HAKİM “SEA BREEZE” İŞİNDƏ MÜƏMMALI UZUN FASİLƏ ELAN ETDİ - “İttiham aktında ümumi sözlərlə insanların taleyi ilə oynamaq olmaz”
Sabunçu Rayon Məhkəməsində “Sea Breeze”dəki kütləvi dava ilə bağlı başlanmış üç cinayət işindən biri ilə bağlı məhkəmə araşdırması davam edir.
Hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən proses sona çatmaq üzrədir. Lakin hər dəfə uzun müddətli fasilə verilir deyə yekun nəticə meydana çıxmır. Bu isə iş üzrə zərərçəkən və təqsirləndirilənlərin valideynlərinin narazılığına səbəb olur.
Tərəflər məhkəmənin süni şəkildə uzadıldığını dilə gətirir, övladlarının uzun müddət həbsdə saxlanılması üçün prosesin heç bir əsas olmadan uzadıldığı qənaətini bölüşürlər. Deyirlər ki, Azərbaycan məhkəmə-istintaq praktikasında xuliqanlıq maddəsi ilə həbsdə yatan yoxdur.
Belə əməllərə yol verənlər əksər hallarda cərimə ödəməklə və ya şərti cəza ilə azadlıqda gəzdikləri bir vaxtda, onların övladları heç bir xuliqanlıq əməlinə yol vermədiklərinə baxmayaraq həbsdə saxlanılırlar.
Heç bir əsas olmadan qanun ən sərt şəkildə övladlarına tətbiq olunur. Halbuki, övladları ali təhsillidirlər, gənc yaşlarına baxmayaraq nailiyyətləri, aralarında övlad sahibi olanları da var.
Vəkillər çıxışlarında da bu məqamlara xüsusi vurğu edirlər.
Sözügedən məhkəmə prosesi birinci cinayət işini əhatə edir və bu iş üzrə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli Murad Əhmədli hakim qarşısına çıxarılıblar.
Zərərçəkən kimi isə Elnur Məmmədov və Cavad Muradov tanınıblar. Yanvarın 18-də keçirilən prosesə Elnur Məmmədov yenə də qatılmayıb. Hakim onun iştirakı olmadan prosesin keçirilməsi üçün tərəflərin münasibətini öyrənib.
Etiraz olmadığından Elnur Məmmədovun məhkəməyə ərizəsini xatırladıb. Həmin ərizədə Elnur Məmmədov qarşı tərəflə barışdığını, təqsirləndirilənlər barəsində həbslə əlaqəli olmayan hökm çıxarılmasını xahiş edir.
Bundan sonra Elmir İsmayılovun vəkili Abbas Kərimbəyli müdafiə nitqi ilə çıxış etdi.
Dövlət ittihamçısı Amin Şəkərəliyevin çıxışına münasibət bildirən vəkil dedi ki, onun fikri ilə qəti şəkildə razı deyil: “Dövlət ittihamçısı ittihamı elan etdiyi kimi çıxışında da təqsirləndirilən şəxslərə cəza tələb etməsini əsaslandırmalı idi.
Nəyə görə həbslə əlaqəli ağır cəza tələb etməsini əsaslandırmalı idi. Hətta azyaşlıya da cəza istəməsini, 1 il 9 ay azadlıqdan məhrumetmə cəzası tələb etməsini əsaslandırmalı idi.
Bunu etməməyinin də səbəbini başa düşürük, bilirik ki, əməldə ağırlaşdırıcı hallar yoxdur. Əksinə yüngüləşdirici hallar var. Elmir İsmayılov haqlı olaraq ittiham üzrə özünü təqsirli bilmir. Videogörüntülərdən də aydın şəkildə görünür ki, ümumiyyətlə Elmir İsmayılov heç bir videoda yoxdur.
Bu cinayət işi guya Elnur Məmmədova xəsarət yetirilməsinə görə başlanıb. Hadisə yerinin videosundan da aydın şəkildə görünür ki, orada olanlar yıxılır, amma Elnur Məmmədov yıxılmır.
Dövlət ittihamçısı, elə zərərçəkən şəxslər göstərsinlər ki, videoda Elnur Məmmədova xəsarət yetirilib. Orada kimsə tərəfindən Elnura xəsarət yetirilməsini göstərsinlər. Belə bir video yoxdur.
Burada bir video nümayiş etdirildi. Həmin video burada nümayiş olunsa da, bu hadisəyə heç bir şəkildə aidiyyəti yoxdur. O videoda olan görüntülərlə əlaqəli nə həbs var, nə cəlb var, nə də cinayət işi var. Orada görünür ki, bir nəfəri Elnur döyür və o yerə yıxılıb huşsuz vəziyyətdə qalır.
İş materiallarında, ittihamda və videonun axırında da bilinmir ki, həmin adam kimdir, sağdır, yoxsa ölüb? Orada görünür ki, maşından düşürlər və başlayırlar dava eləməyə.
Həmin əlbəyaxa dava zamanı Elnura xəsarət yetirilə bilərdi. Elmir tərəfindən ona xəsarət yetirilməsi ilə bağlı zərərçəkən şəxslərin heç biri demir. Elnur baxış iclasında ifadəsində öz izahatını sərbəst şəkildə olduğu kimi dedi.
İfadəsində də Elmirin onu döyməsini, maykasını cırmasını, xəsarəti kimin yetirməsini demədi. Dedi ki, ora restorandan çıxıb öz villama getdim, orada səs-küyə çıxdım, gördüm dava var, bəli, orada maykasız olan mənəm, bəli mən vurmuşam. Bir dəfə demədi ki, məni döyüblər, vurublar.
Elmir İsmayılovun avtomobilinə zərbələrin vurulmasını hamı, şahidlər dedi ki, bunu Elnur edib. Orada Elnur söyüş söyüb, təhqir edib və vadar edib ki, Elmir maşından düşsün, düşəndən sonra ona xəsarət yetirib.
Elmirin kiməsə xəsarət yetirməsi barədə bir şahid yoxdur və olan şahidlər də bir söz demədi. Bütün şahidlər hamısı Elnurun adını çəkir. Onun söyüş söydüyünü, onun dava saldığını, onun xəsarət yetirdiyini deyirlər.
Burada deyildi ki, guya Elnur Məmmədov barəsində ayrıca iş var. Xahiş edirik ki, bu haqda qərarı göstərin. Bu iş əvvəldən qərəzli aparılıb. Şahidlər burada dedilər ki, orada Elnur Məmmədov “mən dava salacağam” deyib.
Şamxal Məmmədov təqsirləndirilən şəxsdir, burada da məlum oldu ki, onun bu işə hər hansı bir formada aidiyyəti yoxdur. Elmir İsmayılovun qardaşı və digərilərinin hadisə zamanı orada olmadıqlarını mobil operatorların verdikləri lokasiya məlumatları da təsdiqlədi.
Onlar dördü də bir yerdə Mərdəkanda olublar. Oradan da dava olub bitəndən saatlar sonra Nardarana gəliblər. Bütün bunlarla istintaqın qərəzli şəkildə əleyhimizə yönəldiyi təsdiqlənir.
Bu gün Elmir, Məhəmməd, Peyman və Murad heç bir səbəb olmadan təqsirləndiriləndir, Murad xaric digəriləri heç bir səbəb olmadan istinataq təcridxanasında saxlanılırlar. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi olub Elmir.
Ona universitetdən, yaşayış yerindən, hərbi xidmət keçdiyi hissədən müsbət xasiyyətnamə verilib. Ona qarşı ittiham düzgün verilməyib. Elmir İsmayılova bəraət hökmü oxunmalıdır. Ona görə ki, heç bir sübutla, əsasla ittiham təqsirlənmir”.
Vəkil digər təqsirləndirilən şəxslər barəsində də bəraət hökmü çıxarılmasını istəyib.
Bundan sonra Murad Əhmədlinin, eyni zamanda Elmir İsmayılovun vəkili olan Ülvi Məmmədov müdafiə nitqi söylədi. Dedi ki, hadisə günü “Sea Breeze”də iki dava olub: “Həmin davalardan birincisində Elmir İsmayılova Elnur Məmmədov tərəfindən xəsarət yetirilib.
İkinci hadisə isə təxminən 1 saat sonra baş verib. Hansının ki, burada videosu nümayiş olunub. Birinci hadisə zamanı təqsirləndirilən şəxslər, həmçinin Murad Əhmədli orada olmayıblar. Bunu lokasiya məlumatları da təsdiq edir.
İlk iş üzrə Elmir İsmayılova Cinayət Məcəlləsinin 221.2 maddəsi ilə - yəni bir qrup şəxs tərəfindən xuliqanlıq ittihamının verilməsi absurddur. Çünki orada Elmir İsmayılova xəsarət yetiriləndə, o, tək olub. Digər təqsirləndirilən şəxslər ora bir neçə saat sonra gəliblər.
Bunun də sübutları var. Anten məlumatları da təsdiq edir. İki nəfər arasında baş verən mübahisəyə qrup şəkilində xuliqanlıq ittihamı necə verilə bilər? Bu, istintaqın fərziyyəsidir.
Təqsirləndirilən şəxslərin işə əlavə olunan ifadələri, hansılardan ki, belə nəticə çıxır ki, onlar özləri özlərinin əleyhinə ifadə veriblər, həmin ifadələrlə belə hadisənin baş vermə mexanizmi üst-üstə düşmür.
Elmir İsmayılovun əməlində ümimiyyətlə cinayət tərkibi olmayıb. Onun özünə xəsarət yetiriblər. Onun əməlində cinayət tərkibi olsa belə, 221-ci maddəyə tövsif oluna bilməzdi. Ən pis halda ona 128-ci maddə ilə - yüngül xəsarət yetirmə ilə ittiham verilə bilərdi.
Tərəflər arasında barışıq olduğuna görə həmin maddəyə də istintaq zamanı xitam verilməli idi. Ancaq bu hadisəyə görə naməlum səbəbdən qrup halında xuliqanlıqla ittiham verilib. Murad Əhmədli isə ümumiyyətlə videoda yoxdur, o, hadisə yerində olmayıb.
O, 3 aydır bura gəlib-gedir, heç kimin də yadına düşmür. Ona dövlət ittihamçısının tələb etdiyi cəza isə qanuna uyğun deyil. Azyaşlılara cəza tətbiqi fərqlidir. Bu, qanunun tələbidir.
Bu şəxsin əməlində zorakı az ağır əməlin tərkibi olmadığına görə ona azadlıqdan məhrumetmə ilə bağlı cəza istənilməsi qanuni deyil. O, məktəbdə oxuyur, azyaşlıdır. Ümumiyyətlə dövlət ittihamçısının təqsirləndirilən şəxslərə istədiyi cəza Cinayət Prosessual Məcəllə ilə üst-üstə düşmür”.
Vəkil məhkəmədən hər iki müvəkkili barəsində bəraətverici əsaslarla hökm çıxarılmasını xahiş edib.
Vəkil Faiq Nəcəfli hakimin diqqətini “Sea Breeze”də davanın harada olmasına yönəldib: “Restorandan kənarda, dayanacaqda olub. Ora ictimai yer deyil. Elnur Məmmədov burada Elmir İsmayılov tərəfindən ona hər hansı bir xəsarət yetirildiyini demədi.
Əgər ona orada xəsarət yetirilsəydi belə, bu əməl 221-ci maddə ilə tövsif oluna bilməzdi. Xahiş edirik ki, qərar qəbul edilərkən tövsif məsələsinə diqqət yetirilsin”.
Vəkil bildirib ki, Elnur Məmmədov məhkəmə prosesində çıxış edərkən zalda ajiotaj yaranıb: “Əgər həmin vaxt burada hər hansı bir itələşmə olsaydı, belə çıxır ki, bizi də ittiham etməliydilər ki, burada olmuşuq? Ora Məhəmməd, Peyman Elmiri hadisə olub bitəndən sonra həkimə aparmağa gəliblər. Ora kim gəlibsə, xuliqandır?”
Vəkil bildirib ki, orada iki şəxs arasında mübahisə olub və bu, heç bir halda qrup şəklində xuliqanlıq əməli kimi tövsif oluna bilməzdi: “Heç bir şahid Elmirə qarşı ifadə vermədi. Onun kiməsə xəsarət yetirməsini demədi. Əksinə ona xəsarət yetirilməsini dedilər.
İttiham tərəfi dövləti təmsil edir deyə, məhkəməyə təsiri olmamalıdır. Murada məhkəmədə hətta “sən kimsən” şəkilində sual da verildi. O, heç kimin yadına düşmədi. Onun xuliqanlıq etməsini dövlət ittihamçısı nə ilə sübut etdi?
İttiham aktında ümumi sözlərlə insanların taleyi ilə oynamaq olmaz. Konkret sübutlar olmalıdır. Yoxdur! İstintaq dövründə bütün ifadələr şablon şəkilində yazılıb və hamısına da təqsirləndirilənləri aldatmaqla imzalatdırıblar. Oxumadan imza atdırıblar”. Vəkil müvəkilinə bəraət verilməsini xahiş edib.
Məhəmməd Həsənzadənin vəkili Vüsal Orucov müdafiə çıxışı etmək istəsə də, hakim prosesin təxirə salındığını elan etdi. Vəkil Vüsal Orucov nə üçün, niyə sualları ilə hakimə müraciət etdi.
Hakim başqa bir vəkilin də çıxış etməli olduğunu deməklə prosesi təxirə saldığını elan etdi. Hər dəfə uzun fasilə verilməsi tərəflərdə narazılıq yaratsa da, hakim qərarını dəyişmədi./azpolitika
Digər xəbərlər
Tarix: 19-01-2024 10:00 | Bölmə: Ölkə / Araşdırma | Baxış: 101

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024