«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
2 milyonluq dələduzluqda ittiham olunan şəxs azadlığa buraxıldı - Hakimdən şübhəli qərar

Tarix: 02-03-2024 23:45 | Bölmə: Olay | Baxış: 110



İki milyonluq qalmaqalda ittiham olunan Anar Pənahlı barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib.

Qaynarinfo-nun məlumatına görə, Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədova Anar Pənahlı barəsində Xəzər Rayon Məhkəməsinin qərarı ilə seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.

Təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Hakimin bu qərarı zərərçəkənlərin narazılığına səbəb olub. Məlumata görə, onlar bununla bağlı yuxarı instansiyalara şikayət etmək niyyətindədirlər.

Anar Pənahlı ötən ilin dekabrında Daxili İşlər Nazirliyinin əməliyyatı nəticəsində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü maddəsi (Dələduzluq - xüsusilə külli miqdarda törədildikdə) ilə ittiham elan olunub. Anar Pənahlının cinayət işi üzrə beş nəfər zərərçəkən qismində tanınıb.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024