«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
İsraildə etirazla qarşılanan məhkəmə islahatları: Mübahisəli qanun ləğv edildi

Tarix: 02-01-2024 15:35 | Bölmə: Ölkə | Baxış: 61


Qərar 15 hakimdən 8-nin səs çoxluğu ilə qəbul edilib

İsrailin Ali Məhkəməsi məhkəmə islahatları çərçivəsində Nazirlər Kabinetinin qərarlarına yenidən baxmaq səlahiyyətlərini məhdudlaşdıran qanunu ləğv edib.

Press-fakt.com report-a istinadən xəbər verir ki, bu barədə İsrailin Kan dövlət radiosu məlumat yayıb.

2023-cü ilin yayında Benyamin Netanyahu hökumətinin məhkəmə islahatları çərçivəsində təsdiqlənmiş ilk qanunun ləğvi barədə qərar Ali 
Məhkəmə kollegiyasındakı 15 hakimdən 8-nin səs çoxluğu ilə qəbul edilib.

Qeyd edək ki, Binyamin Netanyahunun rəhbərlik etdiyi İsrail hökumətinin irəli sürdüyü və Knessetinin (parlament) yekun oxunuşda təsdiqlədiyi məhkəmə islahatlarının birinci qanunu ötən il iyulun 26-da qüvvəyə minib.

Məhkəmə islahatlarının mübahisəli elementlərindən biri olan bu qanun Ali məhkəmənin İsrail hökumətinin qərarlarına yenidən baxmaq səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutur.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024