«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bacımı 11-ci mərtəbədən atıblar...- Kəngərlinin qardaşından şok

Tarix: 29-06-2022 14:40 | Bölmə: Olay | Baxış: 185



Xəbər verdiyimiz kimi, tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin intihar etdiyi iddia olunur. Məlumata görə, ginekoloq özünü Yasamal rayonunda yaşadığı binanın 11-ci mərtəbəsindən atıb.

Press-fakt.com xəbər verir ki, intiharın səbəbləri ilə bağlı Cebhe.info-ya Xalidə Kəngərlinin qardaşı Elçin Vəliyev danışıb:
"İki variant var: ya intihara məcbur edilib, ya da atılıb. Evdə uşaqları, yoldaşı və özü olub. Ailə münaqişələri olub, yaxın zamanlarda boşanmaq üçün vəkil də tutulmuşdu. Hazırda istintaq gedir. Bacım Xalidənin əri ona öz şəklini atıb ki, gəl, səni gözləyirəm. Həmin adam daim içirdi".

Elçin Vəliyev hadisədən sonra qardaşı ilə birgə kürəkənini döyməkləri barədə yayılan xəbərləri təkzib edib:
"Hamısı yalandır. Qardaşım o vaxt affekt vəziyyətdə olub. Bu söz-söhbətlər şərdir. İstintaq, ekspertizanın rəyi olmadan bəzi saytlar paylaşdı ki, Xalidə intihar edib".

Müsahibimiz bildirib ki, ekspertizadan alınan ilkin məlumata görə, bacısı əvvəldən incidilib, intihara sövq edilib:
"Xalidənin bədənində xəsarət izləri var idi. Əlimdə videofaktlar da var, hamısı istintaqa təqdim ediləcək".

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024