“Nicatın başına gələnlər göstərdi ki... polis üçün məhkəmə qərarı gərəksız kağız parçasıdır”
Gəncə şəhər sakini Nicat Aslanın məhkəmə zalında həbsdən buraxılmasına qərar verilsə də, hakimin bu qərarı kağız üzərində qalıb. Onu heç məhkəmə binasından çıxmağa qoymayıblar.
Press-fakt.com xəbər verir ki, bu barədə Meydan TV-yə danışan Nicatın yaxınları bildirib ki, hadisə Gəncə Şəhər Məhkəməsində yaşanıb:
“Nicatın başına gələnlər göstərdi ki, polislər üçün məhkəmə qərarı mənasız kağız parçasıdır. Bunu özləri sübut elədilər. Yoxsa məhkəmənin azad elədiyi adamın başına bu işlər gələ bilməzdi…”.
Müstəntiq və prokuror həbs qərarı istəyib, hakim təqdimatı rədd eləyib
Yaxınları deyir ki, Nicat Aslanın 28 yaşı var, ali təhsillidir. Onu dekabrın 7-də Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tutub. Ona Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham verilib.
Müstəntiq onun istintaq gedən müddətdə həbsdə saxlanması üçün vəsatət verib. Müstəntiqin vəsatəti və prokurorun bu barədə təqdimatına Gəncə Şəhər Məhkəməsində baxılıb.
Təqsirləndirilən şəxsin özünü, vəkilini, eləcə də müstəntiqi dinləyəndən sonra hakim Liza Xanməmmədova qərar verib ki, istintaq orqanının təqdimatı təmin olunmasın – həbs qətimkan tədbiri seçilməsin.
\Hakimin qərarına əsasən, Nicat Aslan barəsində ilkin istintaq dövrü üçün 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. İki gündür saxlanılan Nicat Aslanın elə məhkəmə zalında buraxılmasına qərar verilib.
“Nicatı məhkəmədən oğurlayıb apardılar”
Yaxınlarının sözlərinə görə, məhkəmənin binası qarşısında dayanıb, Nicatın çıxmasını gözləsələr də, onu buraxmayıblar:
“Onu polis idarəsindəki saxlama yerindən gətirənlər məhkəmə binasından çıxmağa qoymayıblar. Məhkəmənin zirzəmisində dustaqların saxlandığı yerə düşürüblər.
Nə qədər gözləsək də, çıxmadı. Bir az sonra məhkəmənin qarşısına ağ rəngli bir “Mercedes” maşın gəldi, nömrəsi də 90-AP-424 idi. Onun içindən iki nəfər düşüb, tələsik məhkəmə binasına getdilər. Bu avtomobilin polis maşını olduğunu bildik. Amma içindən düşənlərin əynində forma yox idi.
Onların gəlişindən bir az keçəndən sonra dustaqları aparıb-gətirən maşın çıxdı. O iki nəfər də qayıdıb, dustaq maşınının arxasınca getdilər. Beləliklə, Nicatı məhkəmədən oğurlayıb apardılar. Bunun başqa adı yoxdur”.
Apelyasiya məhkəməsinin hakimi “hə” deyib
Nicat Aslanın vəkili onun yerini müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə, Ombudsman Aparatına, Baş Prokurorluğa müraciət edib, bu qurumları Gəncə Şəhər Məhkəməsində yaşananlar haqda məlumatlandırıb. Lakin iki gün ərzində bu müraciətlər nəticə verməyib.
Nicat Aslan bir də Gəncə Apelyasiya Məhkəməsində ortaya çıxarılıb. Məlum olub ki, onun haqqında ev dustaqlığı qərarından istintaq orqanı apelyasiya şikayəti verib. Bu qərarın ləğvi, onun haqqında həbs qətimkan tədbiri seçilməsi istənilib.
Bu işə Gəncə Apelyasiya Məhkəməsində hakim Rafiq Cəfərov baxıb. O, aşağı instansiya məhkəməsinin qərarını ləğv edib, onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib:
“Apelyasiya məhkəməsində vəkil baş verən qanunsuzluqların hamısını deyib. Təəssüf ki, əhəmiyyət verilməyib. Onların dediklərinə əməl edib, istədikləri qərarı verib”.
Polislərin məhkəmə qərarını icra etməməsi, həbsdən buraxılmış şəxsin məhkəmə binasından çıxmasına imkan verilməməsi, onun qanunsuz götürülüb aparılması haqda yaxınlarının iddialarıyla əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən münasibət öyrənmək mümkün olmayıb.
Digər xəbərlər
Tarix: 31-12-2023 23:15 | Bölmə: Ölkə / Rezonans | Baxış: 94

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024