsi zamanı Amerika hərbi yardım zərfinin gecikməsi hərbi qarşıdurmaya ölümcül təsir göstərmişdi. Nəticədə Şimali Vyetnam ordusu Cənubi Vyetnamın döyüş sursatında yaranmış çatışmazlıqdan istifadə edərək qələbə qazana bilmişdi.
Elə məhz o zaman ABŞ-da “müharibə alovunun üstünə yağ tökməyə dəyərmi, yoxsa, hələ gözləməyə ehtiyac var” dilemması ətrafında qızğın müzakirələr gedirdi. Yeri gəlmişkən, o vaxt gərginliyin azaldılması tərəfdarlarından bir də gənc konqresmen Co Bayden idi. Belə bir vəziyyətin fonunda hərbi və maliyyə yardımının ləngiməsi təbii həyacan yaradır.
-ABŞ bu məsələnin həllini yubadarsa, bu, cəbhədəki vəziyyətə nə dərəcədə təsir göstərə bilər?
-Əgər Rusiya hiss etsə ki, Ukrayna Silahlı Qüvvələrində sursat və məhvetmə vasitələri çatışmır, bundan yararlanmaq üçün fəal hücuma keçməyə çalışacaq. Yəni, Avdeyevka və Kupyanskdan sonra digər istiqamətlərə də hücumlar olacaq. Cəbhədən Xarkova qədər təxminən 100 kilometr məsafə var. Elə ona görə xüsusən də “Z təbliğatçılar” arasında hərbi eyforiya yaşanır və onlar deyirlər ki, indi Vaşinqton Ukraynaya yardımı azaldacaq və biz onları “sıxıb əzişdirəcəyik”.
-Mən belə başa düşürəm ki, hazırda söhbət hərbi yox, maliyyə yardımından gedir...
-Mən yalnız nəticələr barəsində soruşmaq istərdim, əgər bu yardımlar gəlməzsə, nə ola bilər?
- Belədə bizi “çap dəzgahı” gözləyir və bunu qrivnanın məzənnəsində görəcəyik. Elə indidən vergi təzyiqinin artmasını gözləmək olar. Danil Qetmansev (Ali Radanın maliyyə, vergi və gömrük məsələləri komitəsinin sədri) avtomobil qazının, aksiz vergilərinin yüksəlməsinin vacibliyindən danışır.
Bu, bir çox məhsullara və xidmətlərə mənfi təsir göstərəcək. Təbii ki, bunu sosial xərcləri azaltmaqla edəcəklər. Demək olar ki, artıq şəhər merlərindən fərdi gəlir vergisi tutulacaq və bunun sayəsində yerli hakimiyyətlərin döşəmə daşları, yaşıllaşdırma, abadlıq və sair xərclərinin “mişarlanmasına” başlanılacaq. Bunlar hiss olunacaq.
-Gördüyümüz kimi, Qərbin yardımlarının bizə yetişməsi xeyli uzun çəkir. Əgər iqtisadiyyatda da fırtına başlasa, bu, cəbhədə özünü necə büruzə verəcək?
-Belə bir qanunauyğunluq var - əgər raket və mərmi kifayət etmirsə, bu çatışmazlıq insanlar hesabına aradan qaldırılır. Yəni, biz mahiyyət etibarı ilə səfərbərliyin güclənməsini gözləyirik. Sözsüz ki, səfərbərliklə bağlı bir çox imtiyazlar ləğv olunacaq. Biz bütün bunları 2024-cü ildə görəcəyik, çünki hücum zamanı yarana biləcək itkilərin yeri doldurulmalıdır.
- ABŞ Senatında səsvermənin əngəllənməsi ilə bağlı vəziyyəti Rusiyanın necə təqdim etməsini nəzərə alsaq, Rusiya Federasiyasının Ukraynanı danışıqlar masası arxasında oturtmağa cəhd göstərməsi ssenarisi nə dərəcədə mümkündür?
-Putinin ABŞ-dakı prezident seçkilərini gözləməsi barədə yalnız tənbəl adamlar danışmır. Lakin indi vəziyyət elədir ki, bəlkə də onlar heç seçkiləri gözləmədən danışıqlar şansından istifadə etməyə çalışacaqlar. Aydındır ki, buradakı səbəb mərmi çatışmazlığı ilə bağlıdır və bu, Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə neqativ təsir göstərə bilər. Bizi irəlidə çox ağır iki ay gözləyir.
-Yəni, Rusiyadakı seçkilər öncəsi iki aydan söhbət gedir?
-Bəli, Rusiya Federasiyasında keçiriləcək seçkilərdən sonra orada daha bir səfərbərlik dalğasının başladılması istisna deyil. Hazıra problem faktiki olaraq müqavilə əsasında gələn əsgərlər və həyatını riskə atmaq istəyən adamlar hesabına həll olunur. Lakin Rusiya ABŞ-dəki prezident seçiklərinə qədər vəziyyəti “sıxıb saxlamaq” üçün payızda əlavə 400 min nəfər əsgər yığmağa çalışacaq”.
Digər xəbərlər
Tarix: 29-12-2023 20:50 | Bölmə: Müsahibə | Baxış: 119

-Bəli, söhbət maliyyə yardımından gedir. Ukrayna büdcə kəsirini qapatmaq üçün ayda 40 milyard qrivna maliyyə yardımı alırdı, indi artıq bu olmayacaq.

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024