«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Tanınmış baş məşqçi və MMA-çılar həbs olundu - Hadisənin təfərrüatı açıqlandı /Yeniləndi

Tarix: 01-02-2024 15:01 | Bölmə: Olay | Baxış: 145


Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov münaqişə vəziyyəti yaratmaqla ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək xuliqanlıq hərəkətləri törətmələrinin təfərrüatları məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, Xətai Rayon Məhkəməsində həmin şəxslərlə bağlı qərar qəbul edilib.

Qərara əsasən, Ruslan Əfəndiyev, Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində 1 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham ediliblər.
Tofiq Musayev və Mehman Məmmədov barələrində isə digər qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə Bakının Səbail rayonu ərazisində qeydə alınıb. Onlar "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil edəcəyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Bir qrup idmançı arasında dava düşüb və nəticədə adıçəkilən şəxslər digər idmançı Həsən Əzizovu döyüblər.

Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, 4 nəfər həbs olunub.

Hazırda xuliqanlıq maddəsi ilə bağlı qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

***

Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi və tələbələri paytaxtın bulvar ərazisində törətdikləri xuliqanlıq hərəkətlərinə görə polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

APA-nın əldə etdiyi məlumata görə, fakta görə Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi üzrə 4 nəfər həbs olunub, 2 nəfər - Tofiq Musayev və Mehman Məmmədov haqqında digər qətimkan tədbiri seçilib.

Hazırda xuliqanlıq maddəsi üzrə qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Federasiyanın baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov münaqişə vəziyyəti yaratmaqla, ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək xuliqanlıq hərəkətləri törətməkdə ittiham olunurlar.

Onu da qeyd edək ki, jurnalist Pərviz Həşimli Tofiq Musayevin həbsi xəbərini təkzib edib. "Tofiq Musayev indi mənə zəng etdi. Həbs edilməsi barədə xəbərləri təkzib etdi. Saxlanılan şəxslər onun dostları və müəllimləridir. Tofiq bildirdi ki, ona yaxın olan bu adamlara şər atılır", - jurnalist sosial şəbəkədə yazıb.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024