«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"O QIZ ÇOX FİRONLUQ EDİR, ONUNLA BACARMIRLAR”- "Yanlarında bir oğlan da olub... "/VİDEO

Tarix: 20-02-2024 17:45 | Bölmə: Olay | Baxış: 154



“Nəvəm ona nəsə pis söz deyib. Sonra 3 qız yığışıb onu söhbətə çağırıblar. 

Hadisə zamanı yanlarında bir oğlan da olub. O da qızları ayırmayıb. 

Nəvəmin başına bu oyunu açıblar. Başına yumurta vurublar, saçlarını kəsiblər”.

Bu sözləri təhqir olunan yeniyetmə qızın nənəsi Cəmilə Hacıyeva Baku TV-yə bildirib.

O əlavə edib ki, nəvəsi hadisədən sonra evə qayıdanda heç kimə heç nə deməyib: “Biz sonradan bu hadisədən xəbər tutmuşuq. Nəvəmin başına oyun açanlar həm qohum, həm də qonşudurlar.

Onun atası həmişə bizə gəlib-gedib. İki övladı var, ərköyün və firondurlar. Başlarına nə gəlir edirlər. Həmin qızın bibisi Qala məktəbində direktor işləyib. Həmin qız çox fironluq edir, onunla bacarmırlar”.

Qeyd edək ki, qeyri-etik hərəkətləri əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə yeniyetmə qızın başına yumurta çırpılır, saçı kəsilir və digər bullinq hərəkətləri edilir. Bunu edənlər Şüvəlanda yerləşən 156 saylı məktəbin şagirdləridir.



Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024