«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
2 il əvvəl KÖHNƏ ƏRZAQLA "TUTULAN" şirkət uşaq baxçalarına YEMƏK SATACAQ

Tarix: 11-01-2024 14:45 | Bölmə: Ölkə | Baxış: 100



Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Sabko” MMC (VÖEN- 1402899701) olub.

“Sabko” MMC Elm və Təhsil Nazirliyinin sifarişi ilə Mingəçevir şəhəri və Yevlax rayonunun ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin 2024-cü il ərzində yeməklə təchizatını həyata keçirəcək.

Nazirlik yeməklər üçün “Sabko” MMC-yə 5 milyon 984 min 196 manat 12 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, “Sabko” MMC 1 sentyabr 2014-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili, ev 30, m. 5-də yerləşir. MMC-nin qanuni təmsilçisi Sadıqov Amil Telman oğludur.

Qeyd edək ki, “Sabko” MMC ötən il – 2023-cü ildə də Elm və Təhsil Nazirliyinin keçirdiyi analoji tender müsabiqəsinin qalibi olub. 

Bu şirkət 2023-cü ildə Mingəçevir şəhəri ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrini yeməklə təchiz edib və qarşılığında 4 milyon 702 min 748 manat 12 qəpik alıb.

Son 2 il ərzində Elm və Təhsil Nazirliyinin 10,7 milyon manatlıq tender müsabiqəsində qalib olan “Sabko” MMC-də 2021-ci ilin fevral ayında Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yoxlama keçirib.

AQTA-nın açıqladığı məlumatda göstərilir ki, Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8 ünvanında yerləşən “Sabko” MMC-yə məxsus anbarda yoxlama keçirilib. 

Keçirilən yoxlama zamanı məhsulların saxlanma qaydaları və temperatur rejiminin kobud şəkildə pozulduğu məlum olub. 

Belə ki, müəssisənin dondurucu və soyuducu kamerasında, rəflərdə məhsulların açıq vəziyyətdə, mal qonşuluğu qaydalarına, saxlanma temperaturuna riayət olunmadan, qida və qeyri-qida məhsularının eyni sahədə yanaşı saxlanıldığı müəyyən olunub, həmçinin istifadə müddəti bitmiş məhsullar aşkarlanıb. 

Eyni zamanda içkilərin saxlanma sahəsində divarın tamlığının pozulduğu, müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, çalışan işçilərin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən olunub.

Elnur Əli


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024