«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Goranboyda baş direktorun döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - Yenilənib /Video

Tarix: 19-02-2024 22:00 | Bölmə: Olay | Baxış: 109


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Rauf Yəhyayevin bir neçə şəxs tərəfindən döyülməsi məsələsinə münasibət bildirib.

TƏBİB-dən bildirilib ki, iki nəfər vətəndaş tərəfindən xəstəxananın direktoru Rauf Yahyayevə qarşı insident qeydə alınıb:

“Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət olunub. Hazırda müvafiq orqanlar tərəfindən araşdırma aparılır. Əlavə olaraq TƏBİB tərəfindən də hadisənin baş vermə səbəbi araşdırılır”.

***


Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Rauf Yəhyayev bir neçə şəxs tərəfindən döyülüb.

Oxu.az-ın məlumatına görə, həmin şəxslər baş direktordan ağır ağrıkəsici dərman istəyiblər. 
O da “yox” cavabı verdiyi üçün döyülüb. 

Rauf Yəhyayev bildirib ki, bir neçə şəxs xəstəxanaya gəlib, ağır ağrıkəsici dərman tələb ediblər:

“Mənə əllərindəki ağrıkəsicini göstərib, daha artıq dozada olanını tələb etdilər. Bildirdim ki, onsuz da o dərmanlar ağrıkəsicidir. Onlar dedilər ki, o dərmanlar kömək etmir.

Ondan ağırı narkotikdir, mən onlara narkotik verəcəkdim? Dedim ki, təcili yardım şöbəsinə getsinlər. Münaqişə başladı və bıçaqla hücum etdilər”.

Qeyd edək ki, məsələ barədə Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır. 



Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024