«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Nazirlik 3,1 milyon manata XİDMƏTİ AVTOMOBİLLƏR ALIR

Tarix: 17-01-2024 21:05 | Bölmə: Ölkə | Baxış: 121



Son bir ay ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan müxtəlif qurumlar “Toyota Absheron Merkezı” MMC-dən (VÖEN – 3103678821) 2,6 milyon manatlıq onlarla avtomobil alıb.

Sonuncu tender müsabiqəsinin nəticəsinə görə Dövlət Sosial Müdafiə Fondu “Toyota Absheron Merkezı” MMC-dən 523 min 600 manat dəyərində 8 ədəd minik avtomobili alacaq.

Son bir ayda “Toyota Absheron Merkezı” MMC  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan - aşağıdakı qurumların keçirdiyi tender müsabiqələrində qalib olub.

- Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) – 200 min manata 2 ədəd minik avtomobili
- Sosial Xidmətlər Agentliyi – 100 min manta 1 ədəd minik avtomobili
- Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi – 100 min manata 1 ədəd minik avtomobili
- DOST Agentliyi – 850 min 850 manata 13 ədəd minik avtomobili
- Dövlət Məşğulluq Agentliyi – 321 min 440 manata 3 ədəd minik avtomobili
- Dövlət Məşğulluq Agentliyi – 589 min 50 manata 9 ədəd minik avtomobili
- Dövlət Sosial Müdafiə Fondu – 421 min 440 manata 4 ədəd minik avtomobili
- Dövlət Sosial Müdafiə Fondu – 523 min 600 manata 8 ədəd minik avtomobili

Məlumat üçün bildirək ki, “Toyota Absheron Merkezı” MMC  12 yanvar 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. 

Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Xırdalan şəhəri, Bakə-Quba Şossesi, ev 6 KM-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Cəmil Böyükağa oöğludur.

Onu da bildirək ki, “Toyota” avtomobillərinin Azərbaycandakı satışını həyata keçirən “Toyota Absheron Merkezı” MMC  tanınmış iş adamı İsgəndər Xəlilova məxsus olan “İSR Holdinq” şirkətlər qrupuna daxildir. 2014 - 2016-cı illərdə “Toyota”nın Bakıdakı satış mərkəzinə hazırda Dövlət Məşğulluq Agentliyinin sədri olan Mustafa Abbasbəyli rəhbərlik edib.

Elnur Əli


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024