«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏHKƏMƏ 8 AY GÜNAHSIZ HƏBSDƏ SAXLANILAN ŞƏXSİ AZAD ETDİ - FOTO

Tarix: 16-01-2024 15:00 | Bölmə: Ölkə | Baxış: 116


Şəmkir Rayon Məhkəməsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımada təqsirləndirilən Coşqun Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə C.Aslanovun vəkili Zabil Qəhrəmanov məlumat verib.

Vəkil qeyd edib ki, məhkəmə hüquqlarını müdafiə etdiyi C.Aslanov barəsində bəraət hökmü çıxarıb:

“Cinayət Məcəlləsinin 234.1 ci maddəsi ilə təqsirləndirilən şəxs Coşqun Yaşar oğlu Aslanovun barəsində bəraət hökmü çıxarıldı. Təqsirləndirilən şəxs səkkiz aydır ki, həbsdə idi. Hakim Həvayət xanıma təşəkkür edirəm”.
 


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024