«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
BAKIDA HƏBS EDILƏN FRANSA CASUSLARINDAN BİRİNİN KİMLİYİ MƏLUM OLDU - FOTO

Tarix: 08-01-2024 17:15 | Bölmə: Olay | Baxış: 65
Martin Rayan

Azərbaycanda casusluq fəaliyyətinə görə həbs edilən şəxslərdən birinin kimliyi məlum olub. Onun adı Martin Rayandır.Bu barədə erməni əsilli fransız jurnalist Leo Nikolyan X sosial platformasındakı (keçmiş Twitter) səhifəsində məlumat verib.

Nikolyan qeyd edir ki, Martin Rayan dekabrın 4-də Bakıda həbs edilib. “Merkorama” MMC-nin baş direktoru olan Martin Rayan casusluqda ittiham olunur. O, onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan qovulmuş Fransanın 2 DGSE (Xarici Kəşfiyyat Baş İdarəsi) agenti tərəfindən istifadə (manipulyasiya) edilib.

Dekabrın 4-də Fransa kəşfiyyatına casusluq etdiyinə görə saxlanılan Fransa vətəndaşı Martin Rayan hazırda Bakıda həbsdədir.

Qeyd edək ki, daha əvvəl qərb mətbuatında yayılmış məlumatlara əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2023-cü il dekabr ayının əvvəlində həyata keçirdiyi araşdırmalar və həbslər nəticəsində Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub.

Qısa müddət ərzində bir qismi həmin vaxt və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda məxfi fəaliyyətini davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb.

Azərbaycan tərəfi qeyd olunan həbslərlə bağlı hələ ki rəsmi açıqlama verməyib.

Bu hadisədən sonra - 2023-cü il dekabrın 20-də Fransa prezidenti Emanuel Makron Fransa Xarici Təhlükəsizlik Baş Direktorluğunun (DGSE) rəhbəri Bernard Emieri vəzifəsindən azad edib.

Daxili Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik edən Nikolas Lerner xarici kəşfiyyatın yeni rəhbəri təyin edilib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024