Azərbaycan elminin acınacaqlı durumu: “Elmlə məşğul olmayan istənilən şəxs alimlik dərəcəsi ala bilər” - FOTO
2023-cü il ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 526 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Ən çox elmi dərəcə filologiya elmləri üzrə 156 nəfərə verilib.
Bu, yeni alimlərin 29,6 faizini təşkil edir. Ötən il ərzində Azərbaycanda mexanika, astronomiya, antropologiya, memarlıq üzrə alimlik dərəcəsi alan olmayıb. IV Sənaye İnqilabının yaşandığı, rəqəmsal iqtisadiyyata sürətli keçidin baş verdiyi bir dövrdə nə üçün elmimiz qeyri-iqtisadi meyillidir?
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev medianews-a bildirib ki, vaxtilə 25-30 yaşlarında fizika, riyaziyyat, kimya, ümumən texniki elmlərdən müdafiə edib elmlər doktoru alimlik dərəcəsi alanları hər kəs tanıyar, istedadlı şəxs kimi hörmətini saxlayar, bu adamların həqiqətən də elm fədaisi olması ilə hamı qürur duyardı.
Millət vəkili fikrini əsaslandırmaq üçün fizik Riçard Feynmandan sitat gətirib:
“Görkəmli ABŞ fiziki Riçard Feynman müasir fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatı laureatı Albert Eynşteynlə müqayisə olunur.
O deyirdi ki, elm uşaq vaxtlarından mənim qanımda qaynayırdı. Alimlik elmi dərəcəsini almaq məsələsinə yanaşmada yaş məsələsi də önəmlidir. Elə adamlar var ki, 50-55 yaşında elmi dərəcə almaq fikrinə düşür və hansısa yollarla fəlsəfə doktoru, elmlər doktoru elmi dərəcələrini alırlar.
Bütün dünyada fundamental elmlərin inkişafından, önəmindən danışırlar. Əgər elmi rəhbərin dünya elmindəki yeniliklərdən xəbəri yoxdursa, yeniliklər üzərində işləmirsə, onun yetişdirdiyi elm adamının səviyyəsi sual doğurur.
Əksinə, fizika, kimya, riyaziyyat və sair elmlərdəki yeniliklərdən elmi rəhbərin xəbəri varsa, elmi işçiyə düzgün istiqamətlər verirsə, zamanın gətirdiyi yeniliklər istiqamətində işlər görülürsə, əlbəttə ki, bu, iddiaçı üçün faydalı ola bilər”.
Deputat E.Əliyev hazırda Azərbaycanda filologiya sahəsində fəlsəfə və elmlər doktorlarının çoxluq təşkil etməsinin təəccüb doğurduğunu söyləyib. O, Azərbaycan elminin indiki vəziyyətini uçurum kimi dəyərləndirib:
“Filologiya elmi bu qədər asandırmı ki, alimlərin arasında kəskin fərq yaranır? Gəlin, bir statistika aparıb görək ki, nə qədər Nizamidən, Fizulidən, Nəsimidən və Cəlil Məmmədquluzadədən dissertasiyalar yazılıb. Bunların əhəmiyyət yükü nədən ibarətdir?
Filologiya sahəsi üzrə müdafiə edənlər adını çəkdiyim görkəmli yazıçı və şairlərin elmini aça biliblərmi? Bunların hamısı qapalı olaraq qalır. Məsələn, mexanika, astrofizika sahəsində müdafiələrin olmaması, fəlsəfə, sosiologiya, psixologiya sahəsində müdafiənin az olması, məni də bir alim kimi düşündürür.
Əvvəllər Bakı Dövlət Universitetində mexanika-riyaziyyat fakültəsi birgə idi. Fakültəni ayırdıqdan sonra mexanika elmi öldümü? Mexanika, antropologiyadan elmi dərəcə alan yoxdur.
Antropologiya həm də fəlsəfənin problemidir. Fəlsəfə-antropologiya istiqaməti var ki, bu, çox insanlar üçün faydalı olan elmi istiqamətdir. Ona görə də elmdəki indiki mənzərəni mən uçurum adlandırardım”.
Millət vəkili qeyd edib ki, elmlər doktorları, professorlar, akademiklər gənclərə yeni mövzular verməli, yeni mövzular üzərində işlər ortaya qoyulmalıdır:
“Dissertasiyaların əksəriyyəti köhnə mövzuların təkrarıdır. Ən böyük bəla ondan ibarətdir ki, dissertasiyaların 90 faizi başqaları tərəfindən yazılır. Bunu heç kim inkar edə bilməz. Araşdırsaq görərik ki, bu tərkibin böyük əksəriyyətini də qadınlar təşkil edirlər. İndi qadınlar elmi sahəyə daha çox üz tuturlar.
Bunun da bəlli səbəbi var. Doktorantura pilləsində təqaüd çox aşağı səviyyədədir. Kişilər buna görə elmi fəaliyyətə maraq göstərmirlər. Düşünürəm ki, indiki vəziyyət həyəcan təbilidir. Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyi böyük bir dinləmə keçirməlidir. Bu statistika, kəmiyyət göstəricisi bizə heç nə vermir. Biz keyfiyyət göstəricisi ilə üzləşməliyik”.
Deputat E.Əliyev deyib ki, hazırda impakt faktorlu elmi jurnallarda dərc olunan məqalələrlə imitasiyalar olunur:
“Buna ən yaxşı cavabı Rusiya Elmlər Akademiyasının prezidenti vermişdi. O demişdi ki, rusiyalı riyaziyyatçı Qriqori Perelmanın impakt faktorlu jurnalların heç birində məqaləsi çıxmamışdı.
Buna rəğmən, Perelman Puankare hipotezini sübut etmişdi. Kəmiyyət bizi o qədər çaşdırıb, labirintə salıb ki, artıq heç bir elmi keyfiyyətdən, dissertasiyaların əhəmiyyətindən danışmırıq. Doktorluq dissertasiyaları elmdə yeni cığır və istiqamət açmalıdır. Əgər elmi rəhbərlər və alim olmağa iddialı olanlar yeni paradiqmalardan məlumatsızdırlarsa, dissertasiya adı altında bu cür makulatura yığını nəyə lazımdır? Biz IV Sənaye İnqilabı dövründə yaşayırıq.
Bu inqilaba daxil olan elm sahələri üzrə ciddi şəkildə məqalələr yazılmalı, tədqiqatlar aparılmalıdır. IV Sənaye İnqilabının texnologiyaları istiqamətində kitablar, elmi məqalələr yazılır. Mən ayda iki-üç dəfə kitab mağazalarında oluram və təəssüf hissi keçirərək müşahidə edirəm ki, IV Sənaye İnqilabına aid kitabların üzünə heç baxan da yoxdur. Kimsə deyəcək ki, biz internet resurslarından istifadə edirik.
Əgər kimsə internet resurslarından istifadə edirsə, açıq məkanda göstərsin ki, IV Sənaye İnqilabının elmi istiqamətləri barədə hansı məqalələr yazılır, hansı dissertasiyalar müdafiə olunur”.
Millət vəkili iddia edib ki, Azərbaycanda elmlə məşğul olmayan istənilən şəxs alimlik dərəcəsi ala bilər:
“Mən vaxtilə deyəndə ki, ali məktəblərdə fəlsəfəni, psixologiyanı öldürməyin, heç kim buna fikir vermirdi. Pedaqogika bir çox elmlərin qovşağında yerləşən, insanı öyrənən elm sahəsi sayılır.
Təəssüf ki, bu sahədə müdafiə edən şəxslərin və dissertasiyaların sayı azdır. Bu problemlər çərçivəsində laboratoriyaların vəziyyəti ilə əlaqəli monitorinqlər də aparılmalıdır. Öyrənmək lazımdır ki, indiki fundamental elm sahəsindəki laboratoriyaların təchizatı necədir, bu praktik işlərin təcrübəsi harada aparılır və s.
Təəssüf doğuracaq haldır ki, Azərbaycanda elmlə məşğul olmayan istənilən şəxs alimlik dərəcəsi ala bilər. Əgər bir şəxs başqa biri ilə mübahisə etsə, mərc gəlsə, “Alma almaya bənzər” filmində deyilən “istəyirsən, texnikuma girim sənin üçün” fikrini müasir dövrdə “istəyirsən, alim olum sənin üçün” ifadəsi ilə əvəzləyə, lap elə alim də ola bilər.
Mən indiyə qədər 40-a yaxın dissertasiya müdafiəsində iştirak etmişəm. Bir çox hallarda müdafiə edən şəxs elmi işi üzündən oxuyur. Elmi ada iddiaçı olan şəxs elmi işindəki mövzunun aktuallığını beş cümlə ilə əsaslandıra bilmir. Mən çox az hallarda o şəxslərin bir-ikisinin üzündən oxumadığına rast gəlirəm.
Deməli, bu elmi işi özü yazmayıb. Başqasına yazdırdığı elmi işi heç olmasa əzbərləyib də gəlib deyə, danışa bilmir. Belə olan halda həmin şəxs Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından (AAK) necə diplom ala bilər? Ali Attestasiya Komissiyasının kriteriyaları nədən ibarətdir? Bu kimi çoxsaylı narahatlıq doğuran sual, müşahidə etdiyimiz hal var”.
Press-fakt.com
Digər xəbərlər
Tarix: 07-01-2024 14:28 | Bölmə: Ölkə / Aktual | Baxış: 63

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024