«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Azərbaycanda bank işçisi həmkarını niyə güllələyib?- Arvadı əmisi oğlu ilə...

Tarix: 01-01-2024 19:20 | Bölmə: Olay | Baxış: 90

Bu ilin 23 iyul tarixində Qax rayonunda bank əməkdaşının iş yoldaşını güllələməsi hadisəsinin təfərrüatları üzə çıxıb.
 
Şəki Ağır Cinayətlər Məhkəməsində iş yoldaşı və əmisinin nəvəsi olan gənci güllələməkdə təqsirləndirilən 1991-ci il təvəllüdlü Teymur Mustafayevin (ad və soyadlar şərtidir) məhkəməsi başa çatıb. Məhkəmə prosesində hadisənin səbəbləri məlum olub.
 
T.Mustafayev bildirib ki, 2020-ci ildə ailə qurub və bu ilin mart ayından etibarən arvadının başqa şəxslə münasibətdə olmasından şübhələnib.

O, arvadını izləyərkən əmisi nəvəsi Talıb Mustafayevlə gizli danışmasının və yazışmasının şahidi olub. Bundan sonra T.Mustafayev arvadını sorğu-sual edib. Qadın ərinə Talıb tərəfindən şantaj edildiyini və bir neçə dəfə onunla gizli görüşüb intim münasibətdə olmasını etiraf edib.
 
T.Mustafayev həyat yoldaşını evdən qovandan sonra əmisi nəvəsini görüşə çağırıb və onu avtomobilə oturdaraq Qaxın kəndlərindən birinə aparıb.
Orada avtomobildən düşən Teymur Talıbı əlil etmək məqsədilə onu diz nahiyəsindən güllələyib. Ağır xəsarət alan gənc xəstəxanaya çatdırılaraq əməliyyat edilib.
 
Hadisədə iştirak edən hər iki şəxs bank əməkdaşıdır. Teymur bankın mühafizəçisi, Talıb isə kredit mütəxəssisi işləyib.
 
Məhkəmədə Talıb Mustafayev atasının əmisi oğlu olan Teymura ağır cəza verilməsini tələb edib.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024