«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“WikiLeaks”in müxbiri ABŞ-da 40 il müddətinə azadlıqdan məhrum edildi

Tarix: 02-02-2024 16:15 | Bölmə: Olay / Rezonans | Baxış: 101



Nyu-York məhkəməsi “Vault 7” adlı çox məxfi materiallar silsiləsinin ən böyük sızması ilə bağlı Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş proqramçısı Coşua Şulteni 40 il müddətinə azadlıqdan məhrum edib. 

“Associated Press” agentliyi xəbər verir ki, bu barədə “WikiLeaks” təşkilatı öz “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.

““WikiLeaks”in “Vault 7” üzrə müxbiri Coşua Şulte bu gün Nyu-York federal məhkəməsində 40 il müddətinə azadlıqdan məhrum edilib”, - məlumatda bildirilib.

Məlumata görə, o, casusluq da daxil olmaqla bir sıra cinayətlərə görə ittiham olunub.

Prokurorlar keçmiş MKİ zabitinin Amerika tarixində ən dəhşətli məxfi məlumat sızmasında əli olduğunu əsas gətirərək, onun üçün ömürlük həbs cəzası istəyiblər. 

Şulte özü isə hökumətin ədalət yox, qisas axtardığını bildirib.

“Vault 7” istifadəçilərin kompüterlərini uzaqdan idarə etməyə və onların məlumatlarına nəzarət etməyə imkan verən proqramlar haqqında MKİ materiallarının sızmasının ən böyük seriyasının kod adıdır. 

Bura MKİ-nin Lenqli şəhərində (Virciniya ştatı) yerləşən qərargahında kiberkəşfiyyat mərkəzinin təcrid olunmuş daxili şəbəkəsində saxlanılan 10 minə yaxın sənəd və fayl daxildir.

Qeyd edək ki, 2017-ci ildə “WikiLeaks”, Amerika kəşfiyyat agentliklərindən sızan məlumatlara əsaslanaraq, MKİ-nin insanların mobil telefonlarından istifadə edərək, onların izlənilməsinə imkan verən zərərli proqram təminatları, eləcə də, bütün dünyada smartfonlara çıxış əldə etmək üçün istifadə olunan texnologiyalar hazırladığını bildirib. 

Bu texnologiyalar “WhatsApp” və “Telegram” ani messencerləri də daxil olmaqla audio trafik və e-poçt mesajlarını oxumağa imkan verir. 

Digər tərəfdən, bu məlumatlara görə, MKİ və Britaniya əks-kəşfiyyatı çoxfunksiyalı “Samsung Smart” televizorlarından telefon dinləmə cihazı kimi istifadə etmək üsulunu tapıblar.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024