Araz Əliyev: “Deyirdilər ki, “niyə gedib qoşulmusan onlara””
Digər xəbərlər
Tarix: 18-01-2024 16:45 | Bölmə: Ölkə | Baxış: 115
Yeni yaranan III Respublika Platformasının Qurucu Heyət üzvü, Bakı Dövlət Universitetinin (BDU) müəllimi Araz Əliyev 25 sutkalıq inzibati həbsdən sonra yanvarın 17-də axşam saatlarında azadlığa çıxıb.
Press-fakt.com “Meydan TV”yə istinadla xəbər verir ki, o, Binəqədidə elə təcridxananın qarşısında jurnalistlərin suallarını cavablandırıb.
Araz Əliyev bildirib ki, dekabrın 23-də saxlanılanda və avtomobildə polis bölməsinə aparılanda zorakılığa məruz qalıb.
Araz Əliyev bildirib ki, dekabrın 23-də saxlanılanda və avtomobildə polis bölməsinə aparılanda zorakılığa məruz qalıb.
Sonrakı günlərdə ona qarşı şiddət olmayıb:
“Zorakılıqla əlaqədar vəkilim prokurorluğa şikayət verib. Mən həbsdə olduğum müddətdə gəlib məndən izahat aldılar”.
Onun sözlərinə görə, saxlanılandan sonra ondan müəyyən şəxslərin əleyhinə ifadə almağa cəhd göstəriblər. Əks halda, aqibətinin yaxşı olmayacağıyla hədələyiblər:
“Saxlanılanda kiminlə görüşə getdiyimi soruşdular. III Respublika Platformasının maliyyəsi, mənim rolum haqda çox suallar verdilər. Konkret şəxslərin əleyhinə məndən ifadə almaq istəyirdilər.
Deyirdilər ki, onlarla razılaşsam, ertəsi gün məhkəmədə cərimə cəzasıyla buraxılacam. Yoxsa mənim üçün hər şey bitəcək. Açıq-aşkar şantaj tonunda danışırdılar, hədələyirdilər. Həbsimin əvvəlində mənimlə profilaktik söhbət də aparıldı.
Deyirdilər ki, “niyə gedib qoşulmusan onlara” və s”.
Araz Əliyev deyir ki, onunla eyni kamerada saxlanılanların əksəriyyəti narkomaniyadan əziyyət çəkən şəxslər idi. Amma onlarla yola getməkdə problem yaşamayıb. Aralarında yazıb-oxumağı bacarmayanlar da olub:
“Onlara oxuma-yazma öyrətməyə çalışırdım. Ümumiyyətlə, həbsdə olduğum müddətdə insanlarla, cəmiyyətlə bağlı çox şey öyrəndim”.
Araz Əliyev əlavə edib ki, saxlanılarkən elektron cihazları – kompüteri, telefonu götürülsə də, bu günə qədər qaytarılmayıb:
“Elektron cihazlarımın harada olduğunu da bilmirəm”.
“Elektron cihazlarımın harada olduğunu da bilmirəm”.
Qeyd edək ki, eyni zamanda, NİDA Vətəndaş Hərəkatının üzvü olan Araz Əliyev ötən il dekabrın 23-də saxlanılıb. Bir gün sonra – dekabrın 24-də onun həyat yoldaşı Gülarə İsmayılova Daxili İşlər Nazirliyinin inzibati binası qarşısında etiraz aksiyası keçirib.
Əlində “Araz Əliyev hardadır?” yazılmış plakat tutan İsmayılova həyat yoldaşının yerini öyrənməyə çalışıb. Az sonra isə Araz Əliyevə 25 sutka inzibati həbs cəzası kəsilməsi barədə xəbər çıxıb.
Universitet müəllimi İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə cəzalandırılıb.
İddia olunub ki, Araz Əliyev dekabrın 23-də axşam 21:30 radələrində küçədə gedəndə qışqıraraq söyüş söyüb. Polislər ondan intizamlı olmağı tələb etsələr də, tabe olmayıb. Bu üzdən saxlanılaraq, Nizami rayonu 24-cü polis bölməsinə aparılıb.
III Respublika Platforması bəyanat yayaraq, Araz Əliyevin siyasi motivlərlə həbs olduğunu bildirib.
Ötən il dekabrın 7-də bir qrup ictimai-siyasi fəal III Respublika Platforması adlı siyasi təşkilat yaratdıqlarını elan edib. Həmin gün Azərbaycanda parlamentarizmin təsis olunmasının 105-ci ili tamam olurdu.
Platformanın Qurucu Heyət üzvləri arasında Akif Qurbanov və Araz Əliyevlə yanaşı, iqtisadçı Rövşən Ağayev, hüquqşünas Səməd Rəhimli, siyasətçilər Yadigar Sadıqlı, Elman Fəttah, Ruslan İzzətli də var.
Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024