“SEA BREEZE” İŞİNDƏ ABSURD SON: Dövlət ittihamçısı dava salan Elnura yox, məktəbliyə cəza istədi
Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi “Sea Breeze”dəki kütləvi dava ilə bağlı məhkəmə araşdırmaları davam edir.
İş üzrə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli Murad Əhmədli təqsirləndirilən şəxslərdir. Zərərçəkən kimi isə Elnur Məmmədov və Cavad Muradov tanınıblar.
“Sea Breeze”dəki olayla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsində məhkəmə araşdırmasında olan bu işdən əlavə daha iki cinayət işi olub.
Elmir İsmayılov və digərlərinin cinayət işi üzrə zərərçəkən olan Cavad Muradov digər iş üzrə təqsirləndirilən şəxsdir. Buna görə o da həbsdədir, məhkəməyə də istintaq təcridxanasından gətirilir. Onunla birgə zərərçəkən skamyasını bölüşən Elnur Məmmədov isə azadlıqdadır.
Təqsirləndirilən şəxslərdən Peyman Vəlizadə, Elmir İsmayılov və Məhəmməd Həsənzadə də həbsdədirlər, Murad Əhmədli isə azyaşlı olduğundan barəsində həbslə əlaqəli olmayan qəti-imkan tədbiri seçilib. Yanvarın 9-da keçirilən prosesə Elnur Məmmədov və onun nümayəndəsi Cavidan Osmanlı qatılmayıblar.
Ötən proseslərdən birinə qatılan Elnur Məmmədov bildirib ki, təqsirləndirilən şəxslərdən hər hansı bir şikayəti, tələbi yoxdur, onlar barışıblar. Prosesdə çıxış edən dövlət ittihamçısı Amin Şəkərəliyev ittiham üzrə təqsirləndirilən şəxslərin hər birinə 2 ilə cəza təyin olunmasını istəyib.
Dövlət ittihamçısı məktəbli Murad Əhmədlinin məhkəmə zalında həbs olunmasını, onun barəsində 1 il 9 ay həbs cəzası tələb edib.
Bundan sonra həbsdə olan zərərçəkən Cavad Muradov çıxış etdi. O, təqsirləndirilən şəxslərin hər biri ilə çox yaxşı münasbətlərinin olduğunu, barışdıqlarını, dost olduqlarını hakimin diqqətinə çatdırdı:
- Təqsirləndirilən şəxslərin hər birinin azadlığa buraxılmalarını xahiş edirəm. Onların əməlində hər hansı bir xuliqanlıq əməli yoxdur və olmayıb. Onlar da, biz də 7 aydır qanunsuz olaraq həbsdə saxlanılırıq.
Qarşıdan prezident seçkiləri gəlir. Biz cəmiyyət üçün xeyrli vətəndaşlarıq, buraxın, çıxıb gedək evimizə, seçkidə iştirak edək. Biz cənab prezidenti dəstəkləyirik, ona səs verməyə hazırıq. Xahişimiz budur ki, bizi həbsdən azad edin.
Bundan sonra hakim çıxışlara hazırlaşmaq üçün vəkillərə yanvarın 18-nə qədər vaxt verdi.
Qısa fasilədən sonra eyni məhkəmə zalında hakim Mirheydər Zeynalovun sədrliyi ilə Cavad Muradov və Şamxal Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırmaları davam etdirildi.
Bu iş üzrə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və Elgün İsmayılov zərərçəkənlərdir.
Elmir İsmayılovun vəkili Abbas Kərimbəyli dövlət ittihamçısı Amin Kərimbəylinin yanında əyləşərək hakimdən söz istədi. Dedi ki, 5 dəqiqə əvvəl eyni hakimin, eyni dövlət ittihamçısının iştirakı ilə prosesdə o, müdafiə tərəfi olub.
Abbas Kərimbəyli dedi ki, indi isə o, ittiham tərəfidir. Vəkil vəsatətlə dövlət ittihamçısına etiraz edərək dəyişdirilməsini istədi.
Vəsatət müzakirə olunarkən vəkil Ülvi Məmmədov dedi ki, dövlət ittihamçısı 2-3 dəqiqə əvvəl ittiham etdiyi, cəza tələb etdiyi şəxslərə indi müdafiə edir. Bu isə absurddur. Vəkil vəsatətin təmin edilməsini xahiş etdi.
Dövlət ittihamçısı isə vəsatətin baxılmamış saxlanmasını istədi. Hakim qısa müşavirədən sonra vəsatəti baxılmamış saxladı.
Bundan sonra zərərçəkənlərdən Elmir İsmayılov sərbəst ifadə verdi. Dedi ki, “Sea Breeze”də davanı salan da, onun maşınını əzən də Elnur Məmmədov olub.
Elnur Məmmədov onun maşınını əzəndə Cavad Muradovla Şamxal Məmmədov onun yanında olmayıblar. Elnur Məmmədov dava salanda onun yanında hazırda beynəlxalq axtarışda olan 6-7 nəfər şəxs olublar.
Dövlət ittihamçısının suallarını cavablandıran Elmir İsmayılov bildirib ki, ona xəsarətləri Elnur Məmmədov yetirib.
Hadisənin baş verməsinə gəlincə isə Elmir İsmayılov bildirib ki, həmin gün “Sea Breeze”ə orada təşkil olunan konsertə qatılmaq üçün gəlib. Ora gələndə masalardan birində əvvəldən tanıdığım dostları Cavad Muradovu və Vüqar Tağıyevi görüb. Onlara görüşmək üçün yaxınlaşanda masada əyləşən Elnur Məmmədov ona nalayiq söyüşlər işlədib.
Həmin zaman ayağa qalxan Vüqar Tağıyev onu qucaqlayıb və Elnur Məmmədovun onun qohumu olduğunu, söyüşlərin ona getdiyi deyib. Elmir İsmayılov bildirib ki, Elnur Məmmədovun içkili olduğunu anladığına görə heç bir problem olmadığını deməklə öz masasına gedib. Restoranın daxilində isə aralarında heç bir dava olmayıb.
Sonradan isə o, restoranı tərk edərkən Elnur Məmmədov 6-7 nəfərlə onun qabağını kəsib, onu vurub xəsarət yetiriblər. O, maşına minib ərazidən uzaqlaşmaq istəsə də, Elnur Məmmədov maşının qabağını kəsib və söyüş söyməklə ondan maşından düşməsini tələb edib. Maşından düşəndən sonra onu vurublar, maşınını Elnur Məmmədov şəxsən əzib.
Növbəti gün isə Elnur Məmmədov onunla görüşüb, baş verənlərə görə üzrxahlıq edib, maşının xərəclərini çəkəcəyini, düzəltdirəcəyini öz üzərinə götürüb. Və elə həmin gün də gedib onlardan şikayət yazıb.
Elmir İsmayılov vəkillərin və hakimin suallarını cavablandırdı. Bir daha bildirdi ki, ona xəsarət yetirən Elnur Məmmədov olub. Cavad Muradov və Şamxal Məmmədov ona hər hansı bir xəsarət yetirməyiblər.
Bundan sonra sərbəst ifadə verən zərərçəkən Məhəmməd Həsənzadə deyib ki, ittiham aktı əvvəldən son nöqtəsinə qədər həqiqət deyil. Orada Şamxal Məmmədovu görməyib, Cavad Muradovu ilk dəfə istintaq təcridxanasında görüb. Orada müstəntiq ona ifadələrə qol çəkməyi tələb edib.
O, vəkilinin olduğunu deməklə ifadələrə qol çəkmək istəməsə də, son nəticədə qol çəkməli olub. Dövlət ittihamçısının suallarını cavablandıran Məhəmməd Həsənzadə deyib ki, ona xəsarətləri Elnur Məmmədov və ətrafında olan 6-7 nəfər şəxs yetirib.
Onların arasında nə Cavad Muradov, nə də ki, Şamxal Məmmədov olmayıb. Vəkil Vüsal Orucovun suallarını cavablandıran Məhəmməd Həsənzadə deyib ki, ittihamda yazılanlar yalandır:
-Orada yazırlar ki, guya mən Cavad Muradovu döymüşəm, az sonra isə Cavad Muradov guya məni döyüb. Bu, mənasız ittihamdır axı. Nəcə olur mən onu döyürəm, o da sonra qayıdır məni döyür.
Zərərçəkən Peyman Vəlizadə də sərbəst ifadəsində ittihamın yalanlar üzərində qurulduğunu dedi:
- Burada çıxışa başlamazdan əvvəl hər kəs yalan danışmayacağına and içir, yalan danışarsa, məsuliyyətə cəlb olunacağını deyilir.
Elnur Məmmədov burada danışdığı 100 sözdən azı 90-nı yalandır. Amma onu məsuliyyətə cəlb etmədiniz axı? Gəlib burada hər şeyi olduğu kimi danışmaq əvəzinə, günahkar olduğunu demək əvəzinə deyir ki, guya mən oxran olmuşam. Bizi də, dostu Cavadı da özünün əvəzindən “rasxoda” verir.
İttiham aktı başdan-ayağa səhvdir, mən Cavad Muradov haqda polisə hər hansı bir şikayət etməmişəm, bu gün də ondan hər hansı bir şikayətim yoxdur.
Şamxal Məmmədovu da burada görüb tanımışam. Biz günahsızıq, günahı olan Elnur Məmmədovdur, daydayı var deyə kənarda qalıb, bizi qanunsuz və əsasız olaraq həbs ediblər. Bu gün əsassız yerə həbsdəyəm. Xahiş edirəm bizi azad edin.
Bundan sonra proses 23 yanvar 14:30-a kimi təxirə salınıb.
Xatırladaq ki, oliqarx Leysan Məmmədov bu ilin aprelinə qədər Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini postunu tutub. Onun digər oğlu Teymur Leysan oğlu Novruzlu hazırda Baş Prokurorluqda vəzifə tutur. Qardaşı Elnur Məmmədovun azadlıqda qalmasında Teymur Novruzlunun rolu olmasına dair iddialar da var./azpolitika
Digər xəbərlər
Tarix: 10-01-2024 11:50 | Bölmə: Ölkə / Araşdırma | Baxış: 127

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024