«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
İrəvanda "Türk sizdən yaxşıdır" deyən deputatın başına butulka vurdular?..

Tarix: 06-05-2022 23:05 | Bölmə: Olay | Baxış: 193
İrəvanda

Bir müddət öncə İrəvan kafelərindən birində deputat Ovik Ağazaryanın iştirakı ilə insident baş verib. 
Armdaily.am nəşrinin yazdığına görə, kafedə  kimlərsə Ağazaryana “bu türklər ölkəni təslim edib” deyib və hakim "Vətəndaş sazişi" partiyasından olan deputat da öz növbəsində “Türk sizdən yaxşıdır" cavabını verib. 
"Əldə etdiyimiz məlumata görə, təhqiramiz ifadələrdən sonra əlbəyaxa dava başlayıb və guya kafeyə gələnlərdən biri Ağazaryanı butulka ilə vurub" - xəbərdə daha sonra belə deyilir.
Erməni saytı Ovik Ağazaryandan məlumat almağa çalışıb, o, şərh etməli bir şey olmadığını bildirsə də, hadisənin baş verdiyini inkar etməyib.
Xatırladaq ki, Ermənistan parlamentinin üzvü olan Ovik Ağazaryan II Qarabağ savaşından bəri bir neçə dəfə Azərbaycanla bağlı xeyli ədalətli və obyektiv çıxışlarıyla yadda qalıb. Bu yaxınlarda isə o, "şəxsən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirmişdi...

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024