«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Konvoy rəisi məhkəmə qərarının icrasına icazə vermədi, hakimlər qərarı dəyişdi”- Vəkil

Tarix: 16-01-2024 11:25 | Bölmə: Ölkə | Baxış: 129



Ötən gün, yanvarın 15-də “Abzas Media”nın həbs edilmiş baş redaktoru Sevinc Vaqifqızı vəsatətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə gətirilib. 
Onun vəkili Elçin Sadıqov məhkəmə prosesi zamanı konvoy rəisinin hakimlərin qərarına əməl etmədiyini bildirib.

Bu barədə E. Sadıqov sosial şəbəkə hesabında yazıb.

“Bu gün (15 yanvar – red.) Sevinc Vaqifqızının vəkillə danışığına məhdudiyyət qoyulmasından apellyasiya şikayətinə hakim Fərid Əyyubovun sədrliyi ilə baxılırdı. Əvvəl hakimlər Sevincin şüşə qəfəsdən çıxarılması barədə vəsatəti təmin etdi. Konvoy bildirdi ki, onların rəisi icazə verməlidir. 

Rəis gəldi və icazə vermədiyini bildirdi. Bundan sonra hakimlər yenidən müşavirə edərək vəsatətimin təmin olunmadığı barədə yeni qərarı elan etdi. Əsəbdən təzyiqim qalxdı, belə vəziyyətdə müdafiə edə bilməyəcəyimi bildirdim”.


Elçin Sadıqov

Qeyd edək ki, “Abzas Media”nın direktoru Ülvi Həsənli ötən il noyabrın 20-də səhər saat 5 radələrində evinin qarşısında taksiyə minərkən saxlanılıb. Günorta isə “Abzas Media”nın ofisində axtarış aparılıb. Axtarış nəticəsində ofisdən 40 min avro pul tapıldığı iddia olunub.

Mətbuat orqanının baş redaktoru Sevinc Vaqifqızı isə noyabrın 21-nə keçən gecə saat 2 radələrində İstanbuldan gələn təyyarə Bakıda yerə enən kimi saxlanılıb. Daha sonra gecə saat 3 radələrində onun yaşadığı evdə axtarış aparılıb. Ancaq mənzildən heç nə tapılmadığı bildirilir.

Noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov saxlanılıb. Bir müddət sonra jurnalist Nərgiz Absalamova, ardınca da dekabrın 13-də Hafiz Babalı tutulub.

Onların hər birinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.
Son olaraq isə yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb və ötən gün onun barəsində 2 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024