«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Jurnalist anasının həkim səhvi nəticəsində öldüyünü deyir - prokurorluq araşdırır

Tarix: 19-03-2024 13:20 | Bölmə: Olay | Baxış: 85



Tanınmış jurnalist Fərahim Qasımov (İlqaroğlu) anasının Bakıda fəaliyyət göstərən klinikalardan birində həkimin səhvi nəticəsində dünyasını dəyişdiyini iddia edir.

O bu barədə sosial şəbəkə hesabında məlumat dərc edib.

F. Qasımov bildirir ki, hadisə ötən gün – martın 18-də baş verib.

“Anam Bahar Qasımova bu gün (18 mart – red.) sistem köçürülməsi üçün “Stimul Hospital”a gedib. Getməmişdən anamla danışmışdım. Vəziyyəti yaxşı idi, heç bir problemi yox idi. Orada tibb bacısına deyib ki, qızım, qızdırmam var, bəlkə dərman verəsiz, qızdırmam düşsün, sonra sistemi qəbul edim. 

Tibb bacısı deyib ki, narahat olmayın, keçib gedəcək. Tibb bacısı iynəni damarına salan kimi damarı partlayıb, anam şoka düşüb. Həmin an heç bir müdaxilə edilməyib, sistemi çıxarıb, gözləyiblər. Anam keçinəndən sonra həkim İlham Hüseynə xəbər verilib. Anamı ağ parçaya büküblər. 

Həmin vaxt hospitalın dəhlizində gözləyən atama, bacıma və qonşuma deyiblər ki, xəstənin vəziyyəti ağırdır, aparata qoşmuşuq. Qonşum deyir ki, heç bir aparata qoşmamışdılar. Həmin vaxt sadəcə vaxt qazanmaq üçün bizim başımızı qatırdılar. Üstəlik ananı görmək istəyəndə, bizi hətta xəstəxanadan çölə çıxardılar”, - F. Qasımov yazıb.

Onun sözlərinə görə, həkim atasına nəşi təcili yardımla evə göndərməyi təklif edib:

“Həkim atama deyib ki, sonra təcili yardıma zəng vurun, gəlib ölümü təsdiqləsinlər, sizə kağız versinlər. Həkim bu yolla məsuliyyətdən yayınmaq istəyib. 

Bütün bu işləri planlayan həkim mənimlə telefonda danışanda dedi ki, mən hospitala indi gəlmişəm, heç nədən xəbərim yoxdur. Mənimlə danışığından əvvəl xəstəxanada çəkilən video bir daha təsdiq edir ki, İ. Hüseyn hospitalda olub”.

Jurnalist bildirir ki, prokurorluqdan ona məsələnin araşdırılacağı deyilib.

“Stimul Hospital”dan bildirilib ki, məsələ müvafiq orqanlar tərəfindən araşdırılır:

“Ani ölüm faktı baş verib. Hazırda nəşi ekspertizadadır. Müvafiq orqanlar tərəfindən araşdırılır”.

***

Məsələ ilə bağlı Baş Prokurorluq da məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən bildirilib ki, martın 18-də 1967-ci il təvəllüdlü Bahar Qasımovanın Sabunçu rayonu ərazisində yerləşən “Stimul Hospital”da ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Murad Məmmədov


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024